"Kainat gözəli"nin tacını atası "alıb"? - Qalmaqal

"Kainat gözəli"nin tacını atası "alıb"? - Qalmaqal"Kainat gözəli 2025" müsabiqəsi ətrafında qalmaqallar səngimək bilmir. Müsabiqənin direktoru Raul Roçaya qarşı narkotik qaçaqmalçılığı ittihamlarının gündəmdə olduğu bir zamanda diqqət bu dəfə qalibə - meksikalı Fatima Boşa yönəlib.

"Qafqazinfo" xəbər verir ki, o, tacı qazandıqdan sonra kəskin tənqidlərə məruz qalıb.

Mübahisələr Omar Harfuşun müsabiqənin saxtalaşdırılması ilə bağlı iddialarından sonra daha da güclənib. Sosial mediada istifadəçilər dərhal "Kainat gözəli" müsabiqəsinin rəhbəri Raul Roça Kantu ilə qalibin atası Bernardo Boş Fernandez arasında mümkün biznes əlaqələrinə diqqət çəkiblər.

Meksikanın "Reforma" qəzetinin məlumatına görə, Bernardo Boş Fernandez 2017-ci ildən "Pemex Exploración y Producción" (PEP) şirkətində baş menecerin müşaviri kimi çalışır və şirkətdə ümumilikdə 30 illik təcrübəyə malikdir. Onun əsas vəzifəsi strateji layihələrin müəyyənləşdirilməsi və monitorinqidir.

Bu ilin əvvəlində "Petrobras"ın törəmə müəssisəsi olan "Pemex" ilə Raul Roça Kantuya məxsus "Soluciones Gasíferas del Sur" şirkəti arasında iş birliyinin olduğu məlum olub.

"Eme Equis"in məlumatına əsasən, Roçanın şirkəti "Pemex"dən 34,5 milyon avro dəyərində quru boru kəməri tikintisi üzrə müqavilə alıb. Raul Roça Boş ailəsi ilə əlaqələrə dair iddiaları inkar edərək "heç bir bağının olmadığını" bəyan etsə də, mediada yayılan yeni məlumatlar bu müdafiəni zəiflədib.

Roça hazırda yalnız müsabiqədə saxtakarlıq iddiaları ilə deyil, həm də narkotik, silah və yanacaq qaçaqmalçılığı ittihamları ilə üzləşir.

Bernardo Boş Fernandez isə rəsmi olaraq şübhəli şəxs elan olunmasa da, onun adı daha əvvəl də araşdırmalarda keçib. "Reforma"nın digər məlumatında bildirilir ki, Boş 2019-cu ildə Baş Prokurorluq (FGR) tərəfindən 300 min avrodan çox qanunsuz varlanma şübhəsi ilə yoxlanılıb. Hesabatda qeyd olunub ki, o, 2011-2015-ci illər arasında dövlət məmuru kimi aldığı rəsmi maaşla müqayisədə xeyli yüksək - 6,5 milyon pesodan çox gəlir əldə edib və bunun hüquqi izahı təqdim olunmayıb.

Nəticədə Boş 2022-ci ildə aktivlərini açıqlamaqdan və ya maraqlar toqquşması barədə məlumat verməkdən imtina etsə də, araşdırmalar qanunsuz varlanmaya dair dəlil tapılmadığı üçün bağlanıb.

Bütün bu məlumatlar həm medianın, həm də "Kainat gözəli" izləyicilərinin diqqətini yenidən müsabiqənin nəticələrinə yönəldib. Sosial şəbəkələrdə təzyiq artır, müsabiqənin obyektivliyi və şəffaflığı ilə bağlı suallar isə hələ də cavabsız qalır.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 935   Tarix: 29 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Bunları yeyəndən sonra oxumağa əziyyət çəkirəm"

"Nadir insanlar var ki, səsini qoruya bilər. İndiki zamanda gördüyümüz xanəndələr, ustadlar bəlkə də səsini qorumur. Mən şəxsən dondurma da yeyirəm, kondisionerin altında da otururam. Bütün qidaları qəbul edirəm". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Zabit Nəbizadə "Günə uğurla"

28 iyun
.

Zeynep Bastık evlənir: Toy tarixi məlum oldu

Müğənni Zeynep Bastık və aktyor sevgilisi Serkan Tütüncü evlənməyə hazırlaşırlar. xarici mediaya istinadla xəbər verir ki, may ayında Parisdə tətil zamanı Serkan Tütüncüdən evlilik təklifi alan Bastık toy hazırlıqlarına başladıqlarını açıqlayıb. Müğənni bildirib ki, toy sentyabrdan sonraya qalmayaca

6 iyul
.

Tək istirahəti seçdi

Türk aktyor Şükrü Özyıldız mövsümün yorğunluğunu Bodrum Gündoğanda çıxarıb. OLAY yazır ki, bir çimərlikdə tək görüntülənən aktyor gün boyu günəşin və dənizin dadını çıxarıb. Aktyorun tək istirahətə üstünlük verməsi diqqət çəkib

3 iyul
.

Natavan Həbibi rəqqasələrinə görə tənqid atəşinə tutuldu - (Video)

Müğənni Natavan Həbibi çıxış etdiyi tədbirdə yaşanan görüntülərlə sosial şəbəkələrdə gündəmə gəlib. xəbər verir ki, istirahət məkanlarından birində təşkil olunan proqram zamanı sənətçinin səhnə performansı və xüsusilə rəqqasələrinin geyim tərzi internet istifadəçilərinin diqqətini cəlb edib. Qısa müddətd

30 iyun
.

Almaxanım əkizlərinə AD GÜNÜ EDİR - FOTOLAR

Müğənni Almaxanım Əhmədovanın əkizləri Kamalla Camalın bu gün 1 yaşı tamam olur. O bununla bağlı sosial mediada paylaşım edib. xəbər verir ki, bu münasibətlə ifaçı övladlarına ad günü məclisi təşkil edib. Qeyd edək ki, Almaxanım Murad adlı bəylə ailəlidir

5 iyul
.

Kadir İnanır niyə 3 gün sonra dəfn olunur?

Ötən gün dunyasını dəyişən Türkiyənin sevilən aktyoru Kadir İnanır sabah İstanbulda torpağa tapşırılacaq. xəbər verir ki, bu barədə mərhum sənətkarın qardaşı oğlu Levent İnanır açıqlama verib. O, əmisinin gec dəfn olunmasını dəbdəbəli vida mərasiminin təskili ilə əlaqələndirib. "Kadir İnanırın milyonlarl

27 iyun
.

Qriqori Leps plastik əməliyyatla tanınmaz hala düşdü - FOTO

Sosial şəbəkələrdə 63 yaşlı rusiyalı müğənni, Xalq artisti Qriqori Lepsin yeni fotosu müzakirə olunur. xəbər verir ki, izləyicilər onun yaxın vaxtlarda plastik əməliyyat etdirdiyini düşünürlər. "Lepsə üzgərmə əməliyyatı ediblər? Şişlik keçəcək və əla olacaq", "Qriqori Viktoroviç yaxş

28 iyun
.

Səidə Dadaşova: "Atamın vəfatından sonra evdə aynalarımız bağlandı"

Müğənni Səidə Dadaşova atası, Xalq artisti Rafael Dadaşovun vəfatından sonra güzgülərə baxa bilmədiyini etiraf edib. xəbər verir ki, bu barədə ifaçı "Afaqla 10lar" verilişində danışıb:. "Ayna son zamanlar məni çox kövrəldir. Atamın vəfatından sonra evdə aynalarımız bağlandı. Ondan sonr

23 iyun
.

Alla Puqaçova iki ürək əməliyyatı keçirdi

Müğənni Alla Puqaçova iki ürək əməliyyatı keçirib. xəbər verir ki, 76 yaşlı sənətçi təxminən altı ay əvvəl Avropada yerləşən xəstəxanalardan birinə aparılıb. "Mash" nəşrinin məlumatına görə, əməliyyatlardan sonra müğənninin ağır iş rejiminə dözməkdə çətinlik çəkdiyi bildirilir. Onun nəfəs darlığ

29 iyun