ABŞ-də Əfqanıstan vətəndaşı terror təhdidi ittihamı ilə saxlanılıb
ABŞ-də Əfqanıstan vətəndaşı terror xarakterli təhdidlər yaymaqda ittiham olunur.
"Report"un xəbərinə görə, bu barədə "Fox News" ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyinə istinadən məlumat yayıb.
Əfqanıstan vətəndaşı Məhəmməd Davud Əlokozay 25 noyabrda "TikTok"da Texas ştatının Fort-Uert şəhərində partlatmaq üçün bomba hazırladığını əks etdirən video paylaşdıqdan sonra saxlanılıb. Təqsirləndirilən şəxs ABŞ-yə keçmiş prezident Co Baydenin rəhbərliyi vaxtı Birləşmiş Ştatlar qoşunlarının ölkədən çıxarılmasından sonra, Vaşinqtonun əfqan müttəfiqlərini qəbulu proqramı çərçivəsində gəlib.
Noyabrın 26-da Vaşinqtonda Milli Qvardiyanın döyüşçülərinə atəş açan Əfqanıstan vətəndaşı Rəhmanullah Laqanval da ABŞ-yə 2021-ci ildə bu proqram çərçivəsində gəlib. Atəş nəticəsində Milli Qvardiyanın iki hərbçisi və hücumçu yaralanıb, onlar xəstəxanaya yerləşdiriliblər. Hərbçilərdən biri daha sonra aldığı xəsarətlərdən vəfat edib.
Vaşinqtonda Milli Qvardiya qoşunlarına hücumdan sonra ABŞ hakimiyyəti Əfqanıstan vətəndaşları üçün vizaları və xarici vətəndaşlar üçün sığınacaq müraciətlərinin baxılmasını müvəqqəti dayandırıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 469 Tarix: 30 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hörmüz boğazından kommersiya gəmiçiliyi 90% azalıb
Hörmüz boğazından kommersiya gəmiçiliyinin həcmi ABŞ və İran arasında qarşıdurma başlamazdan əvvəlki göstəricilərlə müqayisədə 90% aşağı olaraq qalır. "Report" xəbər verir ki, bu, Böyük Britaniyanın Dəniz Ticarət Gəmiçiliyi İdarəsinin (UKMTO) məlumatlarından məlum olur. "Gəmiçilik həcm
20 sentyabrKXDR öz istehsalı olan kamikadze dronları təqdim edib
Şimali Koreya lideri Kim Çen In ölkədəki bir neçə müdafiə müəssisəsinin istehsal sahəsinə baş çəkib. "Report" xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb. İstehsal sahələrindən birində dövlət başçısına kamikadze dronların yığılması xətti nümayiş etdirilib
20 sentyabrABŞ Ukraynaya milyardlarla dollarlıq silah satacaq
Amerika Birləşmiş Ştatları Ukraynaya ümumi dəyəri 2.68 milyard dollar təşkil edən hava hücumundan müdafiə (HHM) vasitələrinin və hərbi sursatların mümkün satışına razılıq verib. xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi internet səhifəsində dərc olunan bəyanatda məlumat verilib. Sənədd
19 sentyabrDonald Tramp uşaqların az peyvəndlənməsi məsələsində niyə israr edir?
ABŞ Prezidenti Donald Tramp, autizm hallarının sayının azaldılması məqsədilə ölkədə uşaq peyvəndlərinin dozalarının azaldılmasına çalışacağını bəyan edib. xəbər verir ki, o bu barədə Ağ Evdə çıxış edərkən bəyanat verib. Tramp qeyd edib ki, müəyyən preparatlarla vaksinasiya prosesi bir neçə mərhələdə
19 sentyabrİstanbulda evdən 297 kiloqram narkotik aşkarlanıb
İstanbulun Şişli rayonunda bir evə keçirilən əməliyyat zamanı 297 kiloqram sintetik narkotik vasitə, 520 kiloqram kimyəvi qatqı maddəsi, qarışdırıcı aparat, narkotik vasitələrin hazırlanmasında istifadə olunan avadanlıq və 2 ədəd həssas tərəzi aşkarlanaraq götürülüb. "Report" xəbər verir ki
19 sentyabrTrampın Çin avtomobilləri ilə bağlı planı ABŞ-də narahatlıq yaratdı
İri avtomobil istehsalçıları, tədarükçülər və dilerlər ABŞ Prezidenti Donald Trampı gələn həftə Çin Prezidenti Si Cinpinlə planlaşdırılan görüşü ərəfəsində Çin avtomobil istehsalçılarının ABŞ bazarına daxil olmasına icazə verməməyə çağırıblar. "Reuters"ə istinadən xəbər verir ki, bu barəd
19 sentyabr