Politoloq: "Ölkəmizdə sabitliyi pozmağa və daxili qarşıdurmalar yaratmağa cəhd edən qüvvələrin fəaliyyəti bir daha ifşa olundu"

Politoloq: "Ölkəmizdə sabitliyi pozmağa və daxili qarşıdurmalar yaratmağa cəhd edən qüvvələrin fəaliyyəti bir daha ifşa olundu""Biz illərdir müsahibə və açıqlamalarımızda bildiririk ki, radikal müxalifət - xüsusilə özünü "Milli Şura" adlandıran qurumda təmsil olunanlar, eləcə də AXCP və Müsavat funksionerləri - ölkəmizdə fəaliyyət göstərən "5-ci kolon"un təsiri altındadırlar. Bu qrupların maliyyələşməsi, aldıqları tapşırıqlar və yönləndirilmələr məhz həmin şəbəkənin ölkə daxilində yerləşən rəhbərliyi tərəfindən həyata keçirilir".

Bu sözləri Oxu.Az-a açıqlamasında politoloq Ramiz Alıyev bildirib.

O əlavə edib ki, son günlər Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi genişmiqyaslı əməliyyatlar isə illərdir söylədiyimiz bu fikirləri tam şəkildə təsdiqlədi:

"DTX-nin yüksək peşəkarlıqla apardığı xüsusi əməliyyat tədbirləri nəticəsində ölkəmizdə sabitliyi pozmağa, dövlətçiliyimizi zəiflətməyə və daxili qarşıdurmalar yaratmağa cəhd edən qüvvələrin fəaliyyəti bir daha ifşa olundu. Bu əməliyyatlar göstərdi ki, milli təhlükəsizliyimizə yönələn hər hansı təxribat cəhdi dərhal müəyyən edilir və qarşısı qətiyyətlə alınır".

"Azərbaycanın hüquq-mühafizə orqanları ictimai təhlükəsizliyin təmin olunmasında, sabitliyin qorunmasında və qanunçuluğun möhkəmləndirilməsində müstəsna rol oynayırlar. Onların gündəlik fəaliyyəti təkcə cinayətkarlığa qarşı mübarizə ilə məhdudlaşmır - həm də mümkün təxribatların qarşısının alınması, ictimai-siyasi sabitliyin qorunması və ölkəmizdə təhlükəsizlik mühitinin təmin edilməsində mühüm əhəmiyyət daşıyır. Hüquq-mühafizə strukturları arasında formalaşmış sıx koordinasiya isə təhlükəsizlik sisteminin çevikliyini və bütövlüyünü daha da gücləndirir. Bir daha bütün cəmiyyət əmin oldu ki, Azərbaycanın hüquq-mühafizə orqanları kimliyindən, mövqeyindən və sosial statusundan asılı olmayaraq, heç kimə - heç bir zaman dövlətçiliyimizə zərər vurmağa imkan verməyəcək. Təhlükəsizlik qurumlarımız - istər DTX, istərsə də DİN bu gün həm ictimai asayişin qorunmasında, həm də milli təhlükəsizliyin təmin edilməsində fədakar xidmətləri ilə seçilir və öz fəaliyyətləri ilə xalqımıza, dövlətimizə sarsılmaz bağlılıq nümayiş etdirirlər", - deyə ekspert vurğulayıb.

Müsahibimiz qeyd edib ki, Azərbaycan dövlətinin təhlükəsizliyi etibarlı əllərdədir:

"Bütün hüquq-mühafizə orqanlarımız ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qarşıya qoyulan tapşırıqları yüksək peşəkarlıq, qətiyyət və sədaqətlə icra edirlər. Xarici dairələrin təsiri altına düşmüş destruktiv qrupların fəaliyyəti isə heç vaxt dövlətin gücündən və xalqın birliyindən üstün ola bilməz. Bu gün Azərbaycan həm daxilən sabit, həm də xarici təhdidlərə qarşı dayanıqlı bir dövlətdir. Dövlətçiliyimizin qorunması, milli maraqlarımızın müdafiəsi və ölkənin təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən bütün tədbirlər ardıcıl və yüksək effektivliklə davam etdirilir. Azərbaycanın təhlükəsizliyi əmin əllərdədir və bu əminlik xalq-dövlət birliyinin ən mühüm dayağıdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 468   Tarix: 30 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…

Oktyabrın 1-dən Azərbaycanda bəzi internet istifadəçiləri daha çox pul ödəməli olacaq. Hazırda 18 manat və ya daha aşağı olan sabit internet tarifləri 25 manatlıq vahid minimum tarifə keçiriləcək. Dəyişiklik mobil internetə aid deyil, amma minlərlə evin aylıq xərci arta bilər. İnternetin qiyməti niy

20 sentyabr
.

İş dəftərləri alınmalıdır, yoxsa yox? Rəsmi qurumdan cavab - Video

Yeni tədris ili başlasa da, valideynləri narahat edən əsas məsələlərdən biri iş dəftərləri və onların qiymətləridir. İTV-yə istinadla xəbər verir ki, valideynlər övladları üçün bu vəsaitləri almaqda çətinlik çəkdiklərini bildirirlər. Məsələ ilə bağlı danışan təhsil eksperti Elçin Əfəndi qeyd edib ki

20 sentyabr
.

Lokal xarakterli antiterror tədbirləri və separatçı rejimin süqutu: Qarabağda 30 illik separatizm necə başa çatdı?

2023-cü ilin sentyabrı Qarabağ münaqişəsinin tarixində dönüş nöqtəsi oldu. Sentyabrın 19-da başlayan və sentyabrın 20-də başa çatan lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan Qarabağ üzərində dövlət suverenliyini faktiki olaraq tam bərpa etdi. Hadisələrdən cəmi səkkiz gün sonra is

19 sentyabr
.

Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA

Azərbaycanda gələcək pensiyanın məbləği əsasən vətəndaşın əmək fəaliyyəti dövründə əldə etdiyi rəsmi gəlirlər, ödədiyi sosial sığorta haqları və formalaşdırdığı pensiya kapitalı ilə bağlıdır. Bu baxımdan uzun müddət rəsmi əmək fəaliyyəti göstərən və əməkhaqqısı yüksək olan şəxslərin gələcəkdə daha yüksə

20 sentyabr
.

Azərbaycanda internet BAHALAŞIR - YENİ QİYMƏT

Oktyabrın 1-dən Azərbaycanda hazırda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit internet tarifləri vahid minimum olan 25 manatlıq tarifə keçiriləcək. -a istinadla xəbər verir ki, dəyişikliklər yalnız genişzolaqlı internet üçün nəzərdə tutulmuş xidmətlərinə şamil ediləcək və mobil rabitə ilə mobi

19 sentyabr
.

Azərbaycan ayaqqabı istehsalını 44 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 828,1 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,3 % çoxdur. Təkcə avqustda isə ölkədə 118 min cüt ayaqqabı istehsal edilib. Bu, 1 il əvvələ nisbətə

20 sentyabr
.

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ

Prezident İlham Əliyevin Şamaxıya səfəri və burada bir sıra açılışlarda iştirakı şəhərin yenidən paytaxt statusu alması məsələsini aktuallaşdırıb. Şamaxı orta əsrlərdə uzun müddət Şirvanşahlar dövlətinin paytaxtı olub. 1191-ci ildə baş verən güclü zəlzələdən sonra isə Şirvanşah I Axsitan paytaxtı müvəqqət

20 sentyabr
.

İşsiz şəxslərin diqqətinə: 478 manat...

Bu il sentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,7 min nəfər olub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, onların 53,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişini

20 sentyabr
.

TƏCİLİ: Azərbaycanda qadınlar 6 aylıq hərbi xidmət keçəcək? - AÇIQLAMA

Azərbaycanda qadınların hərbi xidmətə cəlb olunması məsələsi son dövrlərdə müzakirə olunan mövzulardan biridir. Xüsusilə müqavilə əsasında hərbi xidmətə başlayan qadınların xidmət şəraitinə uyğunlaşması və uzunmüddətli müqavilə bağlanmazdan əvvəl onların bu sahəyə münasibətinin müəyyənləşdirilməsi il

19 sentyabr