Pəncərəyə qoyulan "oğru mankeni" insanları çaşdırıb: kimisi polisi çağırır, kimisi pəncərəyə daş atır

Pəncərəyə qoyulan "oğru mankeni" insanları çaşdırıb: kimisi polisi çağırır, kimisi pəncərəyə daş atırMersinin Yenişəhər rayonunda bir sığorta şirkətinin binasının pəncərəsinə yerləşdirdiyi oğru görkəmli cansız manken illərdir yoldan keçənləri çaşdırmağa davam edir.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Cumhuriyet məhəlləsindəki İsmet İnönü Bulvarında yerləşən sığorta şirkəti, təxminən 5 il əvvəl oğurluğa qarşı maarifləndirmə yaratmaq üçün binanın birinci mərtəbə pəncərəsinə oğru görünüşlü cansız manken yerləşdirib. Məqsəd həm vətəndaşları oğurluq riskinə qarşı məlumatlandırmaq, həm də sığorta etməyə təşviq etmək olub.

Aradan illər keçməsinə baxmayaraq, manken hələ də bir çox şəxsin diqqətini çəkir. Küçədən keçən bəzi insanlar pəncərədəki fiquru real oğru zənn edərək tərəddüd edir, kimisi polisə zəng etmək istəyir, kimisi pəncərəyə daş atmağı düşünür. Bir neçə saniyə diqqətlə baxanlar isə bunun sadəcə cansız manken olduğunu anlayaraq həm rahatlayır, həm də gülümsəyir.

Ətrafdakı vətəndaşlardan Mete Aktaş yaşadığı bir hadisəni belə danışıb:
"İki gənc yanımdan keçəndə soruşdular ki, ‘Abi, o binaya oğru girib?’ Mən də izah etdim ki, bu sadəcə mankendir. Gülüşdülər, hətta öncə polisi çağırmaq istəyiblərmiş."

Küçədən tez-tez keçən sakinlərdən Buğru Şevik isə mankeni illərdir gördüyünü bildirib:
"İlk dəfə gördüyüm gün gecə saat 12 idi. Əvvəl real oğru zənn etdim, 2-3 saniyə diqqətlə baxandan sonra manken olduğunu başa düşdüm."

Sığorta şirkətinin şöbə müdiri Arzu Tekin bildirib ki, bu tətbiq vətəndaşları ev və iş yerlərini oğurluğa qarşı sığortalamağa təşviq etmək məqsədilə həyata keçirilib:
"Bəzən bəzi vətəndaşlar bunun gerçek bir oğru olduğunu düşünür. Daş atan olur, polisə xəbər vermək istəyən olur, hətta bizi axtarıb xəbərdar edənlər də var. Amma manken olduğunu anlayanda həm gülürlər, həm də yaratdığımız fərqindəliyin nə qədər təsirli olduğunu deyirlər. Bu geri dönüşlər bizə işimizin doğru olduğunu göstərir."

Hadisə bölgədə həm maraq, həm də təbəssümlə qarşılanmağa davam edir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 824   Tarix: 01 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kosmik milyarderlərin Ay planlarına pis xəbər: Alimlər əsas problemi açıqladılar

Alimlər müəyyən ediblər ki, Ayda daimi bazaların qurulması üçün yetərli miqdarda su yoxdur. Harvard-Smitson Astrofizika Mərkəzinin tədqiqatçısı Martin Elviz bir milyon əhalisi olan şəhərin Ay səthində neçə il yaşaya biləcəyini hesablayıb. -ın məlumatına görə, "Frontiers" jurnalında dərc oluna

15 sentyabr
.

Android və "iPhone"da gizli tətbiqlər: Onları bir neçə dəqiqəyə necə tapmaq olar?

Smartfonun ekranından hansısa tətbiqin qəfil yoxa çıxması onun silindiyi demək deyil. Bəzi hallarda proqram sadəcə əsas ekrandan və ya tətbiqlər menyusundan gizlədilə bilər. xarici mediaya istinadən xəbər verir ki, smartfonlarda tətbiqləri gizlətmək funksiyası məxfi proqramları yad gözlərdən qorumaq

15 sentyabr
.

Qorxulu yuxuların səbəbi - Açıqlandı

İnsanlarda yuxu pozuntusuna səbəb olan amillər və gecə kabuslarının əsas yaranma səbəbləri açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə həkim Karema Maqomedova danışıb. Onun sözlərinə görə, gecə kabusları müxtəlif nevroloji pozuntular, o cümlədən yuxu zamanı tənəffüs pozuntuları səbəbində

18 sentyabr
.

Ayla bağlı yeni kəşf: Alimləri təəccübləndirən an

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi 2024-cü ildə yaranan və diametri 22 metr olan yeni krater kəşf edib. xəbər verir ki, bu bu barədə ABŞ aerokosmik agentliyi məlumat yayıb. Bildirilib ki, "Science Advances" elmi jurnalının mütəxəssisləri bu tapıntını Günəş sistemində indiyədə

17 sentyabr
.

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

Toyuq döşü adətən sağlam qidalanmağa diqqət edən insanlar üçün daha yaxşı seçim hesab olunur. O, yağsızdır, zülalla zəngindir və nisbətən az yağ ehtiva edir. Bud əti isə daha yağlı və kalorili olduğundan bəzən avtomatik olaraq daha az faydalı seçim kimi qiymətləndirilir. Lakin əslində məsələ o qədə

19 sentyabr
.

Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi

Qış aylarlarının yaxınlaşması ilə birlikdə elektrik, su və istilik sistemlərində baş verə biləcək xətalara qarşı evlərdə bəzi hazırlıqlar görülməlidir. mütəxəssis tövsiyələri çərçivəsində hazırlanan bələdçi fövqəladə hallarda əsas ehtiyacların fasiləsiz qarşılana bilməsi üçün evdə saxlanılmalı olan məhsullar

19 sentyabr
.

Çox çətin tapmaca: insanların yalnız 1 faizi cavabını tapır

Bu riyazi tapmaca əksər insanları çaşdırır. Sosial mediada ilk baxışdan çaşdırıcı görünə biləcək bir riyazi tapmaca yayılır. bildirir ki, şəkildə qeyri-adi cavabları olan bir neçə nümunə göstərilir və tapşırıq sual işarəsinin yerinə hansı ədədin qoyulmalı olduğunu müəyyən etməkdir. Məsələ belədir:

20 sentyabr
.

Süni intellekt dövründə hansı peşələr dəyişəcək? - Video

"Süni intellekt birbaşa peşələri sıradan çıxarmır, ilk növbədə, həmin sahələrdəki təkrarlanan tapşırıqları avtomatlaşdırır". Bu fikirləri İKT mütəxəssisi Asim Namazov bildirib. Ekspertin sözlərinə görə, məlumatların daxil edilməsi, standart sənədlərin hazırlanması, sadə mətnlərin tərtibi, məlumatları

20 sentyabr
.

Dizlərdə xırtıltı nə vaxt təhlükə siqnalıdır? - Mütəxəssisdən AÇIQLAMA

"Gəzinti və ya əyilmə zamanı dizlərdə yaranan səs və xırtıltılar əksər hallarda sağlamlıq üçün heç bir təhlükə yaratmır". "The Mirror" nəşrinə istinadən xəbər verir ki, bunu osteopat (xəstəliklərin diaqnostikası və müalicəsini dərmansız, yalnız əllərin toxunması və xüsusi hərəkətlərl

17 sentyabr