Niyə bəzi uşaqlar məktəbi sevmir və bununla nə etmək olar?

Niyə bəzi uşaqlar məktəbi sevmir və bununla nə etmək olar?Əgər övladınız məktəbdən kədərli, yorğun və bir qədər məyus halda qayıdırsa və "Gün necə keçdi?" sualına "Mənə bunun nə mənası var?" deyə cavab verirsə buna ciddi diqqət yetirməyin vaxtıdır.

Lent.az uşaqların bu düşüncəsi ilə bağlı maraqlı faktları təqdim edir:

Müasir məktəbdə təhsil çox zaman elə qurulur ki, biliklər sinfin içində "bağlı" qalır və real həyata keçmir. Məktəblərin əksəriyyəti biliklərin transferinə yəni öyrənilən məlumatların yeni şəraitdə tətbiq edilməsinə lazımi qədər diqqət ayırmır. Uşaqlar formulları, tarixləri, qaydaları əzbərləyirlər, amma bunların real həyatda nəyə lazım olduğunu anlamırlar.

Riyaziyyat bəli, onlar tənlikləri rahatlıqla həll edirlər, amma avtokreditin sərfəli olub-olmadığını necə hesablamağı bilmirlər.

Tarix dərslərdə hadisələri öyrənirlər, amma bunun bu gün hansı qərarların qəbulunda kömək etdiyini görmürlər. Yəni, bilik öz-özlüyündə praktik bacarığa "çevrilmir". Buna görə də uşaqlar çox vaxt məyusluq yaşayırlar: bilik var, amma məna yoxdur.

Məktəbi darıxdırıcı edən nədir?

Bir çox müəllim ən yaxşı niyyətlə elə metodlardan istifadə edir ki, bunlar motivasiya vermək əvəzinə uşaqları dərsdən uzaqlaşdırır:

Qorxu üzərindən elm: "İqlim dəyişməsini anlamasanız, planet məhv olacaq".

Təzyiq üzərindən riyaziyyat: "Tənliyi həll etməsən, nə mühəndis, nə də həkim ola biləcəksən".

Dəhşət üzərindən tarix: "Köləliyi öyrən, yoxsa keçmişin səhvlərini təkrarlayacaqsan."

Utanc üzərindən ədəbiyyat: "Gatsbini analiz edə bilməsən, mədəniyyətsiz sayılacaqsan".

Bu cür yanaşmalar uşağın beynində "özünü qoruma rejimi"ni işə salır və öyrənmə istəyi bloklanır. Uşaq "bağlanma" rejiminə keçir və məlumatı qəbul etməyi dayandırır.

Təhsili maraqlı etmək üçün nə etmək olar?

Motivasiyanı qorxu ilə yox, fayda ilə yaratmaq mümkündür. Məsələn:

Elm imkanlar haqqında:

"İqlim bilikləri şüurlu seçim etməyə, yaşıl iqtisadiyyatda karyera qurmağa kömək edir".

Riyaziyyat gündəlik praktikada:

"Tənliklər hər şeyi hesablamağa kömək edir idman statistikası da, kredit faizi də".

Tarix dəyişiklik aləti kimi:

"Sosial hərəkatları öyrənmək dünyanı necə dəyişmək mümkün olduğunu göstərir".

Ədəbiyyat həyat güzgüsü kimi:

"Personajları analiz edərkən insan psixologiyasını daha yaxşı anlayırıq, münasibətləri inkişaf etdiririk və öz hekayəmizi danışmağı öyrənirik".

Valideynlər nə edə bilər?

Uşağınızın həvəslə oxumasını istəyirsinizsə:1. Znanin həyatla əlaqəsini göstərin.

İzahat verin ki, biliklər gündəlik həyatda necə işə yarayır:

statistika idmanda,

psixologiya münasibətlərdə,

tarix ictimai fəallıqda istifadə olunur.

2. Pop-mədəniyyətdən istifadə edin

Filmlər, sosial şəbəkələr, məşhurlar ədəbiyyat, psixologiya və ya riyaziyyat dərsləri üçün əla nümunədir.

3. Özünü dərk etməni təşviq edin

Uşaqların öyrəndikləri biliklər fonunda öz davranışlarını, hisslərini və vərdişlərini analiz etməsinə kömək edin.

4. Sehrli sualı verin

"Bunu məktəbdən kənarda necə istifadə edə bilərsən?"

Bu, bilik transferini yəni nəzəriyyənin real həyatda tətbiqini gücləndirir.
Uşağın yaşadığı məyusluq onun problemi deyil, sistemin nəticəsidir. Çünki məktəbdə bilik çox zaman birbaşa praktik qiymət daşımır. Təhsili sadəcə "əyləncəli" etməklə problemi həll etmək olmaz. Biliklər faydalı olduqda, məktəb dəyərli təcrübə məkanına çevrilir darıxdırıcı öhdəliyə yox.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 691   Tarix: 01 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kosmik milyarderlərin Ay planlarına pis xəbər: Alimlər əsas problemi açıqladılar

Alimlər müəyyən ediblər ki, Ayda daimi bazaların qurulması üçün yetərli miqdarda su yoxdur. Harvard-Smitson Astrofizika Mərkəzinin tədqiqatçısı Martin Elviz bir milyon əhalisi olan şəhərin Ay səthində neçə il yaşaya biləcəyini hesablayıb. -ın məlumatına görə, "Frontiers" jurnalında dərc oluna

15 sentyabr
.

Android və "iPhone"da gizli tətbiqlər: Onları bir neçə dəqiqəyə necə tapmaq olar?

Smartfonun ekranından hansısa tətbiqin qəfil yoxa çıxması onun silindiyi demək deyil. Bəzi hallarda proqram sadəcə əsas ekrandan və ya tətbiqlər menyusundan gizlədilə bilər. xarici mediaya istinadən xəbər verir ki, smartfonlarda tətbiqləri gizlətmək funksiyası məxfi proqramları yad gözlərdən qorumaq

15 sentyabr
.

Qorxulu yuxuların səbəbi - Açıqlandı

İnsanlarda yuxu pozuntusuna səbəb olan amillər və gecə kabuslarının əsas yaranma səbəbləri açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə həkim Karema Maqomedova danışıb. Onun sözlərinə görə, gecə kabusları müxtəlif nevroloji pozuntular, o cümlədən yuxu zamanı tənəffüs pozuntuları səbəbində

18 sentyabr
.

Ayla bağlı yeni kəşf: Alimləri təəccübləndirən an

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi 2024-cü ildə yaranan və diametri 22 metr olan yeni krater kəşf edib. xəbər verir ki, bu bu barədə ABŞ aerokosmik agentliyi məlumat yayıb. Bildirilib ki, "Science Advances" elmi jurnalının mütəxəssisləri bu tapıntını Günəş sistemində indiyədə

17 sentyabr
.

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

Toyuq döşü adətən sağlam qidalanmağa diqqət edən insanlar üçün daha yaxşı seçim hesab olunur. O, yağsızdır, zülalla zəngindir və nisbətən az yağ ehtiva edir. Bud əti isə daha yağlı və kalorili olduğundan bəzən avtomatik olaraq daha az faydalı seçim kimi qiymətləndirilir. Lakin əslində məsələ o qədə

19 sentyabr
.

Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi

Qış aylarlarının yaxınlaşması ilə birlikdə elektrik, su və istilik sistemlərində baş verə biləcək xətalara qarşı evlərdə bəzi hazırlıqlar görülməlidir. mütəxəssis tövsiyələri çərçivəsində hazırlanan bələdçi fövqəladə hallarda əsas ehtiyacların fasiləsiz qarşılana bilməsi üçün evdə saxlanılmalı olan məhsullar

19 sentyabr
.

Çox çətin tapmaca: insanların yalnız 1 faizi cavabını tapır

Bu riyazi tapmaca əksər insanları çaşdırır. Sosial mediada ilk baxışdan çaşdırıcı görünə biləcək bir riyazi tapmaca yayılır. bildirir ki, şəkildə qeyri-adi cavabları olan bir neçə nümunə göstərilir və tapşırıq sual işarəsinin yerinə hansı ədədin qoyulmalı olduğunu müəyyən etməkdir. Məsələ belədir:

20 sentyabr
.

Süni intellekt dövründə hansı peşələr dəyişəcək? - Video

"Süni intellekt birbaşa peşələri sıradan çıxarmır, ilk növbədə, həmin sahələrdəki təkrarlanan tapşırıqları avtomatlaşdırır". Bu fikirləri İKT mütəxəssisi Asim Namazov bildirib. Ekspertin sözlərinə görə, məlumatların daxil edilməsi, standart sənədlərin hazırlanması, sadə mətnlərin tərtibi, məlumatları

20 sentyabr
.

Dizlərdə xırtıltı nə vaxt təhlükə siqnalıdır? - Mütəxəssisdən AÇIQLAMA

"Gəzinti və ya əyilmə zamanı dizlərdə yaranan səs və xırtıltılar əksər hallarda sağlamlıq üçün heç bir təhlükə yaratmır". "The Mirror" nəşrinə istinadən xəbər verir ki, bunu osteopat (xəstəliklərin diaqnostikası və müalicəsini dərmansız, yalnız əllərin toxunması və xüsusi hərəkətlərl

17 sentyabr