Şirəsini sıçratmadan narı dənələməyin asan yolu - Qaşıqla 1 dəqiqəyə
Narın təmizlənməsi çoxları üçün çətin və səliqəsiz bir iş olduğundan, bir çox insan bu meyvədən uzaq durur. Lakin sadə bir fənd sayəsində narı təmizləmək cəmi bir dəqiqə çəkir və ətraf tamamilə təmiz qalır.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bunun üçün yalnız iti bıçaq və adi metal qaşıq kifayətdir.
Narın tez təmizlənməsi üçün addım-addım təlimat
1. Keyfiyyətli nar seçin. Böyük, ağır və qabığı quruca olan nar seçmək lazımdır. Üzərində batıq və yumşaq hissələr olmamalıdır, ən şirəli narlar məhz belə olur.
2. Yuyun və qurulayın. Narı axar suyun altında yaxşıca yuyun. Toz və çirki tam çıxarmaq üçün suya bir çimdik soda da əlavə etmək olar. Daha sonra meyvəni kağız dəsmalla qurulayın.
3. Üst hissəni kəsin. Narı zədələmədən yuxarı "tac" hissəsini kəsin. Kəsikdə ağ pərdələr görünəcək məhz onlar dənələri bölmələrə ayırır.
4. Cızıqlar qoyun. Hər bir ağ pərdənin boyunca meyvənin qabığını yüngül şəkildə, dərin olmayan şəkildə kəsin. Meyvəni tam bölmək lazım deyil.
5. Narı paketə qoyun. Adi sellofan paket götürün və narı içinə yerləşdirin. Paket içində narın hissələrini bir qədər ayırın, amma tam qoparmayın.
6. Dənələri qaşıqla çıxarın. Metal qaşıqla narın qabığının xarici tərəfinə yüngül-yüngül vurun. Zərif titrəyiş nəticəsində dənələr asanlıqla ayrılaraq birbaşa paketə tökülür. Beləcə, nə sıçrama olur, nə də əllər boyanır.
Artıq narı salatlara, desertlərə əlavə etmək və ya sadəcə qaşıqla yemək çox rahatdır.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1252 Tarix: 03 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xalçadakı pis qoxudan qurtulmaq üçün üzərinə səpin - 30 dəqiqə gözləyin
Xalçalara hopan arzuolunmaz qoxuları kənarlaşdırmaq üçün bahalı təmizlik vasitələrinə ehtiyac yoxdur. Mətbəxdə olan sadə bir ərzaq - çay sodası xüsusilə yemek və ev heyvanlarından yaranan yüngül qoxuları azalda bilir. xəbər verir ki, tətbiqdən əvvəl xalça səthinin tamamilə quru olduğuna əmin olun. Sod
31 oktyabrQışda bu 5 əşyanı maşına qoymadan yola çıxmayın
Avtomobil mütəxəssisləri havaların soyuması və şaxtalı günlərin yaxınlaşması ilə əlaqədar təhlükəsiz sürüşü təmin etmək, qəza və yolda qalma risklərini minimuma endirmək üçün vacib tövsiyələr paylaşıblar. həmin 5 tövsiyəni təqdim edir:. Akkumulyator və elektrik sistemi. Şaxtalı hava akkumulyatorun yükün
31 oktyabrTozsoran niyə zəif çəkir? - 3 əsas səbəb
Tozsoran əvvəlki kimi tozları yaxşı təmizləmirsə, bu, cihazın sıradan çıxması demək deyil. Əksər hallarda problem çirklənmiş filtrlər, tıxanmış boru və ya dolmuş toz qabı ilə bağlı olur. xəbər verir ki, mütəxəssislərin fikrincə, bir neçə sadə yoxlama ilə problemin səbəbini müəyyənləşdirmək və əlavə xər
1 noyabrTelefon işığı beynimizi aldadırmış - Yuxusuz gecələrin səbəbi...
Smartfon və digər rəqəmsal cihazlardan yayılan mavi işıq insan sağlamlığına və yuxu rejiminə ciddi zərər vurur. "Qafqazinfo"nun xəbərinə görə, Harvard Tibb Məktəbinin tədqiqatçıları müəyyən ediblər ki, mobil telefon ekranlarının şüalanması yuxuya getməyi təmin edən melatonin hormonunun ifrazın
4 noyabrUstalar üçün müştəri etibarını artıran 5 əsas amil hansıdı?
Müştəri usta seçərkən yalnız qiymətə baxmır. İşin keyfiyyəti, ustanın davranışı və verdiyi sözə əməl etməsi də önəmlidir. Etibar qazanan ustalar daha çox tövsiyə olunur və daimi müştəri qazana bilirlər. Bəs müştərinin etibarını qazanmaq üçün usta nələrə diqqət etməlidir?. Peşəkarlıq və iş keyfiyyəti
3 noyabrEvdə eşitdiyiniz bu 5 səs təhlükə xəbərdarlığı ola bilər
Evdə eşidilən bəzi qeyri-adi səslər ciddi texniki nasazlıqların xəbərçisi ola bilər. Su borularından gələn döyüntü, elektrik rozetkalarından eşidilən xışıltı və ya kondisionerin qeyri-adi səs çıxarması bəzən yanğın, su basması və bahalı təmir işləri ilə nəticələnə biləcək problemlərə işarə edir. xaric
1 noyabrBəy şadlıq sarayına çatmamış yuxuya getdi - Video
Toy günü lentə alınan maraqlı video sosial şəbəkələrdə diqqət çəkib. xəbər verir ki, görüntüdə bəy və gəlinin şadlıq sarayına yollanarkən avtomobildə olduğu görünür. Lakin bəyin məclisə çatmamış yuxuya getməsi izləyicilərin marağına səbəb olub. Toy həyəcanı və hazırlıqların yorğunluğu ilə əlaqələndirilə
31 oktyabr