Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şəki şəhərinə mediatur təşkil olunub
Dekabrın 2-3-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şəki şəhərinə media nümayəndələrinin səfəri baş tutub. Səfərin məqsədi Şəkinin daxili turizm imkanlarını daha geniş nümayiş etdirmək, bölgədə turistlər üçün yaradılan şəraiti, həyata keçirilən layihələri ictimaiyyətə təqdim etmək olub.
Şəkinin Öyrət kəndi ərazisində yerləşən "BioGarden" eko-aqro turizm təsərrüfatı ilə tanışlıq zamanı jurnalistlərə məlumat verilib ki, səkkiz hektar ərazini əhatə edən bağda üç mindən çox meyvə ağacı var. Həmçinin, bağda arıçılıq təsərrüfatı da mövcuddur.
Qeyd olunub ki, "BioGarden" Aqroekoloji Turizm Məkanı 2010-cu ildən etibarən biznes turizm fəaliyyəti göstərir. Biznes subyektinin əsas məqsədi Azərbaycanın şimal-qərb bölgəsində aqrobio müxtəlifliyin inkişafına və davamlı istifadəsinə nail olmaq, turizm fəaliyyəti göstərməkdir. Bununla yanaşı, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, istehsal olunan ekoloji təmiz məhsullardan istifadə etməklə milli yeməkləri təqdimatı, aqroturizm imkanlarının genişləndirilməsi və təşviqi də əsas hədəflərdir.
Şəkinin qədim və mühüm təsərrüfat sahələrindən biri olan ipəkçilik barədə dolğun məlumat əldə etmək üçün jurnalistlər "Azəripək" ASC-də də olublar. Bildirilib ki, hazırda "Azəripək" ASC-nin baramadan xam ipək açan, toxucu, boyaq-bəzək istehsalatları, burucu və xalça sexləri fəaliyyət göstərir. Müəssisədə yüksək keyfiyyətli 100% təbii xam ipək, müxtəlif ipək məhsullar, eyni zamanda kəlağayı, şərf, çitmə və sair istehsal olunur. İstehsal edilən məhsullar xarici ölkələrə ixrac olunur.
Media mənsubları Şəkidə sənətkarlarla görüşüb, onların iş prosesi ilə yaxından tanış olub, məşhur Şəki halvasının hazırlanması prosesini izləyiblər. Halvaçı Xosrov Qafarov bu şirniyyat növünün hazırlanmasındakı incəliklər barədə ətraflı məlumat verib. Şəkinin ənənəvi dulusçuluq sənət növü ilə tanışlıq zamanı isə dulusçu Əhəd Məmmədov media mənsublarına öz emalatxanasında master-klas göstərib, hazırladığı məhsulların çeşidindən, təyinatından danışıb.
"Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğu ərazisinə baş çəkən jurnalistlərə buradakı tarixi abidələr, maddi-mədəniyyət nümunələri, eyni zamanda Xan sarayı barədə ətraflı məlumat verilib. Bildirilib ki, DTA tabeliyindəki qoruqlarda, o cümlədən "Yuxarı Baş" qoruğunda tarix, mədəniyyət və təbiət abidələrinin, maddi-mədəni irsin qorunması ilə yanaşı, ərazinin turistlər üçün daha maraqlı məkana çevrilməsi üçün cari bərpa və yenidənqurma işləri görülür. Bu işlərin davamı kimi, hazırda Dairəvi Məbəddə bərpa işləri həyata keçirilir.
Mediatur çərçivəsində jurnalistlər sahibkar Sevinc Bayramovaya məxsus "Süsən" istehsalat müəssisəsində də olublar. Media mənsublarına "Süsən" brendi ilə istehsal olunan kəlağayılar, onların çeşidi, daxili və xarici bazarda tələbat, turistlərin bu məhsul növünə marağı barədə məlumat verilib.
Səfər müddətində media nümayəndələrinin maraq doğuran sualları ətraflı cavablandırılıb.



















Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 342 Tarix: 03 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan ayaqqabı istehsalını 44 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 828,1 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,3 % çoxdur. Təkcə avqustda isə ölkədə 118 min cüt ayaqqabı istehsal edilib. Bu, 1 il əvvələ nisbətə
20 sentyabrAzərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Toy mərasimləri ilə bağlı yeni qaydaların tətbiqi təklif olunur. Təklifə əsasən, toyda iştirak edənlərin sayı maksimum 120 nəfər, mərasimin müddəti isə 2 saatla məhdudlaşdırıla bilər. Bu, nə dərəcədə mümkündür?. xəbər verir ki, -a danışan sosioloq Mail Yaqub deyib ki, bu təklif Azərbaycan üçün tam rea
20 sentyabrCəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ
2026-cı ilin qarşıdakı aylarında Azərbaycanda 4 qeyri-iş günü olacaq. xəbər verir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü iş günü hesa
19 sentyabrİş dəftərləri alınmalıdır, yoxsa yox? Rəsmi qurumdan cavab - Video
Yeni tədris ili başlasa da, valideynləri narahat edən əsas məsələlərdən biri iş dəftərləri və onların qiymətləridir. İTV-yə istinadla xəbər verir ki, valideynlər övladları üçün bu vəsaitləri almaqda çətinlik çəkdiklərini bildirirlər. Məsələ ilə bağlı danışan təhsil eksperti Elçin Əfəndi qeyd edib ki
20 sentyabrBu köhnə 250 manat hərracda YÜKSƏK QİYMƏTƏ SATILDI - VİDEO
Azərbaycanın 1992-ci ildə dövriyyəyə buraxılmış 250 manatlıq köhnə əskinaslarından biri eBay hərracında 169 avroya, yəni təxminən 329 manata satılıb. Bunu -a Azərbaycanlı numizmat Fərhad Məmmədov bildirib. Onun sözlərinə görə, 250 manatlıq əskinas ilk dəfə 1992-ci ildə təqdim edilib və yalnız bir dəf
20 sentyabrTƏCİLİ: Azərbaycanda qadınlar 6 aylıq hərbi xidmət keçəcək? - AÇIQLAMA
Azərbaycanda qadınların hərbi xidmətə cəlb olunması məsələsi son dövrlərdə müzakirə olunan mövzulardan biridir. Xüsusilə müqavilə əsasında hərbi xidmətə başlayan qadınların xidmət şəraitinə uyğunlaşması və uzunmüddətli müqavilə bağlanmazdan əvvəl onların bu sahəyə münasibətinin müəyyənləşdirilməsi il
19 sentyabrDövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
Azərbaycan Respublikasının pensiya qanunvericiliyinə əsasən, vətəndaşın yaşa görə əmək pensiyasına hüquq qazanması üçün əsas kriteriyalardan biri 25 illik sığorta stajıdır. Lakin iş stajı bu həddən az olan və ya kifayət qədər iş təcrübəsi bulunmayan şəxslərin də pensiya və ya sosial təminat almaq imkanlar
19 sentyabrƏHALİNİN NƏZƏRİNƏ: Gecikənlər əlavə pul ödəyəcək
Sentyabrın 21-də bir sıra vergi ödənişlərinin həyata keçirilməsi tələb olunur. Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib. Bildirilib ki, qeyd olunan tarixədək xüsusi notariuslar üzrə gəlir vergisi, idman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə gəlir vergisi, əlav
20 sentyabrAzərbaycan mis məftil istehsalını 10 dəfədən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 363 ton mis məftil istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 dəfə çoxdur. Təkcə avqustda isə ölkədə 56,8 ton mis məftil istehsal edilib. Ötən ilin avqust ayında istehsa
19 sentyabr