"Azərbaycanın regionda sülh gündəliyinin təşəbbüskarı olması prinsipi aydın və qəti mövqedir" - AÇIQLAMA
Sülh gündəliyinin təşəbbüskarı məhz Azərbaycandır.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koakeri qəbul edərkən bildirib.
Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirərək, bütün bunların tarixi əhəmiyyət daşıdığını vurğuladı və bu məsələdə ABŞ Prezidenti Donald Trampın xüsusi roluna toxunub. Dövlətimizin başçısı sülh gündəliyinin təşəbbüskarının məhz Azərbaycan olduğunu deyib və onun irəli aparılması üçün ölkəmizin bundan sonra da səylərini davam etdirəcəyini vurğulayıb.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
"Azərbaycanın regionda sülh gündəliyinin təşəbbüskarı olması prinsipi aydın və qəti mövqedir" - bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:
"Prezident İlham Əliyevin dekabrın 4-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə naziri Lord Vernon Koakeri qəbul edərkən bu mövqeyi bir daha vurğulaması, həm də Azərbaycanın diplomatik təşəbbüslərdə öncül rol oynadığını beynəlxalq səviyyədə nümayiş etdirir. Söhbət zamanı həm ABŞ Prezidenti Donald Trampın bu prosesdə xüsusi roluna toxunulması, həm də qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılması göstərir ki, Azərbaycan regionda sülhün təmin olunmasında həm strateji, həm də praktik təşəbbüskardır.
Bu yanaşma həm daxili, həm də xarici siyasətdə Azərbaycanın liderliyini möhkəmləndirir. Bakı yalnız sözlə yox, konkret diplomatik addımlar və təşəbbüslərlə sülh prosesini irəli aparır. Prezidentin vurğuladığı kimi, ölkəmiz bundan sonra da sülh gündəliyinin icrası və davamlılığının təmin olunması üçün səylərini davam etdirəcək. Bu, həm də regionda Azərbaycanın qlobal aktor kimi mövqeyinin təsdiqi və davamlılığının göstəricisidir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır