"Dövlətə xəyanət, xalqa arxa çevirmək ən ağır cinayətdir" - DEPUTAT

"Dövlətə xəyanət, xalqa arxa çevirmək ən ağır cinayətdir" - DEPUTAT"Bu gün Azərbaycan regionda aparıcı mövqeyi ilə tanınan, qlobal səviyyədə ehtiramla qəbul edilən dövlətdir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi respublikamızın sürətli inkişafını, xalqımızın sosial rifahının yüksəldilməsini və torpaqlarımızın işğaldan azad olunmasını təmin edib. Ərazi bütövlüyümüz bərpa edilib, torpaqlarımız üzərində milli suverenliyimiz təmin olunub. Bu gün dövlətimiz azad və müstəqildir. Azərbaycan xalqının öz tarixinin uğurlu davamı, Ali Baş Komandan İlham Əliyevin illərlə apardığı düşünülmüş və strateji siyasətinin, güclü ordumuzun və xalqımızın birliyinin nəticəsidir. Azərbaycan xalqı bu uğurlarla haqlı olaraq qürur duyur. Təəssüflər olsun ki, belə bir vaxtda da həm xaricdə, həm də daxildə ölkəmizə qarşı yönəlmiş məkrli qüvvələr var. Amma onlar bilməlidirlər ki, Azərbaycan dövləti güclüdür, hüquq-mühafizə orqanlarımız ayıq-sayıqdır və istənilən təxribatın qarşısını almağa qadirdirlər. Ölkə rəhbərinin siyasi iradəsi və düzgün idarəçiliyi nəticəsində bu kimi xəyanətlərə yer olmayacaq. Dövlətə, xalqa, vətənə xəyanət edən hər bir şəxs qanun qarşısında cavab verəcək və layiqli cəzasını alacaq".

Bu sözləri Sonxeber.az-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

O, açıqlamasında qeyd edib ki, son günlər ölkə ictimaiyyətinin diqqət mərkəzində olan əsas məsələ - Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və bir neçə partiya funksionerinin saxlanılması ilə bağlı aparılan istintaq tədbirləridir:

"Bu proseslər dövlətin hüquq və təhlükəsizlik siyasətinin tərkib hissəsi olaraq qiymətləndirilir. Cari ilin oktyabr ayında Ramiz Mehdiyevlə bağlı başlanmış istintaq çərçivəsində müxtəlif şəxslərin ifadələrinin alınması, müəyyən istiqamətlər üzrə araşdırmaların aparılması və ayrı-ayrı ünvanlarda axtarış tədbirlərinin keçirilməsi barədə rəsmi məlumatlar yayımlanıb. Bu istintaqın bir hissəsi kimi AXCP sədri Əli Kərimli ilə bağlı da prosedurlar həyata keçirilib, onun evində axtarış aparılıb. Aşkar olunan materiallar arasında "Milyarderlər İttifaqı" ilə əlaqələrə dair faktlar, Ramiz Mehdiyev tərəfindən yazılmış məktubun KİV-də olmayan ilkin variantı və digər sənədlər tapılıb. DTX-nın Əli Kərimlinin və onun müşavirinin evində axtarışlar aparması AXCP sədrinin dövlət çevrilişinə cəhd planlarındakı yeri və rolu barədə ciddi sübutlara malik olduğunu göstərir.

"Ramiz Mehdiyevin işi" ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində Əli Kərimlinin və onun ətrafındakı şəxslərin əməllərinin yeni detallarının üzə çıxarılması bir daha göstərir ki, bunların bütün fəaliyyəti antikonstitusion hərəkətlərdən ibarətdir və dövlətə qarşı yönəlib. Hələ 2013-cü ildə keçirilən prezident seçkiləri ərəfəsində yaradılmış "Milli Şura" adlanan qurumun məhz Rusiyadan idarə olunduğunu görmək mümkün idi. Çünki Onlar Rusiya vətəndaşı olan Rüstəm İbrahimbəyovu prezidentliyə namizəd göstərmişdilər və bunu məhz Rusiyanın tapşırığı ilə etmişdilər. O zaman seçki kampaniyasının gedişində "Milli Şura" adlı qurumun fitnəkarlığı, antiazərbaycançı mərkəzlərin sifarişlərini yerinə yetirdiyi aydın görünməkdə idi. Bu qurumda birləşən Əli Kərimli, Cəmil Həsənli və digərləri seçki prosesinə və ölkəmizin maraqlarına zərbə vurmağa çalışmaqla məşğul idilər. Artıq AXCP sədri Əli Kərimlinin, Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin Ramiz Mehdiyevin tapşırıqlarını yerinə yetirməsi, hər iki şəxsin timsalında AXCP və Milli Şuranı hakimiyyətə təzyiq aləti kimi əlində saxlaması heç kəsə sirr deyil. Demək ki, mənzərə tam aydındır: Rusiya Ramiz Mehdiyev vasitəsilə, Ramiz Mehdiyev isə AXCP və Milli Şura xətti ilə hakimiyyəti daimi təzyiq altında saxlamaq, mühüm proseslər zamanı siyasi güzəştlərə məcbur etmək, hətta Moskvanın iradəsi ilə dövlət çevrilişinə cəhd etmək və s.kimi işbirliyi piramidası təşkil edildiyi tam aydınlaşır. Rusiyanın Ramiz Mehdiyevlə əlaqələri və xəbərləşmə metodları xüsusi xidmət orqanlarına bəllidir. Əlbəttə ki, bu deyilənləri sübut edəcək faktlar da var.
Məsələn, Ramiz Mehdiyev vəzifədə olduğu müddətdə AXCP və Milli Şura hər 3 aydan bir mitinq, aksiya təşkil edərdi. Lakin 2019-cu ildə Ramiz Mehdiyev vəzifəsindən azad olunduqdan sonra AXCP və Milli Şura bir dəfə də olsun nə mitinq, nə də aksiya keçirdi. Eyni zamanda, Əli Kərimli heç zaman hər hansı bir çıxışında birbaşa Ramiz Mehdiyevi tənqid etməyib. Bütün aqressiya və tənqidləri, trol hücumlarını, sosial şəbəkə paylaşımlarını Prezident İlham Əliyevə qarşı istiqamətləndirib. Heç şübhəsiz ki, bunu da Ramiz Mehdiyevin təlimatına uyğun edib. Əgər belə olmasaydı, nə üçün Əli Kərimli dəfələrlə Ramiz Mehdiyevi müdafiə edən çıxışlar edib?
Gültəkin Hacıbəyliyə gəldikdə isə,öncə sual olunmalıdır ki, hakimiyyətin tərəfdarlarından olan, vaxt var idi Prezident seçkilərində cənab İlham Əliyevi müdafiə edən, onun haqqında uzun çıxışlar quran Gültəkin Hacıbəyli necə oldu ki, müxalif düşərgəyə keçdi? Yaxud, onun bütün karyerası boyunca keçdiyi yolu bilən Əli Kərimli niyə belə asanlıqla onu yaxınına buraxdı? Hansı xidmətlərinə görə o Milli Şuraya qəbul olundu? Əlbəttə ki, bütün bu sualların cavabı bir daha Ramiz Mehdiyev koordinatını bizə göstərir.

Əslində, 2003-cü ildə Gürcüstandan, 2004-cü ildə Ukraynadan, 2005-ci ildə Qırğızıstandan, 2012-ci ildə "Ərəb baharı"ndan sonra da Qərbin dəstəyini ala bilməyən Əli Kərimlinin "Qafqaz baharı" fiaskoya uğradı və o ümidini Rusiyaya, əlaqələndirici və siyasi-ideoloji, maddi dəstəkçi kimi Ramiz Mehdiyevə bağladı. Məlum olduğu kimi o, bir müddət sonra Müsavatı və digər müxalifət partiyalarını sıxışdırıb Milli Şuradan uzaqlaşdırdı və Rusiyanın, Ramiz Mehdiyevin tək "ortağına" çevrildi. Çünki Rusiyadan gələn sifarişlər və Ramiz Mehdiyevin ssenariləşdirdiyi mitinqlər, aksiyalar əməlli-başlı böyük gəlir mənbəyi idi. Lakin xalq-hakimiyyət vəhdəti bu mənfur planı puça çıxardı.
Millət vəkili vurğulayıb ki, ümumiyyətlə, Əli Kərimlinin fəaliyyəti hər zaman antimilli müstəvidə olub. Bu tipli adamlar öz əməlləri ilə dövlətə və xalqa müxalif olublar. Onlar respublikamıza düşmən mövqedə olan xarici siyasi mərkəzlərlə əməkdaşlıq ediblər, onların tapşrıqlarını yerinə yetiriblər. Müxtəlif hadisələr zamanı, o cümlədən Azərbaycan beynəlxalq uğurlara imza atanda, respublikamızda seçkilər və ya mühüm beynəlxalq tədbir keçiriləndə bu qaragüruh qrup xaricdən aldığı təlimatlar əsasında respublikamıza qarşı qarayaxma kampaniyası həyata keçirməyə cəhd göstərib. Amma hər dəfə iflasa uğrayıb, ifşa olunub. Məsələn, Vətən müharibəsi dövründə ölkədə olan bütün siyasi qüvvələr milli maraqlar ətrafında birləşdiyi halda Azərbaycan Xalq Cəbhəsi Partiyası adlanan qurum milli birlikdən imtina etdi.

Rusiyanın çirkin planının ifşası fonunda Ramiz Mehdiyev-AXCP-"Milli Şura" üçbucağının da xəyanətləri artıq sübuta yetirilməkdədir: "DTX dövlət çevrilişinə cəhd planında yalnız Ramiz Mehdiyevin, onun əlaltıları olan AXCP və "Milli Şura" ilə oyunlarını ifşa etmir, eyni zamanda, Rusiyadakı bəzi dairələrin perspektivdə Azərbaycanda təxribat, siyasi qarşıdurma törədilməsi, ictimai sabitliyin pozulması planlarında Əli Kərimlidən istifadə imkanlarını da məhdudlaşdırmaqdadır. Daha doğrusu, Rusiyanın Ukrayna ilə müharibə bitdikdən sonra Qafqaz üzərində təsir dairəsini yenidən bərpa etmək cəhdləri çərçivəsində Ramiz Mehdiyevə bağlı qüvvələrdən istifadə edəcəyi, qeyd olunan prosesdə radikal davranışları ilə daim seçilən, Azərbaycanın dövlət maraqlarına qarşı hər zaman xəyanətkar mövqedə olan AXCP-nin öndə gedəcəyi də istisna edilmir. Qeyd olunan səbəbdən dövlətə, Vətənə xəyanət yolunu tutan qüvvələrin vaxtında zərərsizləşdirilməsi dövlət təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyır".

Deputat onu da əlavə edib ki, dövlətə və xalqa xəyanət yolunu tutmuş AXCP kimi partiyaların qapadılması məsələsi də birmənalı şəkildə gündəmdə olmalıdır:

"Ramiz Mehdiyev, Əli Kərimli və onların ətrafında olan bəzi şəxslərin dövlətə xəyanət yolu tutması, hakimiyyəti zorla ələ keçirməyə cəhd etməsi xalq tərəfindən qətiyyətlə pislənir və nifrətlə qarşılanır. İstintaq orqanları tərəfindən aparılan araşdırmalar göstərir ki, bu cəhdlər realdır və istintaqa cəlb olunan şəxslərin ifadələri, əldə olunan sübutlar bunu tam aydın şəkildə təsdiqləyir. Dövlətə xəyanət, xalqa arxa çevirmək ən ağır cinayətdir və bu cinayətin bağışlanması mümkün deyil. Xalq onların saxta simasını bir daha gördü. Müxalifətçilik vətənə, xalqa və milli maraqlara qarşı olmur. Ramiz Mehdiyevin, Əli Kərimlinin və onun qrupunun bu tipli fəaliyyəti təmsil etdiyi xalqa və vətəndaşı olduğu dövlətə xəyanətdən başqa bir şey deyil. Bu cür əməllər isə bağışlanmazdır".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1007   Tarix: 04 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr
.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr
.

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir

17 sentyabr