Mərhum nazirin şirkətinə 364 min manatlıq sifariş
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi maşın və avadanlıqların satın alınması ilə bağlı tenderə yekun vurub.
Qaynarinfo xəbər verir ki, tenderin qalibi "ATA Texnologiya" MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 364 124,4 manat təşkil edir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "ATA Texnologiya" MMC 15 oktyabr 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 000 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi, ev 102-də yerləşən şirkətin qanuni təmsilçisi Yusifov Mais Əmir oğludur.
Açıq mənbələrdə Mais Əmirov haqqında məlumatlar məhduddur. Məlum olan odur ki, o, Azərbaycan İqtisad Universitetinin "Statistika" ixtisası üzrə təhsil alıb. 1997-ci ildə məzun olan Mais Əmirov 2016-cı ildən "ATA Texnologiya" MMC-yə rəhbərlik edir.
Mais Əmirov şirkətin rəhbəri olsa da, sahibi deyil. "ATA Texnologiya" MMC-nin sahibi "ATA Holdinq" MMC-dir. Yəni, "ATA Texnologiya" MMC sözügedən holdinqin törəmə şirkətidir.
"ATA Holdinq" MMC-nin isə mərhum Fazil Məmmədova məxsus olduğu sirr deyil. Fazil Məmmədov 2000-2017-ci illərdə vergilər naziri vəzifəsində çalışıb. O, 2022-ci ildə dünyasını dəyişib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qlobal bazarlarda qızıl, gümüş və platin ucuzlaşıb
Qlobal əmtəə bazarlarında qiymətli və sənaye metallarının qiymətində eniş qeydə alınıb. xəbər verir ki, COMEX birjasında avqust fyuçersləri üzrə qızılın qiyməti 73 dollar və ya 1,72% azalaraq bir unsiya üçün 4 172,9 dollara düşüb. Spot qızıl isə 54,26 dollar və ya 1,29% ucuzlaşaraq 4 155,71 dollar olub
20 iyunAzərbaycan ABŞ-yə ixracını 15 %-dən çox artırıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycan və ABŞ arasında ticarət dövriyyəsinin dəyəri 338 milyon 608 min ABŞ dolları təşkil edib. "Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,6 % azdır. Son 1 ildə Azərbaycanın ABŞ-yə ixracını
7 iyunQarabağdakı layihələrin sığortalanması ilə bağlı məlumat bazası yaradılır
"Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən layihələrin sığortalanmasına dair məlumat bazasının yaradılması istiqamətində işlərə başlanılıb". xəbər verir ki, bunu Türkiyə Sığorta Birliyinin sədri Ahmet Yaşar Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda (AII
25 iyunAzərbaycan iqtisadiyyatına kredit qoyuluşu 9 % artıb
Bu il mayın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 32 milyard 631,8 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1 % çox, ilin əvvəli ilə müqayisədə 2,1 % çox, ötən il mayın 1-nə nisbətən isə 9,1 % çoxdur. Kredit qoyuluşunu
30 mayAzərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-dən çox artırıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 28,789 milyon ABŞ dolları dəyərində geyim idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 26,4 % çoxdur. Təkcə iyunda Türkiyə Azərbaycana 3,699 milyon ABŞ dolları dəyərind
11 iyulQızıl və gümüş bahalaşdı
Nyu-York Ticarət Birjasında (NYMEX) və onun bölməsi olan "Comex"də qiymətli metalların - platin, palladium, qızıl və gümüşün qiymətlərində artım müşahidə olunur. xəbər verir ki, bu barədə ticarət platformalarının məlumatlarında qeyd edilib. Bakı vaxtı ilə saat 13:45-ə olan məlumata görə, NYMEX-d
21 iyulAzərbaycanda şəkər istehsalı 44 %-ə qədər artıb
Bu ilin yanvar-may aylarında Azərbaycanda 169,6 min ton şəkər istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-cü ilin eyni dövrü ilə müqayisədə 43,7 % çoxdur. Son 1 ildə ölkədə şəkərli qənnadı məmulatları istehsalı ötən ilin eyni dövrü ilə müqayisəd
20 iyun