"Bu gün ölkəmiz regional proseslərə istiqamət verən mühüm faktorlardan biridir" - DEPUTAT

"Bu gün ölkəmiz regional proseslərə istiqamət verən mühüm faktorlardan biridir" - DEPUTAT"Azərbaycanın müasir xarici siyasət kursu tarixi reallıqlara, milli maraqlara və qlobal tendensiyalara söykənən ardıcıl və düşünülmüş strategiyadır. Bu gün ölkəmiz regional proseslərə istiqamət verən mühüm aktorlardan biridir. Dünya birliyinə inteqrasiyanın gücləndirilməsi, yeni əməkdaşlıq müstəvilərinin açılması və mövcud tərəfdaşlıqların dərinləşdirilməsi dövlət siyasətimizin prioritet xəttidir".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı danışıb.

"Bu gün ölkəmiz regional proseslərə istiqamət verən mühüm faktorlardan biridir" - DEPUTATO, açıqlamasında qeyd edib ki, hazırda bu istiqamətdə bir neçə əsas hədəf üzərində çalışılır:

"Birincisi, regional əməkdaşlığın strateji genişləndirilməsidir. Azərbaycan Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa İttifaqı və İslam Əməkdaşlıq Təşkilatı ilə münasibətlərdə balanslı və fəal siyasət həyata keçirir. Bu əməkdaşlıq iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat-logistika, rəqəmsallaşma və mədəni-humanitar sahələri də əhatə edir. Cənub Qaz Dəhlizi, Zəngəzur dəhlizi ideyası, Bakı-Tbilisi-Qars xəttinin genişləndirilməsi, yaşıl enerji zonalarının qurulması kimi layihələr Azərbaycanın regional mövqeyini gücləndirməklə yanaşı, beynəlxalq tərəfdaşlarımız üçün də real dəyər yaradır.

İkincisi, qanunvericilik təşəbbüsləri və hüquqi bazadır. Parlamentin üzərinə düşən əsas vəzifələrdən biri bu prosesləri hüquqi müstəvidə təmin etməkdir. Son illərdə
xarici investisiyaların qorunmasını təmin edən islahatlar, rəqəmsal iqtisadiyyat və enerji siyasəti ilə bağlı yeni qanun layihələri, beynəlxalq müqavilələrin ratifikasiyası və strateji əməkdaşlıq sənədlərinin təsdiqi kimi addımlar dövlətimizin siyasi xəttinə və Möhtərəm.Cəmab Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf modelinə uyğun şəkildə həyata keçirilir. Məqsədimiz Azərbaycanın qlobal iqtisadi sistemə rəqabətqabiliyyətli, təhlükəsiz və uzunmüddətli inteqrasiyasını təmin etməkdir.

Üçüncüsü, Parlament diplomatiyasıdır. Dünyada diplomatiyanın çox mühüm qolu məhz parlamentlərarası əməkdaşlıqdır. Azərbaycan Parlamenti müxtəlif beynəlxalq təşkilatlarda ölkəmizin mövqeyini müdafiə edir, haqq səsimizi çatdırır, qarşı tərəflərlə dialoqu möhkəmləndiririk. Müharibədən sonrakı reallıqların qəbul etdirilməsi, Ermənistanın siyasi manipulyasiyalarının ifşası, regionda davamlı sülhə çağırış bu fəaliyyətin əsas istiqamətlərindəndir".

Vüsalə İbrahimli

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqeasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusuna uyğun olaraq dərc edilir.

"Bu gün ölkəmiz regional proseslərə istiqamət verən mühüm faktorlardan biridir" - DEPUTAT


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1285   Tarix: 05 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr
.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr
.

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir

17 sentyabr