Manatın məzənnəsi ilə bağlı vacib AÇIQLAMA

Manatın məzənnəsi ilə bağlı vacib AÇIQLAMA"Azərbaycan manatın ABŞ dollarına qarşı məzənnəsini 1,7 səviyyəsində sabit saxlanmasını davam etdirəcək".

"S&P Global Ratings" Azərbaycan üzrə yenilənmiş iqtisadi proqnozlarını açıqlayıb.

Qeyd edilib ki, Mərkəzi Bankın mütəmadi valyuta intervensiyaları və güclü ehtiyat mövqeyi bu prosesi dəstəkləyir. 2025-ci il 31 oktyabr tarixinə Mərkəzi Bankın valyuta ehtiyatları 11,4 mlrd dollara yüksəlib (təxminən dörd aylıq cari ödənişlərə bərabərdir) və bu, proqnozlaşdırılan neft qiymətləri fonunda əhəmiyyətli bufer yaradır. Bununla belə, iqtisadiyyatın karbohidrogen gəlirlərindən yüksək asılılığı səbəbindən uzunmüddətli zəif neft qiymətləri halında ehtiyatların qorunması üçün məzənnənin idarəolunan dəyişikliyi istisna edilmir.

Mövcud məzənnə rejimi inflyasiyanı sabitləşdirir, lakin Mərkəzi Bankın monetar siyasət imkanlarını məhdudlaşdırır: "Pandemiyadan əvvəl 55% olan depozit dollarlaşması hazırda 29%-ə düşüb, bu da manat depozitlərinə daha yüksək faizlər və məzənnə sabitliyi ilə izah olunur. Yenə də dollarlaşma etibara həssas olaraq qalır və valyuta təzyiqi yaranarsa, əhalinin xarici valyutaya sürətli keçidi mümkündür".

Agentlik əlavə edib ki, Azərbaycan 2024-2026-cı illər üzrə Maliyyə Sektorunun İnkişaf Strategiyası çərçivəsində prudensial tənzimləmə və bank nəzarətini gücləndirməyə yönəlmiş bir sıra islahatlar həyata keçirir.

Tənzimləyici qurumlar Basel III standartlarını mərhələli şəkildə tətbiq edir, riskə əsaslanan nəzarət modelini pilot şəkildə sınaqdan keçirir, həmçinin idarəetmə, açıqlama və makroprudensial nəzarətin gücləndirilməsi üzrə təşəbbüslər irəli sürülür. Bu islahatlar hələ ilkin mərhələdədir, lakin tam tətbiq olunduqdan sonra ölkənin bank tənzimləməsinin beynəlxalq praktikaya yaxınlaşmasına töhfə verəcək.

Bu arada bank sektoru genişlənən depozit bazası ilə dəstəklənən sabit maliyyələşmə profili nümayiş etdirir. Depozit dollarlaşması regional orta səviyyələrə yaxınlaşsa da, kredit dollarlaşmasından xeyli yüksək olaraq qalır ki, bu da bank balanslarında xarici valyutada öhdəliklərlə əsasən manatla olan aktivlər arasında struktur uyğunsuzluq yaradır. /"APA-Economics"


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1206   Tarix: 06 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

STAR NEZ Türkiyədə LPG istehsalında lider olub

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR neft emalı zavodunda (NEZ) 2026-cı ilin iyun ayında 155 min 788,94 ton mayeləşdirilmiş neft qazı (LPG) istehsal edilib. Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən xəbər verir ki, bu, Türkiyədəki neft emal

31 avqust
.

Azərbaycanda məktəblərdə kompüterlərin sayı 30 %-ə yaxın artıb

Azərbaycanda 2025-сi il oktyabrın 1-i vəziyyətinə 4 167 əyani ümumtəhsil məktəbində kompüter olub və bu da bütün məktəblərin 99,3 %-ni təşkil edib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, 2024-cü ilin eyni dövrü ilə müqayisədə kompüteri olan məktəblərin say

1 sentyabr
.

Zədələnmiş pulu harada dəyişmək olar?

Mal və xidmətlərin dəyərini ödəmək istəyəndə bəzən əsginasın yararsız olması əsas gətirilərək qəbul edilmir. Bu halla tez-tez qarşılaşmaq olur. Ödəniş terminallarında da belə əsginaslarla əməliyyat aparmaq mümkün olmur. Maraqlıdır, bəs belə halda vətəndaş hara müraciət etməlidir?. "Qafqazinfo"

25 avqust
.

Brent markalı xam neftin qiyməti 89,37 dollara düşdü

Neftin qiyməti əvvəlki hərracların nəticələrindən sonra kifayət qədər əhəmiyyətli bir artımdan sonra bir qədər aşağı düşdü. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında oktyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 0,33 dollar (0,37 faiz) az, bir barel üçü

28 avqust
.

Brent neftinin qiyməti bir qədər aşağı düşdü

Neft qiymətləri, Yaxın Şərqdəki münaqişənin gərginləşməsi ilə bağlı narahatlıqlar səbəbindən əvvəlki gün güclü bir artımdan sonra cümə axşamı səhər bir qədər aşağı düşüb. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçersləri əvvəlki bağlanışdan 0,3

10 sentyabr
.

Brent markalı neftin qiyməti 90,46 dollar/barelə yüksəlib

Yaxın Şərqdə yenidən başlayan hərbi əməliyyatlar fonunda neft qiymətləri yüksəlir. xəbər verir ki, London ICE Futures birjasında noyabr ayında Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışla müqayisədə 2,36 dollar (2,68 faiz) artaraq 90,46 dollar/barel təşkil edib. Cümə günü bu müqavilələ

31 avqust
.

Brent markalı neftin qiyməti artaraq 97,91 dollar/barel təşkil edib

Neft qiymətləri Yaxın Şərqdəki uzunmüddətli münaqişə ilə bağlı artan narahatlıqlar fonunda yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün çatdırılma ilə Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 0,91 dollar (0,94%) çox, 97,91 dollar/barel təşki

8 sentyabr
.

Azərbaycanda 8 ayda 446 dövlət standartı qəbul edilib

Bu ilin yanvar-avqust aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Sandartlaşdırma İnstitutu 446 yeni dövlət standartı qəbul edib. bu barədə AZSTAND-a istinadən xəbər verir. Məlumata görə, bunun 91-i nəqliyyat, 56-sı qida texnologiyas

10 sentyabr
.

Qeyri-neft-qaz sektorunda ÜDM istehsalı artıb

Bu ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında istehsal olunan ümumi daxili məhsulun (ÜDM) həcmi 87 709,5 milyon manat təşkil edərək ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artıb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlav

9 sentyabr