SON DƏQİQƏ: Metro və avtobuslarda gediş haqqı BELƏ OLACAQ
Metro və avtobuslarda gediş haqqının 60 qəpiyə qaldırılması digər sahələrdə də bahalaşma gözləntisini artırıb. Əhali xüsusilə kommunal xidmətlərin qiymətlərində dəyişiklik olub-olmayacağı ilə bağlı narahatlıq keçirir. Maraqlıdır, son gediş haqqı artımından sonra kommunal xidmətlərin bahalaşması gözlənilirmi?
Mövzuyla bağlı iqtisadçı ekspert Fuad İbrahimov KONKRET.az-a açıqlamasında bildirib ki, prosesləri yalnız ehtimal üzərindən qiymətləndirmək mümkündür:
"Burada ehtimal nəzəriyyəsi ilə getmək olmaz. Məsələnin həlli Tarif Şurasının qərarından asılıdır. Bu gün Tarif Şurası qərar qəbul etsə, bahalaşma ola da, olmaya da bilər. Amma gedən tendensiyalar onu göstərir ki, qiymət artımı baş verəcək. Hər hansı tədqiqatla bunu əvvəlcədən müəyyən etmək mümkün deyil, çünki bütün qərarlar qəfil verilir".
Ekspert bildirib ki, Tarif Şurasının qərarları çox qapalı şəkildə hazırlandığı üçün əvvəlcədən dəqiq proqnoz vermək mümkün deyil:
"Tarif Şurasında qərarlar son dəqiqədə müəyyən olunur. Buna görə də yalnız gözləmək qalır".
Qeyd edək ki, gediş haqqının artırılması fonunda kommunal xidmətlərdə bahalaşma ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik heç bir açıqlama verilməyib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2281 Tarix: 06 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. "Report"un xəbərinə görə, Azərbaycanda bu gün artıq üçüncü dəfədir qeyd olunur. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə gün
20 sentyabrTƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Son dövrlər ictimai nəqliyyatdan, o cümlədən Bakı metrosundan istifadə edən sərnişinlərin sayında müşahidə olunan dəyişikliklər metropolitenin maliyyələşdirilməsi məsələsini yenidən gündəmə gətirir. Metro kimi iri infrastruktur obyektlərinin saxlanılması, qatarların istismarı, texniki xidmət və yen
20 sentyabrBu köhnə 250 manat hərracda YÜKSƏK QİYMƏTƏ SATILDI - VİDEO
Azərbaycanın 1992-ci ildə dövriyyəyə buraxılmış 250 manatlıq köhnə əskinaslarından biri eBay hərracında 169 avroya, yəni təxminən 329 manata satılıb. Bunu -a Azərbaycanlı numizmat Fərhad Məmmədov bildirib. Onun sözlərinə görə, 250 manatlıq əskinas ilk dəfə 1992-ci ildə təqdim edilib və yalnız bir dəf
20 sentyabrNeftçilər Günü: "Qara qızıl"ın Azərbaycan tarixindəki rolu
Bu gün Azərbaycanda Neftçilər Günü qeyd edilir. Bu, Azərbaycanın iqtisadi suverenliyinin və gücünün bünövrəsini yaradan, gecə-gündüz fədakarcasına əmək sərf edən neft-qaz sahəsi mütəxəssislərinin şərəfinə keçirilən müqəddəs peşə bayramıdır. Hər xalqın tarixində elə tarixi anlar mövcuddur ki, onlar yalnı
20 sentyabrSOCAR neftçiləri təbrik edib
20 Sentyabr - Neftçilər Günü münasibətilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən neftçi peşəsinin əhəmiyyətini, bu sahədə çalışan insanların zəhmətini və ölkənin enerji sektorunun inkişafına verdikləri töhfəni əks etdirən videoçarx hazırlanıb. paylaşımı təqdim edir:
19 sentyabrƏHALİNİN NƏZƏRİNƏ: Gecikənlər əlavə pul ödəyəcək
Sentyabrın 21-də bir sıra vergi ödənişlərinin həyata keçirilməsi tələb olunur. Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib. Bildirilib ki, qeyd olunan tarixədək xüsusi notariuslar üzrə gəlir vergisi, idman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə gəlir vergisi, əlav
20 sentyabr