WP: Çatbotlar seçicilərə seçki kampaniyalarından daha effektiv təsir göstərir
Alimlər müəyyən ediblər ki, süni intellektlə işləyən çatbotlar seçicilərin siyasi üstünlüklərinə televiziya vasitəsilə aparılan seçki kampaniyalarından daha güclü təsir göstərə bilər.
"Report" xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti "Science" və "Nature" elmi jurnallarında dərc olunan araşdırmalara istinadla məlumat yayıb.
"İnsanların siyasi namizədlər barədə fikrini dəyişmək çox çətindir. Buna görə biz çatbotların, həqiqətən, bu qədər ciddi təsir göstərə bildiyini aşkar etdikdə təəccübləndik", - hər iki araşdırmanın həmmüəllifi Devid Rend bildirib.
Alimlər dörd ölkədə 80 mindən çox insanın iştirakı ilə eksperiment keçiriblər. İştirakçılara ABŞ Prezidenti Donald Trampı və ya demokratlardan keçmiş vitse-prezident Kamala Harrisi dəstəkləyən çatbotlarla siyasi müzakirələr aparmaq təklif olunub.
Araşdırma göstərib ki, çat-botlar hər 25 haldan birində insanların siyasi mövqeyini dəyişməyə nail olublar. Mütəxəssislər süni intellektin seçki proseslərinə təsir miqyasını qiymətləndirməyin çətin olduğunu qeyd etsələr də, eksperiment çatbotların ABŞ-də seçki kampaniyalarında tətbiq olunan taktikalardan daha çox seçicini inandıra bildiyini nümayiş etdirir.
"Bunun nəticələrindən biri də odur ki, əgər süni intellektlə məşğul olan şirkətlər modelləri müəyyən tərəfə yönləndirsələr, bu, insanların fikirlərini ciddi şəkildə dəyişə bilər", - Rend əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 441 Tarix: 07 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
WSJ: Kanada Aİ-nin assosiativ üzvü olmaq imkanını nəzərdən keçirir
Kanadanın Baş naziri Mark Karni ölkənin Avropa İttifaqının (Aİ) assosiativ üzvü statusunu əldə etməsi imkanını nəzərdən keçirir. Belə bir format Ottavaya ittifaqa tam üzv olmadan Aİ ilə iqtisadi və siyasi əməkdaşlığı genişləndirməyə imkan verə bilər. "Report"un verdiyi məlumata görə, bu barəd
13 sentyabrABŞ-da atda təhlükəli "ət yeyən" parazit aşkarlandı
ABŞ-da bir atda "New World screwworm" adlanan təhlükəli parazitə yoluxma qeydə alınıb. xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. Hadisə Texas ştatının Meksika sərhədinə yaxın Presidio dairəsində qeydə alınıb. Parazitin sürfələri isti qanlı heyvanların açıq yaralarında canlı toxuma il
13 sentyabrRusiyada sabiq nazir axtarışa verildi
Rusiya Daxili İşlər Nazirliyi (DİN) ölkənin sabiq rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforovu axtarışa verib. xəbər verir ki, bu məlumatı "RIA Novosti" agentliyi nazirliyə istinadən yayıb. Daha əvvəl verilən xəbərlərdə Nikiforova qarşı cinayət işinin açıldığı bildirilirdi
13 sentyabrRusiyadan Ermənistana təbii qaz tədarükü dayandırılacaq
Rusiya Federasiyasında planlaşdırılan profilaktik və təmir işləri ilə əlaqədar olaraq Ermənistana təbii qazın tədarükü müvəqqəti olaraq dayandırılacaq. xəbər verir ki, bu barədə "Qazprom Ermənistan" QSC məlumat yayıb. "Rusiya Federasiyasında Şimali Qafqaz-Zaqafqaziya qaz kəmərində planlaşdırıla
14 sentyabrBunun üçün 1 milyardından keçdi
"BTS" qrupunun üzvü Canqkuk xeyriyyə məqsədilə böyük məbləğdə ianə edib. Axşam.az xəbər verir ki, Cənubi Koreyanın məşhur ifaçısı Seul Milli Uşaq Xəstəxanasına 1 milyard von, təxminən 1 milyon 268 min manat bağışlayıb. Müğənni bildirib ki, vəsait maddi imkanı məhdud ailələrdən olan uşaqları
12 sentyabrCevdet Yılmaz Cənubi Qafqazdakı sülh prosesində Türkiyənin rolunu qabardıb
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz ölkənin inkişaf hədəflərinə mane olan terror problemini daimi şəkildə gündəmdən çıxarmaq istədiklərini bildirib. "Report" "Anadolu Ajansı"na istinadən xəbər verir ki, vitse-prezident bu barədə Ədalət və İnkişaf Partiyasının (AK Parti) toplantısındak
13 sentyabr