"Azərbaycan və Slovakiya münasibətləri çoxtərəfli çərçivədə regional istiqrara fayda vermək potensialına malikdir" - DEPUTAT

"Azərbaycan və Slovakiya münasibətləri çoxtərəfli çərçivədə regional istiqrara fayda vermək potensialına malikdir" - DEPUTAT"Azərbaycan və Slovakiya arasında dövlətlərarası münasibətlər uğurla inkişaf edir. Möhtərəm Cənab Prezident İlham Əliyevin Slovakiya Respublikasına rəsmi səfəri, keçirilən yüksəksəviyyəli görüşlər Bakı və Bratislava əlaqələrinin yeni müstəviyə yüksəlməsi baxımından xüsusi əhəmiyyətə malikdir".

Bunu Sonxeber.az-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı danışıb.

"Azərbaycan və Slovakiya münasibətləri çoxtərəfli çərçivədə regional istiqrara fayda vermək potensialına malikdir" - DEPUTATO, açıqlamasında qeyd edib ki, səfər çərçivəsində dövlət rəhbərimizin mətbuata verdiyi bəyanat iqtisadi, siyasi və hərbi sahədə tərəfdaşlığımızın gələcək perspektivlərini aydınlaşdırmaq cəhətdən zəngin mənbədir:

"Möhtərəm Cənab Prezident İlham Əliyev qeyd etdi ki, "keçən il Slovakiya və Azərbaycan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalamışlar. Bu, əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran bir sənəddir və o sənədin imzalanmasından sonra biz bütün istiqamətlər üzrə çox fəal əməkdaşlığı görürük. Bütün istiqamətlər üzrə bizim müştərək komandalarımız fəal işləyir. Birgə iqtisadi işçi qrup öz fəaliyyətini genişləndirir. Ənənəvi əməkdaşlıq sahəsi olan energetika üzrə konkret layihələr icra edilir. Keçən il ilk dəfə olaraq Azərbaycan qazı Slovakiyaya təchiz edilmişdir və Slovakiyanın ehtiyacları olan səviyyədə, istənilən həcmdə Azərbaycan enerji resurslarını təmin edə bilər. "

Bəlli olduğu kimi, ölkəmiz zəngin təbii ehtiyatlar və inkişaf etmiş enerji infrastrukturu ilə diqqət çəkir. Hal-hazırda Avropa məkanında Azərbaycan qazına tələbat artmaqdadır və Slovakiya ölkəmizdən mavi yanacaq ixrac etməklə özünün enerji təhlükəsizliyində ciddi işlərə imza atır. Təbii ki, tərəflər mövcud müsbət dinamikanı qoruyub saxlamaq və daha da inkişaf etdirməkdə qərarlıdır".

Deputat vurğuladı ki, digər vacib məqam isə Azərbaycan və Slovakiya arasında birgə hərbi saneye kompleksinin yaradılması ilə bağlıdır:

"Bu razılaşma Bakı və Bratislavanı daha dərin strateji tərəfdaşlığa sövq edən vacib faktordur. 44 günlük Vətən Müharibəsində əldə olunan tarixi Zəfərin 5 illiyi münasibətilə keçirilən təntənəli parad zamanı sərgilənən silahlar arasında yerli istehsal texnikaların olması bu istiqamətdə görülən işlərin məntiqi nəticəsidir. Onu da vurğulamaq lazımdır ki, Slovakiya hərbi ənənələri olan dövlətdir və onlarla texnoloji əməkdaşlıq hərbi sənayemizin imkanlarını genişləndirəcək.

Azərbaycan və Slovakiya münasibətləri ikitərəfli və çoxtərəfli çərçivədə regional istiqrara fayda vermək potensialına malikdir. Ölkə başçımız Cənab İlham Əliyevin səfəri də məhz irəliyə doğru atılmış mühüm hadisədir".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1031   Tarix: 10 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr