"Prezident İlham Əliyevin Slovakiyaya səfərinin siyasi-iqtisadi üstünlükləri ilə yanaşı, diplomatik əhəmiyyəti də yüksəkdir" - DEPUTAT
"Dünən Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiyaya ilk rəsmi səfəri baş tutub. Bu səfər hər iki ölkə arasındakı münasibətlərin yeni mərhələyə keçdiyini göstərən mühüm tarixi hadisədir. Prezident İlham Əliyevin Slovakiyaya səfəri bu ölkənin Prezidentinin dəvəti ilə gerçəkləşib. Bu səfər iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqdan xəbər verir".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Müşfiq Cəfərov danışıb.
O, açıqlamasında qeyd edib ki, səfər zamanı enerji təhlükəsizliyi, müdafiə sənayesi, nəqliyyat-logistika və rəqəmsal transformasiya kimi strateji sahələrdə real əməkdaşlıqlar müzakirə olunub:
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiyaya səfərinin siyasi-iqtisadi üstünlükləri ilə yanaşı, diplomatik əhəmiyyəti də yüksəkdir. Düşünürəm ki, bu səfər çərçivəsində siyasi və iqtisadi əməkdaşlıqdan əlavə, humanitar və mədəni sahələri də əhatə edən məsələlər üzrə də razılaşmalar əldə olunacaqdır.
Azərbaycanın Avropa məkanında mövqeyini gücləndirməsi və regional layihələrdə iştirakını artırması üçün belə səfərlər böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Slovakiyaya səfəri Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin gücləndirilməsi, ikitərəfli iqtisadi və enerji əməkdaşlığının dərinləşdirilməsi və Cənubi Qafqazda regional sabitliyin dəstəklənməsi baxımından strateji mahiyyətə malikdir.
Azərbaycan son illər Avropa üçün etibarlı qaz mənbəyinə çevrilib. 2023-2024-cü illərdə ilk dəfə Azərbaycan qazı Slovakiyaya çatdırılıb. Azərbaycan hazırda 14 ölkəyə qaz ixrac edir və 25 milyard kubmetr həcmindəki ixracın yarısı Avropaya yönəldilir. Bu amil Azərbaycanın təkcə enerji ölkəsi kimi deyil, Avropanın enerji təhlükəsizliyində strateji tərəfdaş kimi rolunu daha da möhkəmləndirir".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır