Hesabı ödəməyən şəxs məkanın solistini güllələdi: 1 ölü, 1 yaralı var
Adananın Seyhan rayonunda hesabı ödəmədiyi üçün məkandan çıxarılan şəxs, bir müddət sonra geri dönərək danışmaq bəhanəsi ilə solist Kenan Arslanı çölə çağırıb və daha sonra odlu silahla atəş açaraq onu qətlə yetirib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə saat 02:00 radələrində Çınarlı məhəlləsi, Ziyapaşa Bulvarında yerləşən əyləncə məkanında baş verib. Hələ də kim olduğu müəyyən edilməyən şəxs əyləndiyi məkanın hesabını ödəməkdən imtina etdiyi üçün iş yerinin ortağı və solisti Kenan Arslan tərəfindən xəbərdarlıq edilib. Buna əsəbiləşən şəxs masadakı stəkan, qaşıq və bıçaqları ətrafa ataraq qalmaqal yaradıb. Daha sonra o, məkan işçiləri tərəfindən çölə çıxarılıb.
Bir müddət sonra həmin şəxs dostları ilə birlikdə məkana geri dönüb və Arslanı "danışmaq" adı ilə çölə çağırıb. Burada baş verən mübahisə zamanı şübhəli və yanındakı şəxslər tapançalardan atəş açıblar. Güllələr Kenan Arslan və Abdülhalik Denk adlı şəxsə dəyib. Hər iki yaralı qan içində yerə yıxılıb, şübhəlilər isə hadisə yerindən qaçıblar.
Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Ağır yaralanan Arslan Adana Şəhər Təhsil və Araşdırma Xəstəxanasına aparılaraq əməliyyata alınıb, lakin həkimlərin səylərinə baxmayaraq həyatını itirib. Onun cəsədi məhkəmə ekspertizası üçün Adana Məhkəmə-Tibb İnstitutuna göndərilib.
Cinayət Büro Amirliyinin əməkdaşları hadisəyə qarışdığı müəyyən edilən Hüseyn Ç. və B.D.-ni saxlayıb. Digər şübhəlilərin tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 754 Tarix: 11 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Taliblərin marşal Dustumun iqamətgahında yaşayışları - VİDEO
"New York Times" nəşri Kabulu ələ keçirdikdən sonra ölkənin keçmiş vitse-prezidenti Əbdül-Rəşid Dustumun iqamətgahını zəbt edən "Taliban" yaraqlılarının həyatından kadrlar göstərib. "Şəhərdə yaşasam da, ilk dəfədir belə bir yer görürəm", - deyən taliblərdən biri nəşrə müsahibəsind
11 sentyabr 2021Bakıda təcili tibbi yardım maşını qəzaya düşüb, xəsarət alan var
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 9 saylı Bölməsinin təcili tibbi yardım maşını çağırışa gedərkən digər avtomobillə toqquşub. Qəza zamanı tibb bacısı
14 sentyabr 2021Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO
Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -ın -a istinadən verdiyi məlumata görə, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlə
14 sentyabr 2021Lənkəranda FACİƏ: 1 yaşlı körpə ÖLDÜ
Lənkəran rayonunda bir yaşlı körpə naməlum səbəbdən ölüb. xəbər verir ki, hadisə Səpnəkəran kəndində qeydə alınıb. Belə ki, 2020-ci il təvəllüdlü İbrahim Nazim oğlu Ağazadənin halı qəfil pisləşib. Bu səbəbdən valideynləri körpəni Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Ancaq həkim müayinəsində
13 sentyabr 2021Rəşid Mahmudovun oğlu infarkt keçirdi - FOTO
Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun oğlu infarkt keçirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Rəşid Mahmudovun oğlu xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır
12 sentyabr 2021Azərbaycanda QHT sədri vəfat edib
"Hüquqi Yardım" İctimai Birliyinin sədri, hüquqşünas və mediator İlqar Qasımov vəfat edib. "Report" xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Məlumata görə, o, bu gün dünyasını dəyişib. Mərhum sabah Lənkəranda dəfn olunacaq. Allah rəhmət eləsin!
12 sentyabr 2021Vətən müharibəsi iştirakçısı qəzada öldü - FOTOLAR
Sabirabadda baş vermiş ağır yol qəzasında Xaçmaz Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi, Vətən müharibəsi iştirakçısı Elşən Ağayev həyatını itirib. "Report"a istinadən xəbər verir ki, hadisə Yastıqoba kəndind
13 sentyabr 2021Hövsan yolunda iki maşın toqquşdu - Xəsarət alan var + VİDEO
Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Hövsan yolunda olub. Toyota Prius markalı avtomobillə Daewoo Nexia markalı minik maşını toqquşub. Baş vermiş hadisə zamanı 1 nəfər xəsarət alıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib
12 sentyabr 2021Ustanı yarımstansiyada "tok" vurub öldürdü
Sentyabrın 16-ı saat 10 radələrində Gəncə şəhər sakini, 1966-cı il təvəllüdlü İlyas İsmayılovun Gəncə şəhər 35/6 kv-lıq süzgəc yarımstansiyasında elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub. Gəncə şəhər Prokurorluğundan -a verilən məlumata görə, aparılmı
17 sentyabr 2021