"Ümummilli Lider Heydər Əliyevin mübarizliyi bir çox siyasətçilərdən fərqli olaraq, onun sözündə yox, əməlində idi" - DEPUTAT

"Ümummilli Lider Heydər Əliyevin mübarizliyi bir çox siyasətçilərdən fərqli olaraq, onun sözündə yox, əməlində idi" - DEPUTATDekabrın 12-si xalqımızın Ümummilli Lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış Heydər Əliyevin anım günüdür. Bu gün müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın əvəzsiz lideri, ölkəmizin aydın sabahı naminə həyatını belə əsirgəməyən Ümummilli Lider Heydər Əliyevin əbədiyyətə qovuşmasından 22 il keçir Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərinə nəzər salsaq müasir, müstəqil Azərbaycanın milli tarixinin yaradıcısıdır. Çünki o müstəqil milli dövlətçiliyin təməlini qoyan, onu pillə-pillə ucaldan bir şəxsiyyətdir. Bu mənada tam qətiyyətlə demək olar ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müstəqilliyi uğrunda döyüşən və onun qələbəsini təmin edən istedadlı sərkərdədir. Ümummilli Lider Heydər Əliyevin mübarizliyi bir çox siyasətçilərdən fərqli olaraq, onun sözündə yox, əməlində idi. Onun tərcümeyi-halı aydın göstərir ki, yüksək ali dəyərləri öyrənib təfəkküründən keçirmiş, dünyanın və zamanın dərkinə səyini heç zaman əsirgəməmiş bu dahi bütün ali keyfiyyətlərini xalqının və Vətəni Azərbaycanın azad və xoşbəxt gələcəyinə xidmət etməyə səfərbər etmişdi. XIX əsrin tanınmış Amerika şairi Henri Longfello yazır: " Böyük insanlar əbədiyyətə qovuşanda onların saxladıqları nur çox uzun illər sonra da bəşəriyyətin yolunu işıqlandırmaqda davam edir." Ümummilli Lider Heydər Əliyev elə bir nadir şəxsiyyət və möhtəşəm dövlət xadimi idi ki, onun işığı hələ neçə əsrlər müstəqil Azərbaycan dövlətinin, onun bütün varlığı ilə sevdiyi Azərbaycanın və Azərbaycan xalqının yolunu işıqlandıracaq". 1993-cü ilin iyununda xalqın təkidli, tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik respublikamızın ən qiymətli mənəvi-ideoloji sərvətlərindən idi. O illərdə müxtəlif siyasi ambisiyalarla meydana atılan siyasətçilərdən fərqli olaraq, Ümummilli Lider Heydər Əliyev hakimiyyətə ölkəsinə və xalqına xidmət etmək üçün bir vasitə kimi baxırdı Azərbaycan xalqının minillik arzusunu tarixi reallığa çevirmiş, böyük qurbanlar bahasına əldə olunan müstəqilliyi zamanın çətin və keşməkeşli sınaqlarından çıxararaq, onu qoruyub saxlamış, sivil dünyanın və Avropa ailəsinin bir üzvünə cevirmiş Ümummilli Lider Heydər Əliyevin xalqımızın tərəqqisi naminə respublikamıza rəhbərlik etdiyi 34 il ərzində göstərdiyi xidmətlər göz qabağındadır və onları saymaqla qurtaran deyil. İkinci dəfə respublika rəhbərliyinə qayıtdığı və ona başçılıq etdiyi 10 il ərzində ölkə iqtisadiyyatının inkişafındakı xidmətlərini düzgün təsəvvür edib qiymətləndirmək üçün öncə onun ilk dəfə, yəni 1969-cu ilin iyul ayında hakimiyyətə gəldiyi vaxt respublikada yaranmış ictimai-siyasi və iqtisadi vəziyyətə nəzər salmaq lazımdır. Həmin dövrdə Azərbaycan günü-gündən kəskinləşməkdə olan sosial-iqtisadi, demoqrafik, mənəvi-psixoloji və sair sahələri əhatə edən bir sıra böyük çətinliklər və problemlərlə üz-üzə qalmışdı. 60-cı illərdə Azərbaycan Respublikasının iqtisadiyyatı dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoymuşdu. Yaranan ağır vəziyyətdən çıxış yolu tapılmalı, iqtisadiyyatın inkişafı üçün prinsipial cəhətdən yeni konseptual yanaşma yolları işlənib hazırlanmalı, xalq təsərrüfatında köklü dəyişikliklər aparılmalı, təsərrüfatçılıq və iqtisadi həvəsləndirmə işində yeni metodlar tətbiq edilməli idi. "Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub" deyən Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin tərəqqisi üçün bir insanın həyatı boyunca bir dövlət üçün edə biləcəyi hər şeyi etdi və ömrünün ən möhtəşəm əsərini - Müstəqil Azərbaycanı yaradaraq əbədiyyətə qovuşdu. Müstəqil Azərbaycanda elə bir sahə yoxdur ki, onun inkişafında Ümummilli Lider Heydər Əliyevin zəhməti olmasın. Təkcə sovet hakimiyyəti illərində onun göstərdiyi fəaliyyət böyük bir təcrübə xəzinəsi, dövlət idarəçiliyi akademiyasıdır. "Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram" deyən Ümummilli Lider Heydər Əliyev həyatının mənasını yalnız xalqına xidmətdə görmüş, ömrünü onun xoş, firavan gələcəyinə həsr etməkdən şərəf duymuşdur. Bəli, o, bütün ömrünü Azərbaycanın indiki nailiyyətlərinə həsr etmişdi və indi gündən-günə daha da güclənən, inkişaf edən müstəqil Azərbaycan dövlətinin qazandığı hər bir uğur Ümummilli Lider Heydər Əliyevin ömrünün davamıdır. 90-cı illərin əvvəllərində Azərbaycanın həlli görünməyən kifayət qədər problemləri vardı. Ölkə dağılmaq, parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Lakin eyni zamanda bu ölkəni öz canı qədər sevən Ümummilli Lider Heydər Əliyev kimi böyük şəxsiyyət vardı. Xalqın müraciəti ilə Ümummilli Lider Heydər Əliyev Azərbaycan tarixinin bu həlledici anında özünü vətənin harayına yetirən sərkərdə olaraq onu uçurumun astanasında tutub saxladı və ona heç zaman düşmən iradəsinə təslim olmamaq şansını verdi. Ölkəmizə özünəməxsus bir siyasi realizmlə müstəqil dövlət quruculuğuna təkan verdi. Respublika rəhbərliyinə qayıtdığı ilk gündən başlayaraq Ümummilli Lider Heydər Əliyev ölkədə həyata keçirilən bütün islahatların ümumiyyətlə, cəmiyyətin həyatında baş verən köklü dəyişikliklərin əsas təşkilatçısı, ilhamvericisi və istiqamətvericisi olmuşdur. Müdrik rəhbərin gərgin əməyi, səriştəsi, böyük təşkilatçılıq qabiliyyəti, uzaqgörən daxili və xarici siyasəti nəticəsində iqtisadiyyatın bütün sahələrində köklü islahatların aparılması üçün başlıca şərt olan ictimai-siyasi sabitlik təmin edilmişdir. Ölkəmizin daxilində yaranmış sabitlikdən və beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inam və maraqdan istifadə edərək Ümummilli Lider Heydər Əliyev 1994-cü ilin sentyabrında dünyanın iri neft şirkətləri ilə "Əsrin müqaviləsi"nin imzalanmasına nail oldu. Ancaq ölkədə başlanan bu böyük quruculuq işləri daxili və xarici düşmənlərimizin müqavimətinə rast gəlirdi. 1995-ci ilin noyabrında ölkəmizin ilk konstitusiyası qəbul edildi və Milli Məclisə demokratik seçkilər keçirildi. Beləliklə, müstəqil dövlətimizin təsisatlarını qurmaq və yaratmaq işi başlandı. Bəli, məhz Ümummilli Lider Heydər Əliyevin apardığı ağıllı və məqsədyönlü iqtisadi siyasəti nəticəsində ölkənin ali qanunverici orqanı olan Milli Məclis torpaq və aqrar islahat, özəlləşdirmə, sahibkarlıq fəaliyyəti, vergi, maliyyə-bank sisteminin yenidən qurulması haqqında, ticarətin liberallaşdırılması, inhisarçılığın aradan qaldırılması və rəqabətin inkişafı, əhalinin sosial müdafiəsi və digər vacib vəzifələri reallaşdıran qanunlar qəbul etdi. Həyata keçirilən bu və digər kompleks tədbirlər nəticəsində Azərbaycanda 1996-cı ildən etibarən iqtisadiyyatın ilbəil artan inkişafı və dinamik yüksəlişi dövrü başlandı. Ondan sonrakı dövrdə Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi şəxsən Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsinin müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyuldu. Ümummilli Lider Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olmuşdur. Ümummilli Lider Heydər Əliyev demokratik hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün real zəmin yaratmışdır. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlanmışdır. Bu gün müstəqil dövlətimiz BMT-nin, ATƏT-in, Avropa Şurasının, Parlamentlərarası İttifaqın, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının və digər nüfuzlu beynəlxalq təşkilatların bərabər hüquqlu üzvüdür. Hal-hazırda Azərbaycan Respublikası Qafqaz kimi geosiyasi əhəmiyyətli bir bölgədə sabitləşdirici rol oynayan, demokratik inkişaf yolu ilə qətiyyətlə irəliləyən, qüdrətli bir dövlətdir. Azərbaycan bölgənin iqtisadi tərəqqisinə təkan verəcək qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin və Azərbaycan təbii qazının Türkiyəyə çatdıran Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi nəhəng layihələrin əsas iştirakçılarından biridir. Bu istiqamətdə görülən işlər Azərbaycan Respublikasının bölgədə lider mövqe tutmasından xəbər verir. Bu gün Azərbaycan Respublikasında sabitlik tam bərqərar olunub, ölkədə demokratiya və fikir azadlığı mövcuddur, iqtisadiyyat inkişaf edir, xalqın həyat səviyyəsi yüksəlib. Azərbaycanın bütün bu nailiyyətlərinin, doğma yurdumuzun adının yüksəkliklərə ucaldılmasının, ölkəmizdəki sabitlik, tərəqqi və inkişafın müəllifi Ümummilli Lider Heydər Əliyevdir. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı ən böyük xidmətlərindən biri də onun Azərbaycana yeni dövlət idarəçiliyi fəlsəfəsi, mədəniyyəti gətirməsidir. Bu o deməkdir ki, Ümummilli Lider Heydər Əliyev tək bu günkü Azərbaycanın yox, sabahkı əbədi Azərbaycanın da memarıdır. Bu gün Ümummilli Lider Heydər Əliyev siyasi məktəbinin Möhtərəm Prezidentimiz İlham Əliyev kimi istedadlı yetirməsi var. İlham Əliyev müəllifi Ümummilli Lider Heydər Əliyev olan yeni neft startegiyasının dönməz və ardıcıl həyata keçirilməsində, Azərbaycanın dünyada müsbət imicinin daha da möhkəmləndirilməsində, ölkəmizin hərtərəfli inkişafında müstəsna xidmətləri vardır. Bu gün Azərbaycan xalqı İlham Əliyevin Ümummilli Lider Heydər Əliyev siyasətinin prinsiplərinə əsaslanaraq ölkəmizin xoşbəxt gələcəyi naminə böyük, əzəmətli quruculuq işlərinə ustalıq və səriştə ilə rəhbərlik etdiyini yüksək qiymətləndirir və buna görə də öz gələcəyinə nikbin baxır. 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdanda ölkədə mürəkkəb şərait hökm sürürdü. Ümummilli Lider belə bir nəticəyə gəldi ki, Ermənistan-Azərbaycan münaqişəsinin həllində kompleks yanaşma, mühüm daxili və xarici siyasət amillərinin nəzərə alınması tələb olunur. Bunlar ictimai-siyasi sabitliyin təmin edilməsi, döyüş qabiliyyətli nizami ordunun yaradılması, dövlət institutlarının yenidən formalaşdırılması və onların səmərəli fəaliyyətinin təmin edilməsi, iqtisadiyyatın bərpası və köklü idarəçilik islahatlarının həyata keçirilməsi, ölkənin yaxın onilliklər üçün inkişafını təmin edəcək strateji neft müqavilələrinin bağlanması və nəticə olaraq millətin bir amal - azərbaycançılıq ideologiyası ətrafında birləşdirilməsini özündə ehtiva edirdi. XX əsrin 90-cı illərində Azərbaycanın dəf etdiyi çətin, lakin şərəfli yol yalnız Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti sayəsində tarixi həqiqətə çevrildiyi kimi, XXI əsrin əvvəllərinin möhtəşəm uğurları da Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin yeritdiyi siyasətin parlaq təzahürüdür. 2020-ci il sentyabrın 21-də Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda çıxışı zamanı bəyan etdi ki, təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını göstərir: "Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət edirik. Təxribatların baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir". Ermənistan 2020-ci il sentyabrın 27-də bir neçə istiqamətdən Azərbaycan Ordusunun mövqelərinə doğru hücuma keçdi, ağır artileriyadan istifadə edərək yaşayış məntəqələrinə şiddətli atəş zərbələri endirdi. Ermənistanın növbəti hərbi təcavüz cəhdinə cavab olaraq Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başladı və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Ermənistan ordusunu məhv etməyə, onu diz çökdürməyə, işğal altında olan əraziləri azad etməyə nail oldu. Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən icra edilmiş "Dəmir Yumruq" əməliyyatı Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldı, işğalçılığı, nasizmin şöhrətləndirilməsini dövlət siyasətinə çevirən Ermənistanın təslim olması ilə nəticələndi. 2023-cü il sentyabrın 19-da Azərbaycan üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə antiterror əməliyyatına başladı. Azərbaycan öz ərazisində separatçılığa son qoydu. Bununla da Azərbaycan Respublikasının dövlət suverenliyi tam bərpa edildi. Ümummilli Lider Heydər Əliyevin bu siyasi kursu əldə rəhbər tutan möhtərəm Prezidentimiz İlham Əliyevin səyi nəticəsində müstəqil Azərbaycan yeni əsrə, yeni minilliyə, güclü addımlarla inamla irəliləyir. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolu uzun illər boyu Azərbaycanın tərəqqisi və yüksəlişinin baş xətti olaraq ölkəni yüksəlişə və tərəqqiyə aparacaqdır. Azərbaycanın neçə-neçə nəsli Ümummilli Lider Heydər Əliyev məktəbindən, zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq və xalqımız var olduqca onu qəlbində əbədi yaşadacaqdır!

Şahin Seyidzadə
Milli Məclisin deputatı


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 154   Tarix: 12 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Prezident İlham Əliyevin Slovakiyaya səfərinin siyasi-iqtisadi üstünlükləri ilə yanaşı, diplomatik əhəmiyyəti də yüksəkdir" - DEPUTAT

"Dünən Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiyaya ilk rəsmi səfəri baş tutub. Bu səfər hər iki ölkə arasındakı münasibətlərin yeni mərhələyə keçdiyini göstərən mühüm tarixi hadisədir. Prezident İlham Əliyevin Slovakiyaya səfəri bu ölkənin Prezidentinin dəvəti ilə gerçəkləşib. Bu səfər ik

10 dekabr
.

"Etibarlı Tərəfdaş Konsepsiyası" təsdiq edilib - SƏRƏNCAM

"Etibarlı Tərəfdaş Konsepsiyası" təsdiq edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Nazirlər Kabineti konsepsiyada nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirməli, konsepsiyada nəzərdə tutulmuş tədbirləri

5 dekabr
.

Azərbaycanda 21 yeni peşə təhsili müəssisəsi tikiləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev Peşə təhsili sisteminin potensialının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncamla 2026-2030-cu illərdə müasir standartlara cavab verən 21 peşə təhsili müəssisəsinin tikintisi və 2 peşə təhsili müəssisəsinin əsasl

5 dekabr
.

Heydər Əliyevin nəvələri ilə səmimi anları - Video

Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev babası, Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, o, Ümummilli Liderin nəvələri ilə birgə 1990-cı ildə lentə alınmış səmimi görüntülərini paylaşıb. A. Əliyev videoya bu sözləri yazıb: "Alla

12 dekabr
.

"Heydər Əliyev Azərbaycançılıq ideyasını siyasi konsepsiyaya çevirərək xalqın kimliyini modern dövrə daşıdı" - AÇIQLAMA

"12 dekabr Azərbaycan tarixində Ulu Öndər Heydər Əliyevin anım günü kimi həm ehtiram, həm də dərin düşüncə ilə xatırlanan bir gündür. Bu gün yalnız bir lideri deyil, bütöv bir dövlətçilik fəlsəfəsini formalaşdırmış böyük bir şəxsiyyəti yad edirik". Bunu -a politoloq Tural İsmayılov danışıb

12 dekabr
.

"Azərbaycan-BƏƏ münasibətləri regional və qlobal səviyyədə etibarlı tərəfdaşlığın nümunəsidir" - AÇIQLAMA

"Hazırda Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında əməkdaşlıq geniş gündəliyə malikdir". Bunu Azərbaycan Prezidenti İlham Əliyev BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana bu ölkənin milli bayramı - Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubunda bildirib

2 dekabr
.

Ulu Öndərin anım günü

Heydər Əliyev, Azərbaycan Respublikası birinci prezidenti və müstəqil dövlətin qurucusu kimi tanınan böyük bir liderdir. 1923-cü il mayın 10-da Naxçıvanda anadan olan Heydər Əliyev, ali təhsilini əldə edərək karyerasına sağlam bir əsas qoymuşdur. Sovet İttifaqı dövründə fərqli vəzifələrdə çalışan Heydə

3 dekabr
.

Müdafiə çıxışları bitdi - Arayikgil son söz deyəcəklər

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorl

4 dekabr
.

"Bu gün ölkəmiz regional proseslərə istiqamət verən mühüm aktorlardan biridir" - DEPUTAT

"Azərbaycanın müasir xarici siyasət kursu tarixi reallıqlara, milli maraqlara və qlobal tendensiyalara söykənən ardıcıl və düşünülmüş strategiyadır. Bu gün ölkəmiz regional proseslərə istiqamət verən mühüm aktorlardan biridir. Dünya birliyinə inteqrasiyanın gücləndirilməsi, yeni əməkdaşlıq müstəvilərini

5 dekabr