İntihar kimi göstərilən hadisə əslində qətl imiş! Miras üçün ana, ata və qardaşını öldürdü
İzmirin Torbalı rayonunda ana, ata və oğulun həyatını itirdiyi, ilkin mərhələdə "intihar" kimi qiymətləndirilən dəhşətli hadisənin arxasından miras üstündə planlanmış qətl çıxdığı müəyyən edilib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, verilən məlumata görə, bir evdən silah səsləri eşidilməsi barədə məlumat alan polis əməkdaşları ünvana gəldikdə dəhşətli mənzərə ilə qarşılaşıb. Evdə aparılan ilkin araşdırmada Sadi Avcı (67) və həyat yoldaşı Hatice Avcının (54) müxtəlif otaqlarda başlarından vurularaq öldürüldüyü, böyük oğulları Mehmet Avcının (33) isə salon hissəsində cansız halda tapıldığı müəyyən edilib. İlk dəyərləndirməyə əsasən, Mehmet Avcının valideynlərini qətlə yetirib daha sonra intihar etdiyi ehtimal edilmişdi.
Lakin Cinayət Büro və Suç Analiz Büro əməkdaşları hadisə yerini araşdırarkən, Mehmet Avcının meyitinin vəziyyəti və silahın mövqeyindən şübhələnib. İl Polis İdarəsinin tapşırığı ilə xüsusi istintaq qrupu yaradılıb.
İstintaq dərinləşdirildikdən sonra məlum olub ki, M.A. əvvəlcə evdə tək olan anasını, daha sonra evə çağırdığı atasını, sonda isə gələn böyük qardaşını öldürüb. Cinayətlərdən sonra isə hadisəyə " intihar" görüntüsü vermək üçün qardaşının olduğu otağı səliqəyə salıb, silahdakı barmaq izlərini silib və diqqət çəkmədən evdən ayrılıb.
Məlum olub ki, şübhəli maddi çətinliklər yaşayırdı və mirasa tək sahib olmaq məqsədi ilə ailəsini qətlə yetirib. M.A. polis tərəfindən saxlanıldıqdan sonra məhkəməyə çıxarılıb və həbs qətimkan tədbiri ilə təcridxanaya göndərilib. Hadisə ilə bağlı saxlanılan digər şübhəlilərdən S.A. (31) ifadəsindən sonra sərbəst buraxılıb, T.B. (28) isə məhkəmə nəzarəti şərti ilə azad edilib.
Hadisə ilə bağlı istintaq davam edir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1026 Tarix: 12 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Taliblərin marşal Dustumun iqamətgahında yaşayışları - VİDEO
"New York Times" nəşri Kabulu ələ keçirdikdən sonra ölkənin keçmiş vitse-prezidenti Əbdül-Rəşid Dustumun iqamətgahını zəbt edən "Taliban" yaraqlılarının həyatından kadrlar göstərib. "Şəhərdə yaşasam da, ilk dəfədir belə bir yer görürəm", - deyən taliblərdən biri nəşrə müsahibəsind
11 sentyabr 2021Bakıda təcili tibbi yardım maşını qəzaya düşüb, xəsarət alan var
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 9 saylı Bölməsinin təcili tibbi yardım maşını çağırışa gedərkən digər avtomobillə toqquşub. Qəza zamanı tibb bacısı
14 sentyabr 2021Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO
Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -ın -a istinadən verdiyi məlumata görə, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlə
14 sentyabr 2021Lənkəranda FACİƏ: 1 yaşlı körpə ÖLDÜ
Lənkəran rayonunda bir yaşlı körpə naməlum səbəbdən ölüb. xəbər verir ki, hadisə Səpnəkəran kəndində qeydə alınıb. Belə ki, 2020-ci il təvəllüdlü İbrahim Nazim oğlu Ağazadənin halı qəfil pisləşib. Bu səbəbdən valideynləri körpəni Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Ancaq həkim müayinəsində
13 sentyabr 2021Rəşid Mahmudovun oğlu infarkt keçirdi - FOTO
Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun oğlu infarkt keçirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Rəşid Mahmudovun oğlu xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır
12 sentyabr 2021Azərbaycanda QHT sədri vəfat edib
"Hüquqi Yardım" İctimai Birliyinin sədri, hüquqşünas və mediator İlqar Qasımov vəfat edib. "Report" xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Məlumata görə, o, bu gün dünyasını dəyişib. Mərhum sabah Lənkəranda dəfn olunacaq. Allah rəhmət eləsin!
12 sentyabr 2021Vətən müharibəsi iştirakçısı qəzada öldü - FOTOLAR
Sabirabadda baş vermiş ağır yol qəzasında Xaçmaz Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi, Vətən müharibəsi iştirakçısı Elşən Ağayev həyatını itirib. "Report"a istinadən xəbər verir ki, hadisə Yastıqoba kəndind
13 sentyabr 2021Hövsan yolunda iki maşın toqquşdu - Xəsarət alan var + VİDEO
Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Hövsan yolunda olub. Toyota Prius markalı avtomobillə Daewoo Nexia markalı minik maşını toqquşub. Baş vermiş hadisə zamanı 1 nəfər xəsarət alıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib
12 sentyabr 2021Ustanı yarımstansiyada "tok" vurub öldürdü
Sentyabrın 16-ı saat 10 radələrində Gəncə şəhər sakini, 1966-cı il təvəllüdlü İlyas İsmayılovun Gəncə şəhər 35/6 kv-lıq süzgəc yarımstansiyasında elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub. Gəncə şəhər Prokurorluğundan -a verilən məlumata görə, aparılmı
17 sentyabr 2021