İki qardaşın öldüyü silahlı dava üzrə ilk məhkəmə keçirilib - VİDEO

İki qardaşın öldüyü silahlı dava üzrə ilk məhkəmə keçirilib - VİDEOKocaelinin İzmit rayonunda bir kafedə baş verən silahlı insident nəticəsində Hasan və Ahmet Akın qardaşlarının həyatını itirdiyi hadisə ilə bağlı cinayət işi üzrə ilk məhkəmə iclası keçirilib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Kocaeli 3-cü Ağır Cəza Məhkəməsində keçirilən prosesdə həbsdə olan şübhəlilər Furkan G. və Oğuzhan S. SEGBİS vasitəsilə iştirak etsələr də, müdafiə verməkdən imtina edərək ifadələrini növbəti iclasda məhkəmə salonunda vermək istədiklərini bildiriblər.

Hadisə 6 sentyabr 2024-cü ildə İzmit Sekaparkda yerləşən kafedə yaşanmışdı. İddiaya görə, kafenin keçmiş işçisi Hasan Akın alamadığı maaşını tələb edərkən tərəflər arasında mübahisə düşüb və bu mübahisə silahlı qarşıdurmaya çevrilib. Nəticədə Hasan Akın hadisə yerində, qardaşı Ahmet Akın isə ertəsi gün xəstəxanada həyatını itirib. İstintaq çərçivəsində 13 nəfər saxlanılıb, onlardan Furkan G. və Oğuzhan S. həbs edilib.

İddianamədə qeyd olunur ki, hadisə zamanı Hasan Akının bədənində 5, Ahmet Akının bədənində isə 3 güllə yarası aşkarlanıb. Ərazidə ümumilikdə 10 boş giliz tapılıb. Prokurorluq Furkan G.-nin hər iki qardaşı "qəsdən öldürmə" maddəsi ilə iki dəfə ömürlük həbs cəzası almasını tələb edir. Oğuzhan S. üçün isə Hasan Akını "qəsdən öldürmə" ittihamı ilə ömürlük cəza istəyir.

Məhkəmədə ifadə verən şübhəlilərdən Fahri A. hadisə yerində olmadığını, xəstəxanada olarkən yönləndirilmə ilə bir avtomobildən silah götürdüyünü, ancaq həmin silahın insidentdə istifadə edildiyini bilmədiyini deyib. Həyatını itirən qardaşların valideynləri isə bütün şübhəlilərdən şikayətçi olduqlarını bəyan ediblər.

Dosyeyə əlavə edilən yeni təhlükəsizlik kamerası görüntüləri hadisənin dəhşətini bir daha ortaya qoyub. Kadrlarda Furkan G. ilə Ahmet Akın arasında yaşanan itişmə zamanı digər şübhəli Oğuzhan S.-nin atəş açdığı, Hasan Akının iki atəş arasında qaldığı, Ahmet Akının isə arxası dönük halda vurulduğu görünür.

Məhkəmə heyəti həbsdə olan şübhəlilərin vəziyyətinin davamına qərar verərək iclası təxirə salıb.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 873   Tarix: 12 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Taliblərin marşal Dustumun iqamətgahında yaşayışları - VİDEO

"New York Times" nəşri Kabulu ələ keçirdikdən sonra ölkənin keçmiş vitse-prezidenti Əbdül-Rəşid Dustumun iqamətgahını zəbt edən "Taliban" yaraqlılarının həyatından kadrlar göstərib. "Şəhərdə yaşasam da, ilk dəfədir belə bir yer görürəm", - deyən taliblərdən biri nəşrə müsahibəsind

11 sentyabr 2021
.

Bakıda təcili tibbi yardım maşını qəzaya düşüb, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 9 saylı Bölməsinin təcili tibbi yardım maşını çağırışa gedərkən digər avtomobillə toqquşub. Qəza zamanı tibb bacısı

14 sentyabr 2021
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -ın -a istinadən verdiyi məlumata görə, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlə

14 sentyabr 2021
.

Lənkəranda FACİƏ: 1 yaşlı körpə ÖLDÜ

Lənkəran rayonunda bir yaşlı körpə naməlum səbəbdən ölüb. xəbər verir ki, hadisə Səpnəkəran kəndində qeydə alınıb. Belə ki, 2020-ci il təvəllüdlü İbrahim Nazim oğlu Ağazadənin halı qəfil pisləşib. Bu səbəbdən valideynləri körpəni Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Ancaq həkim müayinəsində

13 sentyabr 2021
.

Rəşid Mahmudovun oğlu infarkt keçirdi - FOTO

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun oğlu infarkt keçirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Rəşid Mahmudovun oğlu xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır

12 sentyabr 2021
.

Azərbaycanda QHT sədri vəfat edib

"Hüquqi Yardım" İctimai Birliyinin sədri, hüquqşünas və mediator İlqar Qasımov vəfat edib. "Report" xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Məlumata görə, o, bu gün dünyasını dəyişib. Mərhum sabah Lənkəranda dəfn olunacaq. Allah rəhmət eləsin!

12 sentyabr 2021
.

Vətən müharibəsi iştirakçısı qəzada öldü - FOTOLAR

Sabirabadda baş vermiş ağır yol qəzasında Xaçmaz Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi, Vətən müharibəsi iştirakçısı Elşən Ağayev həyatını itirib. "Report"a istinadən xəbər verir ki, hadisə Yastıqoba kəndind

13 sentyabr 2021
.

Hövsan yolunda iki maşın toqquşdu - Xəsarət alan var + VİDEO

Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Hövsan yolunda olub. Toyota Prius markalı avtomobillə Daewoo Nexia markalı minik maşını toqquşub. Baş vermiş hadisə zamanı 1 nəfər xəsarət alıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib

12 sentyabr 2021
.

Ustanı yarımstansiyada "tok" vurub öldürdü

Sentyabrın 16-ı saat 10 radələrində Gəncə şəhər sakini, 1966-cı il təvəllüdlü İlyas İsmayılovun Gəncə şəhər 35/6 kv-lıq süzgəc yarımstansiyasında elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub. Gəncə şəhər Prokurorluğundan -a verilən məlumata görə, aparılmı

17 sentyabr 2021