"Cənubi Qafqazda sülhün müəllifi də, gündəliyin sahibi də, sabitliyin təminatçısı da Azərbaycandır" - AÇIQLAMA

"Cənubi Qafqazda sülhün müəllifi də, gündəliyin sahibi də, sabitliyin təminatçısı da Azərbaycandır" - AÇIQLAMAAzərbaycan və Ermənistan arasında əldə olunmuş Vaşinqton razılaşmaları Cənubi Qafqazda və onun hüdudlarından kənarda hərtərəfli əməkdaşlığın inkişafı üçün geniş imkanlar açır.

Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aşqabadda keçirilən Beynəlxalq Sülh və Etimad Forumunda bildirib.

"Hesab edirik ki, Azərbaycan və Ermənistanın sülh haqqında birgə bəyannamə imzalaması tarixi əhəmiyyətə malikdir və bu regionda və onun hüdudlarından kənarda hərtərəfli əməkdaşlıq üçün geniş perspektivlər açır. Cənubi Qafqazda sabitliyi təmin edəcək tamformatlı sülh müqaviləsinin tezliklə bağlanacağına ümid edirik", - Tokayev qeyd edib.

Qazaxıstan Prezidenti Bakı və İrəvanın yaxın gələcəkdə yekun sülh sazişi imzalayacağına ümidvar olduğunu bildirib.

"Tokayevin Aşqabad çıxışı, əslində, regionun artıq tam şəkildə Azərbaycan mərkəzli yeni geosiyasi mərhələyə keçdiyini təsdiqləyən ciddi siqnaldır", - bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:

"O, Vaşinqton razılaşmalarını yada salsa da, prosesin mahiyyətini düzgün oxuyur: bu gün Cənubi Qafqazda gündəmi diktə edən bir məkan varsa, o da Bakıdir. Azərbaycanın yaratdığı təhlükəsizlik mühiti, sərhədlərin delimitasiyasında irəli sürdüyü birmənalı prinsipial mövqe və regionda iqtisadi əlaqəlilik xəritəsini yenidən qurması artıq bütün paytaxtlarda qəbul olunmuş reallıqdır.

Tokayevin "tarixi əhəmiyyət" deməsi, açığı, Astananın da bu reallığı təkcə siyasi yox, strateji fenomen kimi görməsindən xəbər verir. Qazaxıstan yaxşı anlayır ki, Bakı-İrəvan xəttində əldə olunan razılaşmalar Qərbin yox, Azərbaycanın siyasi iradəsinin nəticəsidir. Çünki masaya şərtləri qoyan tərəf güclü iqtisadi dinamika, təsirli diplomatiya və qəti təhlükəsizlik modeli olan tərəfdir. Bu da birmənalı şəkildə Azərbaycandır.

Özəlliklə, Tokayevin "tamformatlı sülh müqaviləsi tezliklə bağlanacaq" sözləri region dövlətlərinin Bakının yaratdığı yeni nizamı dəstəkləməkdə maraqlı olduqlarını göstərir. Əslində bu, Qazaxıstanın dolayısı ilə etiraf etdiyi həqiqətdir: Cənubi Qafqazda sabitlik Bakının siyasi iradəsindən keçir və bu sabitlik Orta Asiya da daxil olmaqla geniş coğrafiyada kommunikasiyaların açılmasına şərait yaradır.

Bu bəyanat həm də onu göstərir ki, artıq heç kim bölgədə köhnə oyun qaydalarına qayıtmağı gözləmir. Azərbaycan hərbi gücünü, diplomatik çəkisini və iqtisadi dayaqlarını birləşdirərək regionda öz modelini formalaşdırıb. Tokayevin ritorikası da məhz bu modelə hörmətin və qəbulun ifadəsidir.

Nəticə budur: Cənubi Qafqazda sülhün müəllifi də, gündəliyin sahibi də, sabitliyin təminatçısı da Azərbaycandır. Tokayev sadəcə bu reallığı beynəlxalq tribunadan səsləndirdi".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 938   Tarix: 12 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Bu gün ölkəmiz tarixinin ən şanlı mərhələsini yaşayır

2023-cü il sentyabrın 19-da Azərbaycan tarixində yeni bir qəhrəmanlıq səhifəsi yazıldı. Qarabağda hələ də mövcud olan Ermənistan silahlı qüvvələrinin və separatçı dəstələrin törətdiyi təxribatlar Azərbaycanın səbir kasasını daşırmışdı. Məhz bu mərhələdə Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətl

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik"

"Müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Onları

17 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Xankəndi, Xocalı, Xocəvənd və Ağdərə inkişafının yeni dövrünə qədəm qoyur

2024-cü il sentyabrın 19-da Azərbaycan-Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək Azərbaycan ərazilərində

17 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr