Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilərAlmaniya Kansleri Fridrix Merts yaxın illərdə ölkədə həqiqi hərbi xidmətin geri qaytarılmasını istisna etməyib və məcburi alternativ mülki xidmətin bərpasını müdafiə edib.

"Report"un xəbərinə görə, bu barədə o, Almaniyanın hakim blokuna daxil olan Xristian Sosial Birliyinin qurultayında çıxışı zamanı bildirib.

Almaniya hökuməti bundan əvvəl ölkədə mülki xidmətin mümkün bərpası ilə bağlı ictimai birliklərlə ilkin məsləhətləşmələrə başlayıb. Danışıqlar Bundesverin könüllülərin cəlb edilməsi hədəflərinə çatmadığı təqdirdə məcburi hərbi xidmətin potensial geri qaytarılması ilə bağlı müzakirələr fonunda aparılır.

"Əsgərlərin sayını lazım olan qədər tez artıra bilməsək, bu seçki dövründə hələ də ən azı gənclər üçün hərbi xidmətin məcburi elementlərini müzakirə etməli olacağıq", - deyə o bildirib.

Eyni zamanda o, Almaniya konstitusiyasında qadınların icbari hərbi xidmət imkanının nəzərdə tutulmamasından təəssüfləndiyini bildirib və bu kontekstdə ölkədə məcburi alternativ mülki xidmətin bərpa olunmasının tərəfdarı olub.

Qeyd edək ki, Bundestaq Almaniyada hərbi xidməti modernləşdirən qanunu ötən həftə yekun oxunuşda qəbul edib. Yeni qanun könüllü hərbi xidməti (Bundesver) saxlayır, lakin 18 yaşlı bütün kişilər üçün tibbi müayinə vasitəsilə məcburi hərbi qeydiyyatı tətbiq edir.

Hərbi personal üçün cari hədəf 203.000-dir, lakin Almaniya Silahlı Qüvvələrinin sayı iki il dalbadal azaldılıb və 2025-ci ilin mart ayına qədər təxminən 182.000 nəfər olub.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 433   Tarix: 14 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ABŞ hərbçilərinin bir hissəsini Polşaya köçürməyə başlayıb

Amerika Birləşmiş Ştatları Texas ştatındakı "Fort Hood" hərbi bazasında yerləşən 1-ci Süvari Diviziyasının hissələrini Polşa ərazisinə köçürməyə başlayıb. xəbər verir ki, müvafiq məlumatı Polşa Milli Təhlükəsizlik Bürosunun (BBN) direktoru Bartoş Qrodetski "X" platformasındakı hesabınd

17 may
.

Yadplanetlilər bizi niyə görmürlər? - Kainatın içində itən sivilizasiyalar

Kainatın böyüklüyünü insan beyni intuitiv şəkildə qavraya bilmir. Problem sadəcə məsafə deyil. Həm məkan, həm də zaman miqyası insan təfəkkürünün öyrəşdiyi ölçülərdən tamamilə kənardadır. Kainatın genişlənməsi o deməkdir ki, məkanın özü zamanla böyüyür və buna görə də qalaktikalar bir-birindən uzaqlaşır

18 may
.

Ermənistanda seçicilərə rüşvət verən 20-dən çox şəxs saxlanıldı

Ermənistanda seçicilərə rüşvət verən 21 nəfər saxlanılıb. Ermənistan KİV-ə istinadən xəbər verir ki, cinayət işi bu ölkənin antikorrupsiya komitəsi tərəfindən araşdırılır. Artıq 13 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Qeyd olunub ki, əməliyyatlar son iki gündə keçirilib

23 may
.

Süni yumurtadan canlı cücə çıxdı: Alimlər nəhəng moa quşunu geri qaytarmaq istəyir

Elm dünyasında diqqət çəkən yenilik baş verib. Qaynarinfo xəbər verir ki, ABŞ-ın "Colossal Biosciences" biotexnologiya şirkəti süni yumurta sistemi vasitəsilə canlı cücə çıxarmağa nail olduğunu açıqlayıb. Şirkətin açıqlamasına görə, embrionun inkişafı üçün lazım olan şəraiti təmin edən xüsus

22 may
.

Uqandada Ebola virusuna yoluxanların sayı beşə çatıb

Uqandada Ebola qızdırmasına üç yoluxma halı aşkarlanıb. "Report" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin sosial şəbəkələrdəki məlumatında deyilir. "Ölkədə Ebola virusunun səbəb olduğu üç yeni yoluxma faktı təsdiqlənib və nəticədə təsdiqlənmiş yoluxma hallarının ümumi say

23 may
.

Malta öz vətəndaşlarına "ChatGPT Plus" xidmətini pulsuz təqdim edən ilk ölkə olacaq

Malta dünyada bütün vətəndaşlarına pulsuz "ChatGPT Plus" təqdim edən ilk ölkə olacaq. xəbər verir ki, "OpenAI" şirkəti "Süni intellekt hamı üçün" adlı milli proqramın başladığını açıqlayıb. Razılaşmaya əsasən, Malta sakinləri süni intellektdən istifadə üzrə kurs keçdikdə

17 may
.

Peskov "cəza olaraq" türk dilini öyrənməyə məcbur edilib

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov arzuolunan xarici dilin öyrənilməsi üzrə kifayət qədər bal toplamadığına görə cəza olaraq türk dilini öyrənib. xarici mediaya istinadən xəbər verir ki, bu barədə Kremlin nümayəndəsi özü jurnalistlərlə söhbətində danışıb. "Dili özüm seçmək hüququn

18 may
.

Putin və Tramp Çində görüşə bilərlər

Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (ASİƏT) sammiti çərçivəsində görüşə bilərlər. "Qafqazinfo" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib. "Düşünürə

20 may
.

Alimlər qədim xəzinədə Yerdə olmayan qəribə metal tapdı

"Vilyena xəzinəsi" adlandırılan və əsasən qızıldan hazırlanmış 66 əşyadan ibarət kolleksiya 60 ildən çox əvvəl aşkarlanıb. Lakin alimlərin fikrincə, ən qiymətli tapıntılar qızıl əşyalar deyil, korroziyaya uğramış iki qəribə predmetdir. Qaynarinfo "Science Alert"ə istinadən xəbər veri

18 may