"Zamanla siyasi çəkisini itirmiş simaların yenidən iddia ilə çıxış etməsi praktiki nəticə doğurmur" - DEPUTAT

"Zamanla siyasi çəkisini itirmiş simaların yenidən iddia ilə çıxış etməsi praktiki nəticə doğurmur" - DEPUTAT"Azərbaycan siyasi mühitində müxtəlif dövrlərdə fərqli təsir mərkəzlərinin formalaşması və onların ictimai fikrə yön verməsi haqqında müzakirələr heç vaxt dayanmayıb", - bunu Sonxeber.az -a açıqlama verən deputat Şahin Seyidzadə deyib:

"Bu müzakirələr həm hakimiyyət dairələrinə, həm də müxalif bloklara aid edilir. Xüsusilə son həftələr Ramiz Mehdiyev, Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli kimi "keçmiş" siyasi simaların adı ətrafında yaranan fikirlər informasiya məkanında xüsusi yer tutur.

Ramiz Mehdiyev uzun illər Azərbaycan dövlət idarəçiliyində mühüm postlarda təmsil olunmuş, siyasi elitanın formalaşmasında böyük rol oynamış şəxslərdən biridir. Onun adı ətrafında "xarici təsirlərlə əlaqə" barədə vaxtilə olan iddialar bu gün artıq hüquqi müstəvidə baxılır. Bu fonda cəmiyyətin müəyyən seqmentlərində Mehdiyevin siyasi sistem daxilində yaratdığı şəbəkənin uzun illər müxtəlif dairələrin maraqları ilə üst-üstə düşdüyü barədə müzakirələr aparılır. Bu cür müzakirələrin yaranmasının səbəbləri bir neçə amillə izah olunur. Uzunmüddətli hakimiyyət təcrübəsi və geniş əlaqələr sistemi - bu, siyasi şərhçilər arasında onun "güc mərkəzlərindən biri" kimi qavranmasına səbəb olur. Elmi və ideoloji diskursun formalaşmasında fəaliyyəti - Mehdiyevin siyasi fikrə ideoloji təsir imkanları bir çoxları tərəfindən nəzərə alınır. Müxtəlif dövrlərdə region dövlətləri ilə münasibətlərdə aldığı rol - bu, bəzi dairələrdə onun xarici təsirlərə yaxınlığı barədə əsasların yaranmasına gətirib çıxarıb. Bütün bunlara baxmayaraq, əminliklə söyləmək olar ki, bu şəxs artıq siyasi meydanda "keçmişlər" siyahısındadır və "keçmiş" artıq "güc mərkəzi" deyil. "Keçmişlər" arasında Ramiz Mehdiyev "siyasi çəkisi olan" şəxs kimi qəbul olunsa da, digərləri onunla bir "keçmişlər" siyahısında "çəkisi olmayanlardır". Onların hər biri ayrıca bir şəxs olaraq xüsusi maraq yaratmır. Hər birinin bu gün və zamanlarda "siyasi çəkisi olan" bir şəxs kimi biruzə verməsi sadəcə imitasiya xarakteri daşıyır. Müxalifətin tərəfindən ortaya atılan fikirlər daha çox siyasi rəqabətin ritorik elementləri kimi qiymətləndirilir. Xüsusən müxalif düşərgədə yer alan çoxfiqurlu strukturların öz daxilində nüfuz bölgüsü aparması, müəyyən şəxslərin bir-birinə təsir imkanları barədə polemikaların yaranmasına səbəb olur. Səsləndirilən fiqurların adları son dövrdə müxalifət daxilində nüfuz mübarizəsinin mərkəzində dayanır. Onlar haqqında yayılan iddialar çox vaxt siyasi rəqabətin nəticəsi kimi meydana çıxır və müzakirələr ideoloji deyil, şəxsi nüfuz çəkişmələri fonunda formalaşır. Onların hər biri artıq çoxdan "keçmişlər" siyahısındadır.
Son zamanlar "keçmişlər" yenidən aktivləşib özlərini zəfər qazanmış hakimiyyətə güc hesab edirlər. Hakimiyyətə qayıtmaq cəhdlərlə çıxış edirlər. Nəzəri cəhətdən cəhdlər ola bilər, lakin praktiki olaraq onların "siyasi çəkisi" olub-olmamağından asılı olmayaraq, onlar artıq "keçmişdirlər".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1321   Tarix: 15 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu gün ölkəmiz tarixinin ən şanlı mərhələsini yaşayır

2023-cü il sentyabrın 19-da Azərbaycan tarixində yeni bir qəhrəmanlıq səhifəsi yazıldı. Qarabağda hələ də mövcud olan Ermənistan silahlı qüvvələrinin və separatçı dəstələrin törətdiyi təxribatlar Azərbaycanın səbir kasasını daşırmışdı. Məhz bu mərhələdə Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətl

17 sentyabr
.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr
.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr