"Heç kimin şəxsi ambisiyası Azərbaycanın dövlət maraqlarından və milli təhlükəsizliyindən üstün ola bilməz" - DEPUTAT

"Heç kimin şəxsi ambisiyası Azərbaycanın dövlət maraqlarından və milli təhlükəsizliyindən üstün ola bilməz" - DEPUTAT"Son günlər Ramiz Mehdiyevin Vətənə xəyanət ittihamı ilə ifşa olunması, onun xəyanət məzmunlu məktubunun üzə çıxması cəmiyyətin haqlı hiddətinə səbəb olub. Söhbət dövlətin özülünə, onun suverenliyinə və milli müstəqilliyinə qarşı qəsdən yönəldilmiş, bağışlanmaz xarakter daşıyan təhlükəli və xəyanətkar addımlardan gedir".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı danışıb.

O, açıqlamasında qeyd edib ki, kimliyindən, keçmiş və ya hazırki səlahiyyətlərindən asılı olmayaraq, dövlətə xəyanət edən hər kəs qanun qarşısında cavab verməlidir, bu, dövlətimizin təməl, hüququn aliliyinin ən fundamental prinsipidir:

"Vurğulanması vacib olan məqamlardan biri də odur ki, hətda mövcud vəziyyətdən öz çirkin məqsədləri üçün istifadə edən anti-milli qüvəllər sosial platformalarda söyüş, böhtan dolu ifadələr vasitəsilə ictimai rəyi manipulyasiya etməyə, təxribatlar törətməyə çalışırlar. Bu tip davranışlar nə siyasi mövqe, nə də fikir azadlığıdır, əksinə avanturadır, xəyanəti ört-basdır etmək cəhdidir. Mövqeyimiz aydındır və dəyişilməzdir. Heç kimin şəxsi ambisiyası Azərbaycanın dövlət maraqlarından, suverenliyidən və milli təhlükəsizliyindən üstün ola bilməz. Ölkəmizin siyasi, iqtisadi və hərbi dayaqları o qədər möhkəm və güclüdür ki, hər hansı təxribat, troll şəbəkəsi, daxili və xarici sabotaj cəhdləri dövlətçiliyimizin dayaqlarını sarsıda bilməz. Əminəm ki, ölkəmizin hüquq-mühafizə qurumları Ramiz Mehdiyev və onun şəbəkəsinin əməllərinə obyektiv qiymət verəcək və kimin kim olduğunu, hansı niyyətlə hərəkət etdiyini tam şəkildə üzə çıxaracaq, Azərbaycanın düşməni istər xaricdə, istər daxildə olsun, istər keçmişdə yüksək vəzifə daşısın, istər özünü "müxalifət lideri" adlandırsın, fərq etməz, dövlətə xəyanət olubsa məsuliyyətdən kənarda qalmayacaqdır!".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1054   Tarix: 15 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu gün ölkəmiz tarixinin ən şanlı mərhələsini yaşayır

2023-cü il sentyabrın 19-da Azərbaycan tarixində yeni bir qəhrəmanlıq səhifəsi yazıldı. Qarabağda hələ də mövcud olan Ermənistan silahlı qüvvələrinin və separatçı dəstələrin törətdiyi təxribatlar Azərbaycanın səbir kasasını daşırmışdı. Məhz bu mərhələdə Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətl

17 sentyabr
.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr
.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr