Sirr açılır: Alkatras qaçışı yalnız məhbusların zəkası sayəsində mümkün olmayıb

Sirr açılır: Alkatras qaçışı yalnız məhbusların zəkası sayəsində mümkün olmayıbKağız üzərində mümkünsüz görünən 1962-ci il qaçışının arxasındakı təəccüblü detal üzə çıxıb: Con və Klarens Enqlin qardaşları ilə Frenk Morrisin aylarla davam edən qazıntılarını asanlaşdıran təkcə onların zəkası və yaxşı planı deyilmiş.

Qaynarinfo xəbər verir ki, ABŞ tarixinin ən məşhur həbsxana qaçışlarından biri olan 1962-ci il Alkatras qaçışı Con və Klarens Enqlin qardaşları ilə Frenk Morrisin dahiliyinin nəticəsi sayılırdı. Lakin tədqiqatçılar müəyyən ediblər ki, bu qaçışı mümkün edən yalnız məhbusların zəkası deyil, elə həbsxananın özündə mövcud olan gizli tikinti qüsuru olub.

Uzun illər "Qaya" ləqəbli Alkatrası araşdıran Con Martini qaçışın baş verdiyi kameraların arxasındakı betonun təhlili zamanı kritik bir qüsurun aşkarlandığını bildirir. Betonu yoxlayan mütəxəssislər tökmə zamanı kifayət qədər vibrasiya tətbiq olunmadığını müəyyən ediblər. Normalda böyük həcmdə tökülən beton hava boşluqlarını aradan qaldırmaq üçün silkələnməlidir, lakin Alkatrasda betonun sadəcə tökülərək qurumağa buraxıldığı məlum olub. Bu səhlənkarlıq məhbusların kameranın divarını adi qaşıq kimi sadə alətlərlə qazaraq keçməsini xeyli asanlaşdırıb.

1909-cu ildə inşa edilən həbsxanadakı bu tikinti keyfiyyətsizliyi qüsuru bilmədən də olsa məhbusların qaçış yolunu açıb.

San-Fransisko körfəzinin buz kimi soyuq suları arasında təcrid olunmuş qala olan Alkatras 1934-cü ildə aparılan federal gücləndirmələrdən sonra qaçışı mümkünsüz sayılan bir obyektə çevrilmişdi. Möhkəmləndirilmiş barmaqlıqlar, müşahidə qüllələri və gündə on iki dəfə aparılan yoxlamalara baxmayaraq, 1934-1963-cü illər arasında 36 məhbus 14 qaçış cəhdi edub, lakin kənara çıxmağı bacaran yeganə qrup məhz onlar olub.

Morris və Enqlin qardaşları aylarla davam edən qazıntı işlərindən sonra kameralarından tunel açaraq gizli texniki dəhlizə çıxıblar. Daha sonra dam örtüyünə, oradan isə San-Fransisko körfəzinə eniblər.

Qaçışı mümkün edən dahiyanə detallardan biri isə sabun, gips, beton tozu və bərbərxanadan toplanmış saçlardan hazırlanmış realistik saxta başlar olub. Bu maketlər sayəsində nəzarətçilər yoxlama zamanı məhbusların yatdığını düşünüb və üçlük səkkiz saatlıq vaxt qazanıb. Yalnız səhər sayımı zamanı məhbuslar ayağa qalxmadıqda nəzarətçilər çarpayıya yaxınlaşıb yastığa toxunduqda saxta başların yerindən düşməsi ilə qaçış üzə çıxıb.

Qaçışdan sonra məhbusların taleyi hələ də mübahisəlidir. Bəzi iddialar onların sağ qaldığını desə də, FTB onları rəsmi olaraq ölü elan edib. Con Martini bu vəziyyəti belə izah edir: "Gecə yarısı, güclü axının olduğu şəraitdə, müvəqqəti bir sal və xilasetmə jileti ilə 4 dərəcə soyuq sulara girdilər. Onlar bir daha heç vaxt görünmədilər".

Daha sonra körfəzdə iki ədəd improvizə edilmiş xilasetmə jileti, bir kürək və bəzi şəxsi əşyalar tapılıb. Martini həmin dövrdə həbsxanada çalışan bir əməkdaşın sözlərini də xatırladır: onun üçün məhbusların sağ qalması yox, o bir neçə anlıq azad insanlar olmaları daha önəmli idi.

Lakin mövcud bütün sübutlar məhbusların azadlığa çıxmağa cəhd etdiyini, lakin buna nail ola bilmədiyini göstərir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 770   Tarix: 16 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kosmik milyarderlərin Ay planlarına pis xəbər: Alimlər əsas problemi açıqladılar

Alimlər müəyyən ediblər ki, Ayda daimi bazaların qurulması üçün yetərli miqdarda su yoxdur. Harvard-Smitson Astrofizika Mərkəzinin tədqiqatçısı Martin Elviz bir milyon əhalisi olan şəhərin Ay səthində neçə il yaşaya biləcəyini hesablayıb. -ın məlumatına görə, "Frontiers" jurnalında dərc oluna

15 sentyabr
.

Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır

Xüsusilə uzun müddət geynilən idman ayaqqabılarında yaranan xoşagəlməz qoxu ayaqqabı çıxarıldıqdan sonra belə günlərlə qala bilir. Qoxunu maskalamaq üçün ətirıi məhsullar istifadə etmək əvəzinə, ayaqqabının içinə bir xörək qaşığı soda tökərək gecə boyu gözlətmək nəm və pis qoxunu azaldır. xəbər veri

19 sentyabr
.

İnsanlar səhvlərini etiraf etməkdən niyə çəkinirlər? - Psixoloq

Son vaxtlar cəmiyyətdə insanların bir-birini anlamaqda çətinlik çəkdiyi müşahidə olunur. Bu tendensiyanı sosial şəbəkələrdə də aydın şəkildə görmək mümkündür. Empatiya çatışmazlığı, başqalarını ittiham etmək, mühakimə etmək və onların səhvlərini axtarmaq getdikcə daha geniş yayılır. Bəs bu vəziyyət cəmiyyət

17 sentyabr
.

Süni intellekt dövründə hansı peşələr dəyişəcək? - Video

"Süni intellekt birbaşa peşələri sıradan çıxarmır, ilk növbədə, həmin sahələrdəki təkrarlanan tapşırıqları avtomatlaşdırır". Bu fikirləri İKT mütəxəssisi Asim Namazov bildirib. Ekspertin sözlərinə görə, məlumatların daxil edilməsi, standart sənədlərin hazırlanması, sadə mətnlərin tərtibi, məlumatları

20 sentyabr
.

Başları bitişik doğulan siam əkizləri bir-birindən ayrıldı - Foto

ABŞ-də cərrahlar Siam əkizi olan 2 yaşlı bacıları bir-birindən ayırıblar. "Qafqazinfo" "NBCNews"a istinadən xəbər verir ki, bacılar başları bitişik halda doğulublar. Məlumata görə, Hiyab və Vuhbto bacıları Efiopiyada dünyaya gəliblər. Daha sonra onlar əməliyyat olunmaq üçün ABŞ-y

19 sentyabr
.

Alimlər "ölümdən qayıdan" hüceyrələr aşkarladı

Alimlər proqramlaşdırılmış hüceyrə ölümünü başladıqdan sonra bu prosesdən sağ çıxan və zədələnmiş toxumaların bərpasına kömək edən hüceyrələr aşkarlayıblar. xəbər verir ki, Veizmann Elm İnstitutunun tədqiqatçıları meyvə milçəklərinin sürfələri üzərində apardıqları təcrübələrdə bu hüceyrələrin şüalanmada

20 sentyabr
.

İtinizə verdiyiniz ləzzətli yemək təhlükə yarada bilər: "10 faizi keçməməlidir"

İtlərə hər gün ləzzətli yemək vermək düzgün miqdarda və keyfiyyətli məhsullardan istifadə edildiyi halda faydalı vərdiş ola bilər. xəbər verir ki, kinoloq İrina Şarıpova bu barədə -ya danışıb. Mütəxəssis bildirib ki, dadlı yeməklər əsasən təlim və funksional məhsullara bölünür. Təlim zamanı verilən kiçi

14 sentyabr
.

Neptunun o tayında 27 naməlum obyekt aşkarlandı

"Habbl" və "Ceyms Uebb" kosmik teleskopları daha əvvəl məlum olmayan 27 transneptun obyekti (TNO) - Neptunun orbitindən xeyli uzaqda Günəş ətrafında fırlanan cisim aşkarlayıblar. Onların hər birinin diametri 40 kilometrdən azdır, ən kiçiyinin diametri isə cəmi 10 kilometrdir. xəbə

15 sentyabr
.

Ən sakit itlər hansılardır? Demək olar ki, hürmürlər

Bu cinslərə aid itlər adətən digərləri ilə müqayisədə daha az və daha sakit hürürlər. Hürmək itlərin təbii ünsiyyət formasıdır. Lakin bəzi cinslər digərlərindən daha "danışqan" olur. Elə it cinsləri də var ki, demək olar, hürmür. bu 6 it cinsini təqdim edir:. Bununla belə, müəyyən bir it cinsini

15 sentyabr