Niyə stress saç tökülməsinə səbəb olur və nə etmək lazımdır?

Niyə stress saç tökülməsinə səbəb olur və nə etmək lazımdır?Gözəl və sağlam saçlar insan orqanizmində daxili sistemlərin balansda olmasının göstəricisidir. Çox vaxt saçların vəziyyəti sağlamlıqla bağlı problemlər haqqında digər orqanlardan daha tez siqnal verir. Erkən yaşda saçları ağaran məşhur qadınların nümunəsi saçlara qulluq mövzusunu təkcə gündəlik söhbətlərin deyil, elmi araşdırmaların da əsas mövzularından birinə çevirib. Məlumdur ki, saçların ağarması yalnız yaşlanma prosesi ilə deyil, eyni zamanda stresslə də sıx bağlıdır.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, Harvard Universitetinin Kök Hüceyrələr və Regenerativ Biologiya kafedrasının alimlərinin apardığı araşdırma göstərib ki, güclü stress saçların ağarmasına səbəb ola bilər.

Mütəxəssislərin fikrincə, saçların tez və erkən ağarması stressin, eləcə də mədə-bağırsaq sistemi ilə bağlı problemlərin əlaməti ola bilər.

Əgər stressli bir vəziyyətdən 2-3 ay sonra saç tökülməsi başlayırsa, bu, post-stress saç tökülməsi hesab olunur. Belə hallarda saçlar çox vaxt 3-4 ay ərzində heç bir müdaxilə olmadan yenidən bərpa olunur. Lakin saç tökülməsi 6 aydan artıq davam edərsə, bu artıq xroniki forma keçid göstəricisi ola bilər. Bu zaman orqanizmin daxili vəziyyətinin qiymətləndirilməsi üçün trixoloqa müraciət etmək tövsiyə olunur.

Stress birbaşa olaraq ayrı-ayrı saç tellərinin rəngini dəyişməsə də, "telogen saç tökülməsi" adlanan ümumi bir vəziyyəti tətikləyə bilər. Bu halda güclü və uzunmüddətli stressdən sonra saçlar adi haldan təxminən üç dəfə daha sürətlə tökülməyə başlayır.

Saç sağlamlığından danışarkən məsələyə kompleks yanaşmaq vacibdir. Buraya baş dərisinə düzgün qulluq, saç tellərinin qorunması və balanslı qidalanma daxildir.

Xüsusilə zülallarla zəngin qidalanma saçların sağlam böyüməsində həlledici rol oynayır. Orqanizmin normal fəaliyyəti üçün bütün vacib maddələrin qida vasitəsilə qəbul edilməsi əsas şərtlərdən biridir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 520   Tarix: 16 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Telefonun batareya ömrünü necə artıraq?

Smartfonun batareya ömrünü daha da uzatmaq üçün onun performans profillərini tənzimləmək tövsiyə olunur. -a istinadən xəbər verir ki, bu barədə "MakeUseOf" portalı məlumat yayıb. Bildirilir ki, bir çox "Android" cihazında standart olaraq "normal" və ya "yüksək məhsuldarlıq"

14 iyun
.

Sevgilisinin arvadını izləyən DÜNYA ULDUZUNDAN yeni xəbər

Dünyaca məşhur "Love Island" realiti-şousunun ulduzu Huda Mustafa haqqında yayılan qalmaqallı videodan sonra ilk dəfə ictimaiyyət qarşısında görüntülənib. TMZ-ya istinadən xəbər verir ki, Huda Mustafa Los-Ancelesdə keçirilən tədbirlərdən birində kameralara tuş gəlib. O, son günlər ətrafınd

17 iyun
.

İlk dəfə tısbağa görən pişiyin reaksiyası gülüş doğurdu - VİDEO

Sosial şəbəkələrdə yayılan görüntülər izləyicilərin diqqətini çəkib. xəbər verir ki, kadrlarda bir pişiyin ilk dəfə gördüyü tısbağaya verdiyi reaksiya əks olunub. Tısbağa ilə qarşılaşan pişik əvvəlcə ona ehtiyatla yaxınlaşaraq maraqla müşahidə edib. Xüsusilə heyvanın təəccüb dolu baxışları və tərəddüdl

15 iyun
.

Medina "Qarabağ"dan getdi

"Qarabağ" Kevin Medina ilə yollarını ayırıb. xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Klub göstərdiyi xidmətlərə görə futbolçuya təşəkkür edib. Qeyd edək ki, K.Medina 2020-ci ildən "Qarabağ"da çıxış edir. O, Ağdam klubunun heyətində 200-dən çox oyuna çıxıb, 6 dəf

17 iyun
.

Süngər, ya əl ilə sabunlanmaq? - Dəri problemlərindən qorunmağın yolu

Duş qəbul edərkən istifadə olunan süngərlər dəriyə zərər verə bilər. xəbər verir ki, bu barədə dermatoloqlar Loren Talya və Keti Laynam "HuffPost" nəşrinə müsahibələrində danışıblar. Mütəxəssislər bu geniş yayılmış vərdişin dəri üçün yarada biləcəyi risklər barədə xəbərdarlıq ediblər. Ket

19 iyun
.

Yumurtanın bişirilərkən çatlamasının qarşısını alan 5 sadə üsul

Yumurtaları bişirərkən çatlamaması üçün bəzi sadə, lakin effektiv üsullardan istifadə etmək olar. yumurtaların bütöv qalmasını təmin edəcək 5 vacib tövsiyəni təqdim edir:. Yumurtaları otaq temperaturuna gətirin. Yumurtaları soyuducudan çıxaran kimi birbaşa qaynar suya atmayın. Soyuq yumurta qaynar s

20 iyun
.

Paltarlar niyə tez köhnəlir? - Səbəb yanlış yuma rejimi ola bilər

Demək olar ki, bütün paltaryuyan maşınlarda "Easy-Care" və ya "Zərif yuma" proqramı mövcuddur. Lakin mütəxəssislərin sözlərinə görə, əksər istifadəçilər bu rejimin təyinatını düzgün başa düşmür. Nəticədə paltarlar daha tez köhnəlir, üzərində tiftiklər əmələ gəlir və parça deformasiyay

19 iyun
.

Ən şanslı insanların doğulduğu 4 gün

Doğum tarixinin insanın xarakterinə və həyat yoluna təsir göstərə biləcəyi ilə bağlı inanclar uzun illərdir maraq doğurur. Numeroloqlar hesab edir ki, bəzi tarixlərdə doğulan insanlar həyatda daha şanslı və uğurlu olmağa meylli olurlar. xəbər verir ki, mütəxəssislərin fikrincə, bu, zəmanətli uğur demə

16 iyun
.

Məşhur aktrisa dünyasını dəyişdi

Amerikalı məşhur aktrisa Deyvi Çeyz 35 yaşında vəfat edib. xarici KİV-ə istinadla xəbər verir ki, aktrisa sepsis səbəbindən dünyasını dəyişib. Bu barədə onun sevgilisi Roy Hernandez məlumat verib. Onun sözlərinə görə, aktrisa bir neçə əlavə xəstəlikdən əziyyət çəkib. Qeyd edək ki, Çeyz aktrisalıq fəaliyyətin

18 iyun