Saxta içki yenə can alır: Mütəxəssislərdən həyati xəbərdarlıq - VİDEO
Saxta içki, xüsusilə Yeni il ərəfəsində insan tələfatına səbəb olmağa davam edir. Metil spirtindən (metanol) zəhərlənmə hallarında hər üç hadisədən biri ölüm və ya daimi əlilliklə nəticələnir. Mütəxəssislər başgicəllənmə, ürəkbulanma və görmə pozğunluğu kimi ən kiçik əlamətlər zamanı belə dərhal xəstəxanaya müraciət etməyin həyati əhəmiyyət daşıdığını vurğulayırlar.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hər il onlarla insan saxta içki səbəbindən həyatını itirir. Xüsusilə Yeni il yaxınlaşdıqca xəstəxanalara müraciətlərin sayı artır. Ən kiçik şübhə zamanı belə vaxt itirilməsi ölüm riskini daha da artırır.
Yeni ilə sayılı günlər qalmış saxta içki mövzusu yenidən gündəmə gəlib. Saxta içki istehlakı, başqa sözlə metil spirtindən zəhərlənmə, geri dönüşü olmayan ağır nəticələrə səbəb olur. Statistikaya görə, bu cür zəhərlənən hər üç xəstədən biri ya həyatını itirir, ya da ömürlük əlilliklə yaşamaq məcburiyyətində qalır.
Baş dönməsi, ürəkbulanma, gözlərdə qaralma kimi əlamətlərdən yalnız biri belə müşahidə olunarsa, dərhal tibbi yardıma müraciət edilməlidir. Saxta içkini qoxusuna, rənginə və ya dadına görə ayırd etmək mümkün olmadığından, içkinin alındığı yer xüsusi əhəmiyyət daşıyır. Alkoqol satışı üçün rəsmi lisenziyası olan obyektlərdən alış-veriş edilməlidir.
Mütəxəssislər saxta içki ilə bağlı xəbərdarlıqlarını davam etdirirlər. Qida mühəndisi Süleyman Uzun bildirib ki, adi istehlakçının saxta alkoqolu müəyyən etməsi mümkün deyil. Onun sözlərinə görə, "Qoxu və dad vasitəsilə bunu anlamaq mümkün deyil. Saxta olub-olmadığını yalnız laboratoriya şəraitində müəyyən edə bilirik".
Türkiyə Təcili Tibb Dərnəyinin Toksikologiya Qrupunun sədri professor Ayça Açıkalın Akpınar isə xəstənin adi alkoqol yoxsa metanol zəhərlənməsi keçirdiyini anlamaq üçün müəyyən vaxtın keçməsinin lazım olduğunu qeyd edib. O, xəstəxanaya gec müraciət edildiyi hallarda ölüm riskinin olduqca yüksək olduğunu vurğulayıb.
Dərnəyin Toksikologiya Qrupunun üzvü Dr. Ömer Taşkın da bəzi hallarda bütün tibbi müdaxilələrə baxmayaraq xəstələrin həyatını xilas etməyin mümkün olmadığını bildirib. Taşkının sözlərinə görə, "Hallardan təxminən üçdə birində insanlar daimi sağlamlıq zədəsi ilə həyatlarını davam etdirmək məcburiyyətində qalırlar".
Mütəxəssislər vətəndaşları diqqətli olmağa, şübhəli hallarda isə vaxt itirmədən tibbi yardıma müraciət etməyə çağırırlar.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 547 Tarix: 17 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yemək axtaran nəhəng ayı yaşayış məntəqəsinə endi - VİDEO
Türkiyənin Bursa vilayətində yerləşən Uludağ bölgəsində qida axtarmaq üçün yaşayış məntəqəsinə enən iri ayı mobil telefon kamerası ilə görüntülənib. xarici mediaya istinadla xəbər verir ki, hadisə Uludağın Sarıalan ərazisində baş verib. Meşədən yaşayış məntəqəsinə enən ayı bir müddət ətrafda qida axtarıb
7 iyulZaur Kamal qəzaya düşdü - Foto
Aparıcı Zaur Kamal avtomobil qəzası keçirdib. Axşam.az-a açıqlama verən aparıcı bildirib ki, hadisə Gəncəyə gedərkən olub. "Gəncəyə çataçatda oldu. Salamatçılıqdır" deyə, Zaur əlavə edib. Aparıcı daha sonra "Geländewagen" markalı maşınının əzilmiş fotosunu paylaşaraq "Bu da bel
4 iyulBoşanma mərhələsində olduğu həyat yoldaşını boğazından bıçaqladı - VİDEO
Türkiyənin Çatalca rayonunda boşanma mərhələsində olan həyat yoldaşını bıçaqlayan şəxs saxlanılıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Kaleiçi məhəlləsində yerləşən "Millət Bağı"nda baş verib. Məlumata görə, Adil Beysi boşanma prosesində olduğu həyat yoldaşı Damla Beysi ilə danışma
3 iyulŞirniyyat dükanına silahlı hücum edən yeniyetmələr həbs olunub - VİDEO
Türkiyənin Adana şəhərində ötən il iki dəfə silahlı hücuma məruz qalan şirniyyat dükanı bir neçə gün əvvəl yenidən atəşə tutulub. Polis araşdırması nəticəsində hücumu həyata keçirənlərin 15 və 16 yaşlı yeniyetmələr olduğu müəyyən edilib. xarici mediaya istinadla xəbər verir ki, hadisə Seyhan rayonund
7 iyulSürücüyə qarşı nalayiq hərəkətlər edən şəxs saxlanılıb - VİDEO
Türkiyənin İstanbul şəhərinin Sultanbəyli rayonunda yol hərəkəti zamanı mübahisə etdiyi sürücüyə qarşı nalayiq hərəkətlər edən M.K. polis əməkdaşları tərəfindən saxlanılıb. xarici mediaya istinadla xəbər verir ki, hadisənin sosial şəbəkələrdə yayılan görüntülərindən sonra araşdırmalara başlayan poli
7 iyulTərk edilmiş evdə qadın meyiti tapıldı - VİDEO
Türkiyənin İstanbul şəhərinin Kartal rayonunda tərk edilmiş bir gecəqonduda kimliyi müəyyən edilməyən qadın meyiti aşkarlanıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə axşam saatlarında Cevizli məhəlləsində baş verib. Məlumata görə, küçədən keçən şəxslər bir mərtəbəli boş evin içində hərəkətsi
7 iyulSumqayıtda dənizdə batan qadının kimliyi bilindi
Sumqayıt şəhərində ötən gün dənizdə boğulub ölən qadının kimliyi bəlli olub. -ın məlumatına görə, hadisə dünən şəhərin Sahil küçəsindəki çimərlikdə qeydə alınıb. Şəhər sakini - 2006-cı il təvəllüdlü M.İsmayılova dənizdə çimərkən batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktl
4 iyulÇimərlikdə hicablı ana və qızına qarşı təhqir: "Rədd olun, gedin" - VİDEO
Seferihisardakı qalmaqallı çimərlik hadisəsi ilə bağlı 1 nəfər saxlanıldı. Türkiyənin İzmir vilayətinin Seferihisar rayonunda hicablı ana və qızına qarşı edilən təhqirlərlə gündəmə gələn hadisə ilə bağlı yeni inkişaf yaşanıb. bu barədə xarici mediaya istinadla xəbər verir. Türkiyə Ədliyyə Nazirliyini
6 iyul