Boşanmaq üzrə olduğu həyat yoldaşına cəhənnəm yaşatdı - VİDEO

Boşanmaq üzrə olduğu həyat yoldaşına cəhənnəm yaşatdı - VİDEOİstanbulun Kağıthane rayonunda boşanma mərhələsində olduğu həyat yoldaşı tərəfindən bir qadına küçənin ortasında fiziki və silahlı hücum edilib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə 13 dekabr, şənbə günü saat 14:00 radələrində Çağlayan məhəlləsində baş verib. Əldə olunan məlumata görə, Yağmur S.E. şiddətli uyğunsuzluq səbəbilə həyat yoldaşı Bilal E. barəsində boşanma iddiası qaldırıb və məhkəmədən uzaqlaşdırma qərarı aldırıb. Bundan sonra ailəsinin yanına köçən qadın, uşaqlarını ataları ilə görüşdürmək üçün onun yaşadığı evə aparıb.

Uşaqlar evə daxil olduqdan sonra çölə çıxan Yağmur S.E.-nin arxasınca gələn Bilal E. onunla danışmaq istədiyini bildirib. Qadının bunu rədd etməsinə baxmayaraq, Bilal E. israrını davam etdirib və bir müddət küçədə gözləyib.

Daha sonra Bilal E. qadını avtomobilin arxa hissəsinə sıxışdıraraq döyməyə başlayıb. Vətəndaşların gözü önündə qadına təpik və yumruqlarla hücum edən şübhəli, eyni zamanda onu təhqir edib. Qadının ağlayaraq kömək istədiyi anlarda ətrafdakıların müdaxilə etməsi üzərinə Bilal E. üzərindəki silahı çıxarıb.

Şübhəli şəxs silahı qadının başına dayayaraq onu və ətrafdakı vətəndaşları hədələyib. Ardınca qaçaraq küçədən uzaqlaşan Bilal E. bir müddət sonra gözdən itib. Qadının "Kömək edin, polis çağırın" deyə fəryad etdiyi anlar təhlükəsizlik kameralarına saniyə-saniyə əks olunub.

Hadisədən sonra Yağmur S.E. polisə müraciət edərək həyat yoldaşından şikayətçi olub. Bunun üzərinə polis əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıb. Aparılan işlər nəticəsində Bilal E. hadisədə istifadə etdiyi silahla birlikdə saxlanılıb.

Sxlanılan şübhəli şəxs ifadəsi alındıqdan sonra məhkəməyə göndərilib. Bilal E. barəsində "qəsdən xəsarət yetirmə", "odlu silahlar haqqında qanuna zidd hərəkət", "təhdid və təhqir" maddələri ilə həbs qətimkan tədbiri seçilib.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 874   Tarix: 17 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yemək axtaran nəhəng ayı yaşayış məntəqəsinə endi - VİDEO

Türkiyənin Bursa vilayətində yerləşən Uludağ bölgəsində qida axtarmaq üçün yaşayış məntəqəsinə enən iri ayı mobil telefon kamerası ilə görüntülənib. xarici mediaya istinadla xəbər verir ki, hadisə Uludağın Sarıalan ərazisində baş verib. Meşədən yaşayış məntəqəsinə enən ayı bir müddət ətrafda qida axtarıb

7 iyul
.

Zaur Kamal qəzaya düşdü - Foto

Aparıcı Zaur Kamal avtomobil qəzası keçirdib. Axşam.az-a açıqlama verən aparıcı bildirib ki, hadisə Gəncəyə gedərkən olub. "Gəncəyə çataçatda oldu. Salamatçılıqdır" deyə, Zaur əlavə edib. Aparıcı daha sonra "Geländewagen" markalı maşınının əzilmiş fotosunu paylaşaraq "Bu da bel

4 iyul
.

Boşanma mərhələsində olduğu həyat yoldaşını boğazından bıçaqladı - VİDEO

Türkiyənin Çatalca rayonunda boşanma mərhələsində olan həyat yoldaşını bıçaqlayan şəxs saxlanılıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Kaleiçi məhəlləsində yerləşən "Millət Bağı"nda baş verib. Məlumata görə, Adil Beysi boşanma prosesində olduğu həyat yoldaşı Damla Beysi ilə danışma

3 iyul
.

Bakıda AĞIR QƏZA - Avtomobil iki hissəyə bölündü: Yaralının SON DURUMU - VİDEO

Böyükşor-Pirşağı yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) -a verilən məlumatda bildirilib ki, iyulun 6-da saat 23:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Sabunç

7 iyul
.

Şirniyyat dükanına silahlı hücum edən yeniyetmələr həbs olunub - VİDEO

Türkiyənin Adana şəhərində ötən il iki dəfə silahlı hücuma məruz qalan şirniyyat dükanı bir neçə gün əvvəl yenidən atəşə tutulub. Polis araşdırması nəticəsində hücumu həyata keçirənlərin 15 və 16 yaşlı yeniyetmələr olduğu müəyyən edilib. xarici mediaya istinadla xəbər verir ki, hadisə Seyhan rayonund

7 iyul
.

Sürücüyə qarşı nalayiq hərəkətlər edən şəxs saxlanılıb - VİDEO

Türkiyənin İstanbul şəhərinin Sultanbəyli rayonunda yol hərəkəti zamanı mübahisə etdiyi sürücüyə qarşı nalayiq hərəkətlər edən M.K. polis əməkdaşları tərəfindən saxlanılıb. xarici mediaya istinadla xəbər verir ki, hadisənin sosial şəbəkələrdə yayılan görüntülərindən sonra araşdırmalara başlayan poli

7 iyul
.

Tərk edilmiş evdə qadın meyiti tapıldı - VİDEO

Türkiyənin İstanbul şəhərinin Kartal rayonunda tərk edilmiş bir gecəqonduda kimliyi müəyyən edilməyən qadın meyiti aşkarlanıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə axşam saatlarında Cevizli məhəlləsində baş verib. Məlumata görə, küçədən keçən şəxslər bir mərtəbəli boş evin içində hərəkətsi

7 iyul
.

Sumqayıtda dənizdə batan qadının kimliyi bilindi

Sumqayıt şəhərində ötən gün dənizdə boğulub ölən qadının kimliyi bəlli olub. -ın məlumatına görə, hadisə dünən şəhərin Sahil küçəsindəki çimərlikdə qeydə alınıb. Şəhər sakini - 2006-cı il təvəllüdlü M.İsmayılova dənizdə çimərkən batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktl

4 iyul
.

Çimərlikdə hicablı ana və qızına qarşı təhqir: "Rədd olun, gedin" - VİDEO

Seferihisardakı qalmaqallı çimərlik hadisəsi ilə bağlı 1 nəfər saxlanıldı. Türkiyənin İzmir vilayətinin Seferihisar rayonunda hicablı ana və qızına qarşı edilən təhqirlərlə gündəmə gələn hadisə ilə bağlı yeni inkişaf yaşanıb. bu barədə xarici mediaya istinadla xəbər verir. Türkiyə Ədliyyə Nazirliyini

6 iyul