İlin yekunları: Azərbaycan 2025-ci ildə TikTok-da kimlərdən və nədən ilham aldı

İlin yekunları: Azərbaycan 2025-ci ildə TikTok-da kimlərdən və nədən ilham aldıQısa videoların izlənməsi və yaradılması üzrə aparıcı platforma olan TikTok 2025-ci ilin yekunlarını açıqlayaraq, Azərbaycanda seçilən kreatorların və əsas təşəbbüslərin siyahısını təqdim edib.

Dünyada hər gün 1 milyarddan çox insan TikTok-a daxil olaraq ilham almaq və başqalarını ilhamlandırmaq, biliklərini bölüşmək, özünənəxsus məzmun yaratmaq və sadəcə olaraq özlərinin və digərlərinin əhval-ruhiyyəsini yüksəltmək üçün platformadan istifadə edir. TikTok-da 2025-ci il yeni kəşflər dövrü oldu: ilhamverici hekayələr, kiçik bizneslər və istifadəçilərin sevimlisinə çevrilmiş istedadlı kreatorlar, Azərbaycan mədəniyyətini yeni prizmadan təqdim edən və ölkənin tükənməz yaradıcılıq potensialını üzə çıxaran məzmunlar.
TikTok bir daha sübut etdi ki, o, təkcə istirahət məkanı deyil, eyni zamanda hər kəsin öz istedadını ortaya qoya və populyarlıq qazana bildiyi bir platformadır; burada kiçik bizneslər müştərilərini tapır, tematik və maarifləndirici təşəbbüslər həyata keçirilir, milli koloritə malik kontent isə tövsiyələrdə ön sıralara yüksəlir. Gəlin, TikTok istifadəçilərinin bu ili necə formalaşdırdığını bir daha xatırlayaq!

Yenə də yemək: kulinariya kontentinin parlaq müəllifləri

@dadlidir.az - fərqli və dadlı yeməklər hazırlayır;
@foodie_moodie_n - yeməyi və bişirməyi sevən, bir-birindən dadlı reseptləri bölüşən yaradıcı;
@easyandtasty.ph - qısa və dinamik videolar vasitəsilə yemək bişirmə prosesini addım-addım izah edir;
@jeyhunabadov - peşəkar aşpazın iştah açıcı səhifəsi;
@esya_mustafazadeh - yaradıcı, yemək bişirməyi asan, maraqlı və hər kəs üçün əlçatan göstərir;
@fehtiram - möhtəşəm reseptlər, keyfiyyətli təqdimat və işinə sevgi;
@coookholic - Ləzzətli yemək paylaşımları ilə seçilən bu səhifə, sadə reseptlərdən tutmuş maraqlı dad kombinasiyalarına qədər mətbəx ilhamı təqdim edir.
@shabi_faraj - kənd həyatı və ev mətbəxinin səmimiliyini və dadlarını əks etdirir;
@imhungry.az - qeyri-adi yemək və şirniyyatlar hazırlayan yaradıcısı;
@littlestrawberrykitchen - yeməklərin hazırlanmasını vizual baxımdan cəlbedici və izləyicini cəlb edən formada təqdim edir.

TikTok-da öyrən: Azərbaycanda maarifləndirici kontentin ən maraqlı müəllifləri

@lingoaz - lüğət ehtiyatını və qrammatikanı inkişaf etdirməyə kömək edən, asan qavranılan ingilis dili dərsləri hazırlayır;
@rusdilimarafon - hər gün istifadəçilərə yeni söz və ifadələri öyrənməyə kömək edən rus dili müəllimidir;
@rusmaster.rusdili - rus dilinin qrammatikasındakı incə məqamları izah edir;
@vugar_mammadov - yumor, əyləncəli səhnəciklər və kreativ təqdimatla ingilis dilini maraqlı şəkildə öyrədir;
@aidaaydin - Azərbaycan dilində nitq və diksiya üzrə təlimçi;
@riyaziyyatonlinee - riyazi məsələlərin həlli üçün ətraflı izahlar və faydalı "layfhak"lar paylaşır;
@madam.fufu555 - eyni anda üç dili - çin, koreya və yapon dillərini öyrənməyə kömək edən poliqlot müəllimdir.

Sərhədsiz səyahətlər: istifadəçilərə yeni istiqamət və məkanları kəşf etdirən müəlliflər

@alishk.a - avtomobil səyahətləri və Bakı ətrafında istirahət məkanlarıı haqqında kontent üzrə ixtisaslaşıb;
@dailybaku - paytaxtın maraqlı istirahət məkanları, restoranları və gözəl mənzərələrə malik məkanlar haqqında video paylaşır;
@vahidhasti - düşərgə istirahətini təbliğ edən və Azərbaycanın təbiət gözəlliklərini nümayiş etdirən səyahət edən cütlük;
@victoriarazminovich - əslən latviyalı olan bir xanımın gözü ilə Bakıda həyat: şəhərdəki məkanlara baxış;
@elcin.tahmazov - kontent müxtəlifliyi ilə seçilən müəllif: ölkə üzrə səyahət tövsiyələri verir və mədəni məkanlardan ekstremal idman növlərinədək geniş mövzuları əhatə edir;
@ayaz__kara - Azərbaycanda daxili turizmin imkanlarının zənginliyini nümayiş etdirir: onun hesabında adi turizm bələdçilərindən daha ətraflı məlumat tapmaq mümkündür;
@kampinist.az - düşərgə, təbiət və açıq hava səyahətləri ilə bağlı faydalı məlumatlar və tövsiyələr paylaşır;
@orkhanhu - dron çəkilişləri vasitəsilə doğma ölkənin gözəlliklərini göstərir və istifadəçiləri səyahətə həvəsləndirir.

Milli mədəniyyət: milli irsi təbliğ edən müəlliflər

@mira_ressam - bu rəssam öz əsərləri vasitəsilə yaradıcılıq prosesini izləyicilərə yaxınlaşdırır və sənəti hər kəs üçün anlaşılan, cəlbedici formatda təqdim edir.
@humayqadimova86 - milli musiqi irsimizi müasir formatda təqdim edərək sənətə gənc auditoriyanın marağını artırır.
@baylarlii - gənc tarzənin səhifəsi milli musiqimizi dinamik ifa və müasir vizual təqdimatla gənc auditoriyaya sevdirir.
@zekiveliyev - milli musiqi ənənələrini müasir təqdimatla birləşdirərək tar sənətinin gənc nəsil arasında tanıdılmasına və mədəni irsimizin qorunmasına xidmət edir.
@reqsdersleri - rəqs sənətini geniş auditoriyaya əlçatan edərək hərəkət mədəniyyətinin yayılmasına və müasir mədəni ifadə formalarının inkişafına töhfə verir.
@purplesevinjsefail - klassik və müasir Azərbaycan şairlərinin əsərlərini yeni auditoriyaya təqdim edərək ədəbi irsimizin yaşadılmasına və mədəniyyətimizin davamlı inkişafına dəstək verir.
@millipapaq_azerbaijan - ənənəvi sənətkarlığı müasir auditoriyaya çatdıraraq milli geyim mədəniyyətimizin qorunmasına və inkişafına mühüm töhfə verir.

Yerli biznes: TikTok-da biznesini aktiv şəkildə inkişaf etdirən azərbaycanlı sahibkarlar

@nihatstylist - Məşhur stilistlərdən biri; Zövqlü və dəbli saç modelləri ilə izləyiciləri arasında kifayət qədər tanınır.
@mammadov.murad - Zərif, maraqlı və original əl işləri ilə diqqət çəkir;
@ferman_51 - bu rəssam yaradıcılıq prosesini və əsərlərini geniş auditoriyaya təqdim edərək incəsənətə marağı artırır və şəxsi brendinin inkişafına dəstək olur.
@gamarjoba.restoran.333 - Məşhur gürcü təamlarını təqdim edən restoran;
@stilist.emil - məşhur stilistlərdən olub xanımlara necə saç düzümünün, rənginin yaraşacağını tövsiyə edib daha sonra icra edir.
@halvacimacid - müxtəlif növ halva, şirniyyat məhsullarını nümayiş etdirir, bir neçə filialında satışını həyata keçirir.
@eldar_aghayev_design_- Zövqlü interyer dizayn, təmir tə tikinti işləri ilə seçilir, eyni zamanda bu sahə üzrə maarifləndirici m2əlumatlar bölüşür
@strafor_kesim - Toy və müxtəlif tədbirlərin dekorasiyasını edən zövlq və unikal işləri ilə seçilən şirkətlərdən biri;
@sacriaatelier - Müxtəlif aksesuarların hazırlanması və satışı ilə məşğul olan yaradıcı hesablarından biri;
@raufmukhtarof - Zövqlü və keyfiyyətli dəri aksesuarları hazırlayan sənətkar hesabı.

2025-ci ildə TikTok-un əlamətdar hadisələri

#Novruz2025: Milli mədəniyyətin təşviqi

Bu il platforma ilk dəfə olaraq bahar bayramı olan Novruzu Azərbaycandakı icması ilə birlikdə qeyd edib. TikTok genişmiqyaslı bayram onlayn festivalı üçün bir platformaya çevrildi: #Novruz2025 həştəqi ilə istifadəçilər bayrama necə hazırlaşdıqlarını və onu necə qeyd etdiklərini əks etdirən 12 mindən çox video hazırladılar, bayram təamlarının reseptlərini paylaşdılar və ölkələrinin ənənələrinin gözəlliyini nümayiş etdirdilər. TikTok-da keçirilən onlayn festival Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutdu.

İstifadəçilərin rəqəmsal təhlükəsizliyinin və rifahının gücləndirilməsi

TikTok platformada təhlükəsizlik və istifadəçi rifahı alətlərinin inkişafını aktiv şəkildə davam etdirərək daha rahat və təhlükəsiz rəqəmsal mühit formalaşdırıb. Platforma İcma Qaydalarını yeniləyərək sadələşdirib, yeniyetmələrin qorunmasına və sağlam rəqəmsal vərdişlərin formalaşdırılmasına yönəlmiş funksiyaları genişləndirib, həmçinin təsdiqləyici ifadələr, sakitləşdirici səslər və nəfəs məşqlərini əhatə edən "Vaxt və rifah" bölməsini istifadəyə verib.
Bununla yanaşı, müəlliflər üçün alətlər də təkmilləşdirilib - şərhlərin idarə olunmasından və LIVE yayımlarında kontentin nəzarətindən tutmuş, paylaşımların əvvəlcədən yoxlanılmasına və mesajlarla işləmək üçün yenilənmiş funksiyalara qədər. Eyni zamanda, TikTok məşhur kreatorlarla birgə hazırlanmış, rəqəmsal savadlılığa həsr olunmuş ilk azərbaycandilli maarifləndirici layihəsini - #ÖncəTəhlükəsizlik layihəsini təqdim edib.

#AzərbaycanMüəllimləri: maarifləndirici kontentə marağın artması

TikTok #AzərbaycanMüəllimləri adlı ilk müsabiqəyə təşəbbüs göstərib və onu Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirib. Müsabiqə biliklərin və maarifləndirici kontentin təbliği üçün kreativ formatlarla eksperiment etməkdən çəkinməyən, ölkənin müxtəlif bölgələrindən yüzlərlə istedadlı müəllimi bir araya gətirib.
Layihədə iştirak üçün ümumtəhsil məktəblərinin müəllimləri, eləcə də kolleclərin və ali təhsil müəssisələrinin müəllimləri dəvət olunub - onlar platformada öz fənləri üzrə maarifləndirici videolar paylaşıblar. Layihənin nəticələrinə əsasən, rəsmi #AzərbaycanMüəllimləri həştəqi altında paylaşılan tədris videolarının sayı 4 mindən çox olub.
"Bu il, biliklərin yayılmasına, mədəni irsin qorunmasına və müsbət rəqəmsal mühitin formalaşdırılmasına töhfə verən yaradıcı və maarifləndirici kontentin təsir gücünün nə qədər böyük olduğunu açıq şəkildə ortaya qoydu. Azərbaycanda Novruz bayramına həsr olunmuş ilk festivalımız platformada ilin ən böyük mədəni hadisəsinə çevrildi; ölkənin hər yerindən müəllimlər yaradıcılıqlarını sınamaq və biliklərini yüz minlərlə istifadəçi ilə bölüşmək imkanı əldə etdilər, sahibkarlar isə bizneslərini inkişaf etdirmək üçün TikTok-un imkanlarından istifadəni davam etdirdilər. Biz bundan sonra da müəllifləri dəstəkləməyə, mədəniyyət, təhsil və rəqəmsal savadlılıq sahələrində təşəbbüsləri inkişaf etdirməyə, həmçinin istifadəçilərin rahat mühitdə özlərini sərbəst və yaradıcı şəkildə ifadə etmələrinə dəstək verməyə davam edəcəyik", - deyə TikTok-un Azərbaycan, Türkiyə, Şərqi Avropa və Mərkəzi Asiya üzrə əməliyyatlar departamentinin rəhbəri Melis Çağlar bildirib.

TikTok haqqında

TikTok aparıcı qısa video tətbiqidir. Bizim missiyamız insanları yaradıcı olmağa ruhlandırmaq və onlara sevinc bəxş etməkdir.

İlin yekunları: Azərbaycan 2025-ci ildə TikTok-da kimlərdən və nədən ilham aldıİlin yekunları: Azərbaycan 2025-ci ildə TikTok-da kimlərdən və nədən ilham aldıİlin yekunları: Azərbaycan 2025-ci ildə TikTok-da kimlərdən və nədən ilham aldıİlin yekunları: Azərbaycan 2025-ci ildə TikTok-da kimlərdən və nədən ilham aldıİlin yekunları: Azərbaycan 2025-ci ildə TikTok-da kimlərdən və nədən ilham aldıİlin yekunları: Azərbaycan 2025-ci ildə TikTok-da kimlərdən və nədən ilham aldıİlin yekunları: Azərbaycan 2025-ci ildə TikTok-da kimlərdən və nədən ilham aldıİlin yekunları: Azərbaycan 2025-ci ildə TikTok-da kimlərdən və nədən ilham aldıİlin yekunları: Azərbaycan 2025-ci ildə TikTok-da kimlərdən və nədən ilham aldıİlin yekunları: Azərbaycan 2025-ci ildə TikTok-da kimlərdən və nədən ilham aldıİlin yekunları: Azərbaycan 2025-ci ildə TikTok-da kimlərdən və nədən ilham aldıİlin yekunları: Azərbaycan 2025-ci ildə TikTok-da kimlərdən və nədən ilham aldıİlin yekunları: Azərbaycan 2025-ci ildə TikTok-da kimlərdən və nədən ilham aldıİlin yekunları: Azərbaycan 2025-ci ildə TikTok-da kimlərdən və nədən ilham aldıİlin yekunları: Azərbaycan 2025-ci ildə TikTok-da kimlərdən və nədən ilham aldı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 601   Tarix: 17 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İşsiz şəxslərin diqqətinə: 478 manat...

Bu il sentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,7 min nəfər olub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, onların 53,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişini

20 sentyabr
.

Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ

2026-cı ilin qarşıdakı aylarında Azərbaycanda 4 qeyri-iş günü olacaq. xəbər verir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü iş günü hesa

19 sentyabr
.

Qarabağda separatizmin sonu: 23 saatlıq antiterror tədbirindən Şahramanyanın "özünü buraxma" fərmanına qədər

2023-cü ilin sentyabrı Qarabağ münaqişəsinin üç onillik tarixində ən mühüm dönüş nöqtələrindən biri kimi yadda qaldı. Sentyabrın 19-da başlayan lokal xarakterli antiterror tədbirləri cəmi bir sutkadan az müddətdə yeni hərbi-siyasi reallıq yaratdı. Sentyabrın 20-də separatçı silahlı birləşmələrin atəşi

19 sentyabr
.

Azərbaycanda evlənmək istəyənlər niyə azalır? - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Azərbaycanda nikahların sayı kəskin enib: evlənmək istəyənlər niyə azalır?. TDT-nin gənclər strategiyası: milli dəyərlər necə qorunacaq?. Paşinyanın ikili siyasətinin pərdəarxası: Fransa Cənubi Qafqazda itirdiyi təsiri ger

20 sentyabr
.

Neftçilər Günü: "Qara qızıl"ın Azərbaycan tarixindəki rolu

Bu gün Azərbaycanda Neftçilər Günü qeyd edilir. Bu, Azərbaycanın iqtisadi suverenliyinin və gücünün bünövrəsini yaradan, gecə-gündüz fədakarcasına əmək sərf edən neft-qaz sahəsi mütəxəssislərinin şərəfinə keçirilən müqəddəs peşə bayramıdır. Hər xalqın tarixində elə tarixi anlar mövcuddur ki, onlar yalnı

20 sentyabr
.

Bu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq

Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir

20 sentyabr
.

Lokal xarakterli antiterror tədbirləri və separatçı rejimin süqutu: Qarabağda 30 illik separatizm necə başa çatdı?

2023-cü ilin sentyabrı Qarabağ münaqişəsinin tarixində dönüş nöqtəsi oldu. Sentyabrın 19-da başlayan və sentyabrın 20-də başa çatan lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan Qarabağ üzərində dövlət suverenliyini faktiki olaraq tam bərpa etdi. Hadisələrdən cəmi səkkiz gün sonra is

19 sentyabr
.

Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…

Oktyabrın 1-dən Azərbaycanda bəzi internet istifadəçiləri daha çox pul ödəməli olacaq. Hazırda 18 manat və ya daha aşağı olan sabit internet tarifləri 25 manatlıq vahid minimum tarifə keçiriləcək. Dəyişiklik mobil internetə aid deyil, amma minlərlə evin aylıq xərci arta bilər. İnternetin qiyməti niy

20 sentyabr
.

Lokal xarakterli antiterror tədbirləri və separatçı rejimin özünü buraxması: Qarabağda siyasi-hüquqi mərhələnin sonu

2023-cü il sentyabrın 19-20-də Qarabağda baş verən lokal xarakterli antiterror tədbirləri Azərbaycan tarixinin və Cənubi Qafqazın siyasi reallığının ən mühüm dönüş nöqtələrindən biri oldu. Hadisələrin əhəmiyyəti yalnız 23 saatdan az davam edən hərbi əməliyyatın nəticələri ilə məhdudlaşmırdı. Bu prose

19 sentyabr