"Azərbaycanın əfv və amnistiya təcrübəsi zəngin tarixi ənənəyə malikdir" - DEPUTAT

"Azərbaycanın əfv və amnistiya təcrübəsi zəngin tarixi ənənəyə malikdir" - DEPUTAT"Azərbaycan Respublikasının müasir siyasi inkişaf mərhələsi hüquqi dövlət quruculuğu və tam suverenliyin bərpası ilə səciyyələnir. 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan olunması bu mərhələnin ideoloji və hüquqi mahiyyətini dolğun şəkildə ifadə edir. Bu kontekstdə Prezident İlham Əliyevin amnistiya elan edilməsi təşəbbüsü dövlət siyasətinin humanist və sosialyönümlü xarakterini ön plana çıxarır. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının əsas sütunlarından biri hüququn aliliyidir. 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası insan hüquq və azadlıqlarını ali dəyər kimi təsbit edərək demokratik idarəçilik modelinin əsasını qoymuşdur. Bu siyasi irs Prezident İlham Əliyev tərəfindən müasir reallıqlara uyğun şəkildə davam etdirilir".

Bunu Sonxeber.az-a Milli Məclisin deputatı Şahin Seyidzadə danışıb.

O, açıqlamasında qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətində humanizm yalnız nəzəri anlayış deyil, konkret mexanizmlərlə təmin olunan praktik fəaliyyətdir:

"Sosial müdafiə tədbirləri, əhalinin həssas qruplarına qayğı, şəhid ailələrinə və qazilərə göstərilən diqqət bu siyasətin əsas istiqamətlərindəndir. Cinayət-hüquq sistemində də humanist yanaşma prioritet hesab olunur.

Bu baxımdan 15 dekabr 2025-ci ildə amnistiya təşəbbüsünün irəli sürülməsi xüsusi siyasi və mənəvi məna daşıyır. Suverenliyimizin tam təmin edildiyi, dövlət hakimiyyətinin bütün ərazilərdə bərqərar olduğu bir dövrdə bu qərar cəmiyyətə barış, yenilənmə və sosial həmrəylik mesajı verir. Prezident İlham Əliyev cəzanın tərbiyəedici mahiyyətinə inanaraq səhv etmiş şəxslərə yenidən cəmiyyətə inteqrasiya imkanı yaradır.

Amnistiya aktının şamil olunduğu kateqoriyalar dövlətin milli yaddaşına və sosial ədalət prinsipinə əsaslanır. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş şəxslərin, şəhid və itkin düşmüş hərbçilərin yaxınlarının amnistiya siyahısına daxil edilməsi milli həmrəyliyin hüquqi ifadəsidir. Bu addım dövlətin öz müdafiəçilərinə olan mənəvi borcunun təzahürüdür.

Eyni zamanda, mülki əhaliyə qarşı törədilmiş hərbi cinayətlər nəticəsində əlil olmuş şəxslərin, qadınların, yaşlıların və yetkinlik yaşına çatmayanların amnistiyadan faydalanması sosial ədalət və mərhəmət prinsiplərinin üstün tutulduğunu göstərir. Az ağır və ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə məhkum olunmuş şəxslərin cəzadan azad edilməsi isə hüquqi siyasətin humanist istiqamətini daha da gücləndirir".

Deputat onu da vurğuladı ki, bu amnistiya aktı tətbiq dairəsinə görə müstəqil Azərbaycanın tarixində ən genişmiqyaslı akt kimi qiymətləndirilir:

"On minlərlə insanın hüquqi statusuna müsbət təsir göstərəcək bu qərar penitensiar sistemin humanistləşdirilməsi istiqamətində mühüm addımdır. Minlərlə ailə üçün bu təşəbbüs yeni həyat mərhələsinin başlanğıcı olacaq.

Azərbaycanın əfv və amnistiya təcrübəsi zəngin tarixi ənənəyə malikdir. 1995-ci ildən etibarən qəbul edilən amnistiya aktları on minlərlə şəxsin cəmiyyətə qayıdışına imkan yaradıb. Xüsusilə Prezident İlham Əliyevin dövründə imzalanmış əfv sərəncamları və təşəbbüs edilmiş amnistiyalar dövlətin humanist imicini beynəlxalq müstəvidə də möhkəmləndirib.

Bu prosesdə Mehriban xanım Əliyevanın təşəbbüsləri də xüsusi qeyd olunmalıdır. Onun deputatlıq fəaliyyəti dövründə irəli sürdüyü amnistiya aktları sosial ədalət, ailə dəyərləri və humanizm prinsiplərinin qanunvericilikdə əks olunmasına mühüm töhfə verib.

Nəticə etibarilə, Prezident İlham Əliyevin "Konstitusiya və Suverenlik İli" münasibətilə irəli sürdüyü amnistiya təşəbbüsü güclü dövlətin yalnız sərt hüquqi mexanizmlərlə deyil, eyni zamanda mərhəmət və ədalətlə idarə olunduğunu sübut edir. Bu qərar Azərbaycan dövlətçiliyinin yetkinliyini, hüquqi və mənəvi üstünlüklərini bir daha nümayiş etdirir".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 727   Tarix: 18 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

İlham Əliyev: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlar

17 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr