"Amnistiya aktı məhkumların cəmiyyətə yenidən inteqrasiya imkanlarının yaradılması baxımından da mühüm əhəmiyyət daşıyır" - AÇIQLAMA

"Amnistiya aktı məhkumların cəmiyyətə yenidən inteqrasiya imkanlarının yaradılması baxımından da mühüm əhəmiyyət daşıyır" - AÇIQLAMA"Möhtərəm cənab Prezident İlham Əliyevin "Konstitusiya və Suverenlik İli" çərçivəsində amnistiya elan olunması təşəbbüsü dövlətimizin gücünü, humanist dəyərlərə sadiqliyini və hüquqi dövlət prinsipinə verdiyi önəmi bir daha nümayiş etdirir. Bu təşəbbüs, ilk növbədə, müstəqil Azərbaycanın hüquqi təməli olan Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkənin bütün ərazilərində tam bərqərar olmasının məntiqi nəticəsidir".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı danışıb.

"Amnistiya aktı məhkumların cəmiyyətə yenidən inteqrasiya imkanlarının yaradılması baxımından da mühüm əhəmiyyət daşıyır" - AÇIQLAMAO, açıqlamasında qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik fəlsəfəsinə uyğun olaraq, Möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu addım humanizm, mərhəmət və sosial ədalət prinsiplərinə söykənir:

"Amnistiya aktı məhkumların cəmiyyətə yenidən inteqrasiya imkanlarının yaradılması baxımından da mühüm əhəmiyyət daşıyır. Xüsusilə qeyd etmək istərdim ki, 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatlarında iştirak etmiş şəxslərin, habelə şəhid ailələrinin və müharibə nəticəsində zərər çəkmiş vətəndaşların bu amnistiya aktında nəzərə alınması dövlətin öz vətəndaşına verdiyi yüksək dəyərin bariz nümunəsidir. Sözügedən təşəbbüs eyni zamanda Zəfər və suverenlik anlayışlarının mənəvi və hüquqi məzmun daşıdığını göstərir.

Bir məqamı xüsusi olaraq qeyd etmək lazımdır ki, ümumilikdə, 1995-ci ildən etibarən qəbul edilən 12 amnistiya aktı 130 mindən çox şəxsə şamil edilib. Dahi rəhbər Ulu Öndər Heydər Əliyevin 1995-2003-cü illəri əhatə edən müvafiq təşəbbüsləri əsasında 32 əfv sərəncamı və 7 amnistiya aktı qəbul edilmişdir. Bu mütərəqqi prinsip hər zaman Möhtərəm cənab Prezident İlham Əliyevin yanaşmalarında da öz əksini tapmış və göründüyü kimi, hər bir amnistiya aktı zamanla daha çox şəxsə şamil edilir. Dövlət başçısı 2003-2025-ci illərdə 39 əfv sərəncamı və 5 amnistiya aktı qəbul etmişdir. Eyni prinsiplə Birinci vitse-prezident Mehriban xanım Əliyeva Milli Məclisin deputatı olduğu müddət ərzində - 2007, 2013 və 2016-cı illərdə - çıxış edərək məhz onun təşəbbüsü ilə amnistiya aktlarının qəbul olunmasına nail olmuşdur. Bütün bunlar formalaşmış ənənənin necə sağlam təməl üzərində qurulduğunun göstəricisidir".

Deputat onu da vurğuladı ki, indiki halda iyirmi mindən artıq şəxsi əhatə edəcək amnistiya təşəbbüsü dövlət-vətəndaş münasibətlərində yeni etimad mərhələsi yaradacaq, cəmiyyətdə sosial həmrəyliyin güclənməsinə, hüquq sisteminə etimadın daha da artmasına öz töhfəsini verəcək:

"Bu humanist təşəbbüsün Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində irəli sürülməsi xüsusi mənəvi məna daşıyır. Amnistiya aktı iyirmi mindən çox ailəyə bayram sevincinin yaşadılmasına, ümid və inam hissinin güclənməsinə səbəb olacaq. Bu addım bir daha təsdiq edir ki, Möhtərəm cənab Prezident İlham Əliyev hər bir vətəndaşın taleyinə həssas yanaşır, onların sosial rifahını, mənəvi rahatlığını və cəmiyyətə yenidən qazandırılmasını daim diqqət mərkəzində saxlayır. Dövlət başçısının bu yanaşması güclü dövlətin güclü vətəndaşa söykəndiyini, milli həmrəyliyin insan amilinə verilən dəyər üzərində formalaşdığını aydın şəkildə nümayiş etdirir".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1164   Tarix: 18 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr
.

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir

17 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr