Leonardo DiCaprio-dan illər sonra "Titanik" etirafı
"Titanic" filmi ilə dünya şöhrəti qazanan, "Oskar" mükafatlı aktyor Leonardo DiCaprio sinema tarixinin ən ikonik ekran işlərindən biri ilə bağlı maraqlı açıqlama verib.
Bu barədə Sonxeber.az xarici mediaya istinadən xəbər verir.
Məşhur aktyor etiraf edib ki, karyerasının ən yaddaqalan filmlərindən sayılan "Titanic"i indiyədək bir dəfə də olsun yenidən izləməyib.
51 yaşlı Leonardo DiCaprio "Variety" jurnalının Actors on Actors layihəsi çərçivəsində aktrisa Cennifer Lourenslə (Jennifer Lawrence) apardığı söhbət zamanı səmimi fikirlər səsləndirib. O, rol aldığı filmləri yenidən izləməyi çox sevmədiyini bildirib və bu səbəbdən "Titanic"i də heç vaxt təkrar izləmədiyini deyib.
Söhbət zamanı Cennifer Lourensin "Titanic"i yenidən izləmisənmi?" sualına DiCaprio qısa və qəti şəkildə "Xeyr, izləməmişəm" cavabını verib. Lourens filmin yenidən izləməyə dəyər olduğunu deyərək aktyoru razı salmağa çalışıb: "Mütləq baxmalısan. İndi rahatlıqla izləyə bilərsən, çox gözəldir".
Bunun üzərinə DiCaprio zarafatla cavab verərək, "Mən filmlərimi adətən izləmirəm, bəs sən öz filmlərinə baxırsan?" deyə sual ünvanlayıb. Lourens isə gülərək, "Xeyr, amma ‘Titanic’ kimi bir film çəksəydim, əlbəttə ki, izləyərdim", - deyə cavab verib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Səməd Səmədova başdaşı qoymağa ailəsinin imkanı çatmır?
"Səməd Səmədov 40 ildi toylara gedirdi, onun imkanına nə gəlib. Bunu Qaynarinfo-ya açıqlamasında müğənni Manaf Ağayev mərhum Xalq artisti Səməd Səmədovun məzar daşının olmaması ilə bağlı videogörüntüdən danışarkən deyib. Sənətçi hesab edir ki, həmkarının məzar daşının qoyulmamasının madiyyatla he
7 sentyabr 2021Qızı Rəşad İlyasovu sevindirdi
Əməkdar artist Rəşad İlyasovun qızı universitetə daxil olub. xəbər verir ki, bu haqda müğənni özü məlumat yayıb. "Dostlar, təbrik edə bilərsiniz. İkinci dəfə tələbə atası oldum" deyə, ifaçı övladı ilə fotosuna yazıb. Qeyd edək ki, R.İlyasovun bir oğlan övladı da var
4 sentyabr 2021Ben Afflek sevgilisi Cennifer Lopezə yaxınlaşan pərəstişkarı itələdi - VİDEO
Amerikalı aktyor Ben Afflek sevgilisi məşhur aktrisa Cennifer Lopez ilə şəkil çəkdirmək istəyən pərəstişkarını itələyib. Hadisə aktyorun sevgilisi ilə birlikdə Film Festivalına yollandığı Venesiya baş verib. Məlumata görə, tədbir bitdikdən sonra cütlük hava limanına gedərkən pərəstişkarlardan biri onlar
14 sentyabr 2021"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"
Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" sözü deyəndə
17 sentyabr 2021Onlar artıq bu kanalda olacaq
"Space" telekanalı bu mövsüm bir çox yeniliklər etməyi planlaşdırır. Axşam.az-a istinadən xəbər verir ki, bir çox yeni simalarla anlaşan kanal əvvəlki əməkdaşları ilə sağollaşıb. ATV-nin simaları olan İlkin Həsəni, Nicat Rəhimov və İlkin Misgərli bundan sonra "Space"də çalışacaq
7 sentyabr 2021Yaqub Zurufçunun SON DURUMU - Həyat yoldaşı DANIŞDI
"Yaqub Zurufçunun vəziyyəti stabil ağırdır". xəbər verir ki, bu sözləri Əməkdar artistinin həyat yoldaşı Aynur Zurufçu deyib. O, Yaqub Zurufçunun səhhətində hələ ki, bir dəyişikliyin olmadığını bildirib:. "Daim həkim nəzarətindədir, səhhəti stabil ağır olaraq qalsa da, həkimlər tərəfində
12 sentyabr 2021Flora Kərimova küçədə mahnı oxudu – VİDEO
Xalq artisti Flora Kərimova küçədə mahnı oxuyub. Belə ki, xalq artisti küçə ilə gedərkən musiqi səsi eşidib və musiqi səsi gələn tərəfə yönəlib. O, küçədə gitara çalıb mahnı oxuyan gənclərlə birgə duet oxuyub. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Həmin görüntüləri təqdim edirik:
8 sentyabr 2021