Qayaların ortasında! 2 min illik monastırın son halı görənləri heyrətə gətirir - VİDEO
Türkiyənin Şırnak bölgəsində yüzlərlə il əvvəl inşa edilən və qayaların arasında yerləşdiyi üçün girişi olduqca çətin olan tarixi monastır görənləri heyrətə gətirir.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Türkiyədə təhlükəsizlik şəraitinin yaxşılaşmasından sonra əvvəllər daxil olunması mümkün olmayan ərazilərə giriş təmin edilib və onlarla əsrlik monastır ilk dəfə dron vasitəsilə görüntülənib.
Sülh və təhlükəsizliyin bərqərar olduğu Bestlər Dərələr bölgəsində yerləşən kəndlərdən biri olan Kovankaya kəndi tarixi və təbii görkəmi ilə diqqət çəkir. Rayon mərkəzindən 40 kilometr uzaqlıqda yerləşən və vaxtilə boşaldılmış bu kənddə yay aylarında cəmi 3 ailə yaşayır. Beytüşşebap rayonuna bağlı Kovankaya kəndində təxminən 2 min il əvvəl inşa edildiyi ehtimal olunan iki nəhəng tarixi tikili ziyarətçilərdə böyük maraq doğurur.
Qayaların arasında salınmış monastıra demək olar ki, heç kəsin çatması mümkün deyil. Məlumata görə, indiyədək bu qədim məkanda 400 rahib təhsil alıb. Tarixi tikiliyə hazırda Keldani icmasının üzvləri dini ayinlər keçirmək üçün gəlirlər.
Kənddə tək yaşayan sakin Kemal Diril monastırla bağlı bildirib ki, tikili rəsmi mənbələrə görə təxminən 450 ildir mövcuddur, lakin rəvayətlərə əsasən onun 2 min il əvvəl inşa edildiyi deyilir. Onun sözlərinə görə, bu məkan Misirdə vəfat edən Martaj Maoni adına tikilmiş kilsə olub, sonradan monastıra çevrilib. Rəvayətlərə görə, burada 400 rahib təhsil alıb.
Kemal Diril əlavə edib ki, dövlət tərəfindən bölgədə təhlükəsizliyin təmin olunmasından sonra insanlar buraya maraq göstərməyə başlayıblar. O, yolların salınmasını və dövlət dəstəyinin artırılmasını istəyərək, "Buralar çox gözəl yerlərdir. Dövlətin təşviqi olsa, bölgə daha da inkişaf edə bilər", - deyə vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 854 Tarix: 19 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
İnsan orqanizminin qocalmasının bütün həyat boyu eyni sürətlə getmədiyi məlum olub. Alimlər müəyyən ediblər ki, bəzi orqan və toxumalarda qocalma prosesi müəyyən yaş dövrlərində daha da sürətlənir. xarici mediaya istinadla xəbər verir ki, araşdırmaya əsasən, insan orqanizmində nəzərəçarpacaq dəyişikliklə
20 sentyabrMumiyalanmış insan qalıqları internetdə satılır: Həyəcan təbili
Bioarxeoloqlar sosial şəbəkələrdə, onlayn marketpleyslərdə və hərraclarda mumiyalanmış insan qalıqlarının satışının artması ilə bağlı sağlamlıq üçün real təhlükə barədə xəbərdarlıq ediblər. Alimlər bu qənaətə mumiyaların fraqmentlərinin satışı ilə bağlı 128 elan və paylaşımı araşdırdıqdan sonra gəliblər
17 sentyabrDizlərdə xırtıltı nə vaxt təhlükə siqnalıdır? - Mütəxəssisdən AÇIQLAMA
"Gəzinti və ya əyilmə zamanı dizlərdə yaranan səs və xırtıltılar əksər hallarda sağlamlıq üçün heç bir təhlükə yaratmır". "The Mirror" nəşrinə istinadən xəbər verir ki, bunu osteopat (xəstəliklərin diaqnostikası və müalicəsini dərmansız, yalnız əllərin toxunması və xüsusi hərəkətlərl
17 sentyabrİnşaat işçilərinin iplə yuxarı qaldırılması görüntüləri gündəm oldu - VİDEO
Misirdə çəkildiyi bildirilən görüntülər inşaat sahələrində əməyin mühafizəsi məsələsini yenidən gündəmə gətirib. xarici mediaya istinadla xəbər verir ki, kadrlarda çoxmərtəbəli binanın xarici hissəsində çalışan işçilərin təhlükəsizlik avadanlığı əvəzinə, yük qaldırmaq üçün istifadə edilən kəndir sistem
18 sentyabrNeptunun o tayında 27 naməlum obyekt aşkarlandı
"Habbl" və "Ceyms Uebb" kosmik teleskopları daha əvvəl məlum olmayan 27 transneptun obyekti (TNO) - Neptunun orbitindən xeyli uzaqda Günəş ətrafında fırlanan cisim aşkarlayıblar. Onların hər birinin diametri 40 kilometrdən azdır, ən kiçiyinin diametri isə cəmi 10 kilometrdir. xəbə
15 sentyabrHəkim ofis işçiləri üçün sağlamlığı qorumağın yollarını açıqladı
Rusiyalı ortoped-həkim Andrey Litvinenko ofis şəraitində işləyərkən sağlamlığı qorumağın yollarından danışıb. -ya istinadən xəbər verir ki, həkim tez-tez küçəyə çıxmaq imkanı olmadıqda, gəzintini istehsalat gimnastikası ilə əvəz etməyi tövsiyə edib. Mütəxəssis xatırladıb ki, bu təcrübə Sovet İttifaq
19 sentyabrBeyninin yarısı insan toxumasından ibarət siçanlar yetişdirildi
ABŞ-da alimlər insan beyin hüceyrələrini siçanların beyninə köçürərək insan toxumasının üstünlük təşkil etdiyi yeni model yaradıblar. xəbər verir ki, Stanford Universitetinin tədqiqatçıları insan beyninin inkişafını və nevroloji xəstəliklərin mexanizmlərini araşdırmaq məqsədilə genetik modifikasiya edilmi
19 sentyabrYatarkən daha çox kalori yandırmağın sirri açıqlandı
Əzələ kütləsinin artırılması yuxu zamanı enerjinin daha çox sərf edilməsinə kömək edə bilər. xəbər verir ki, bunu psixiatr və somnoloq Aleks Dimitriu "Men's Health" nəşrinə açıqlamasında bildirib. Mütəxəssisin sözlərinə görə, yuxu zamanı bədən kalori yandırmağa davam edir - bu göstəric
17 sentyabrPlastik tullantılardan yol çəkildi- Asfalta nə əlavə edildi?
Çində plastik tullantıların təkrar istifadəsi ilə bağlı maraqlı layihə həyata keçirilib. Şanxayda 6 mindən çox istifadə olunmuş süd qabı və digər plastik tullantılar asfalt örtüyünün hazırlanmasında istifadə edilib. xarici mediaya istinadən xəbər verir ki, layihə 2021-ci ildə Şərqi Çin Elm və Texnologiy
15 sentyabr