"Gürcüstanın tranzit prosesində yer alması da Azərbaycanın qurduğu yeni regional modelin bir hissəsidir" - AÇIQLAMA

"Gürcüstanın tranzit prosesində yer alması da Azərbaycanın qurduğu yeni regional modelin bir hissəsidir" - AÇIQLAMAAzərbaycandan neft məhsulları daşıyan ilk yük qatarının Gürcüstan ərazisindən keçməklə Ermənistana yola salınması regionda sülh və əməkdaşlıq prosesinin real nəticəsidir.

Bunu Gürcüstan Prezident Administrasiyasının sabiq rəhbəri, siyasi şərhçi professor Petre Mamradze deyib.

Onun sözlərinə görə, bu hadisə Azərbaycan hökumətinin və şəxsən Prezident İlham Əliyevin xoş niyyətinin növbəti təzahürüdür:

"Təəssüf ki, uzun illər ərzində Azərbaycan-Ermənistan münasibətləri arzuolunan səviyyədə olmayıb. Lakin bu gün, bütün çətinliklərə baxmayaraq, münasibətləri məhz bu məcraya yönəltmək mümkün olub və proses mərhələli şəkildə inkişaf edir. Bunun arxasında konkret siyasi iradə və məqsədyönlü addımlar dayanır. Biz bunu yalnız alqışlaya bilərik".

"Bu prosesin mərkəzində birmənalı şəkildə Azərbaycan dayanır və bunu gizlətməyə də ehtiyac yoxdur", - bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:

"İlk yük qatarının hərəkətə başlaması regionda sülhün təşəbbüskarı, mühərriki və real icraçısının kim olduğunu açıq şəkildə göstərdi. Azərbaycan yenə də hadisələrin arxasınca qaçan yox, oyunun qaydalarını müəyyən edən tərəf kimi çıxış edir.

Məsələnin mahiyyəti ondadır ki, Bakı sülhü sentimental çağırışlar üzərindən deyil, real iqtisadi rıçaqlar vasitəsilə inşa edir. Neft məhsullarının Ermənistana göndərilməsi Azərbaycanın gücündən və özünəinamından doğan addımdır. Zəif tərəf güzəştə getmir, güclü tərəf risk edir. Bu risk isə hesablanmış, strateji və uzunmüddətli regional sabitliyə xidmət edən qərardır. Prezident İlham Əliyevin siyasi xətti də məhz burada oxunur: qalib dövlət sülhü diktə etmir, onu qurur.

Azərbaycan bu addımla həm də göstərir ki, regionda iqtisadi inteqrasiyanın açarı Bakının əlindədir. Kommunikasiyalar, enerji axınları, logistika xətləri Azərbaycanın iştirakı olmadan işlək ola bilməz. Ermənistan reallığı nə qədər gec qəbul etsə də, fakt dəyişmir: regional normalizasiya Azərbaycanın razılığı və təşəbbüsü olmadan mümkün deyil.

Gürcüstanın tranzit prosesində yer alması da Azərbaycanın qurduğu yeni regional modelin bir hissəsidir. Bakı Cənubi Qafqazda qarşıdurma yox, əməkdaşlıq arxitekturası formalaşdırır və bu model artıq işləməyə başlayıb.

Bir sözlə, bu qatar sadəcə yük daşımır. O, Azərbaycanın regional liderliyini, siyasi məsuliyyətini və sülh gündəliyini daşıyır. Və bu, kağız üzərində yox, relslər üzərində gedən siyasətdir".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1441   Tarix: 19 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr