Maşınınız yola görə zədələnibsə, kompensasiya ala bilərsiniz - Sürücülərin yaralı yeri

Maşınınız yola görə zədələnibsə, kompensasiya ala bilərsiniz - Sürücülərin yaralı yeriYollarında çuxurların, dərin dəliklərin yaranması, asfalt örtüyünün çökməsi ilə bağlı şikayətlərin hər zaman var. Bu cür problemlər isə təkcə sürücülər üçün narahatlıq yaratmır, eyni zamanda avtomobillərə ciddi maddi ziyan vurur. Alt hissənin zədələnməsi, təkərin deşilməsi və digər texniki problemlər avtomobil sahiblərinin tez-tez üzləşdiyi hallardandır.

Bəs yolun yararsız vəziyyətdə olması səbəbindən avtomobilinə zərər dəyən sürücü məsul qurumdan şikayətçi ola və təzminat tələb edə bilərmi?

Hüquqşünas Ramil Süleymanov Lent.az-a açıqlamasında bildirib ki, vətəndaş dəymiş ziyanla bağlı məhkəməyə müraciət edərək, kompensasiya ala bilər:

"Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunduğu kimi, eləcə də Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, dövlət orqanlarının və onların nümayəndələrinin məsuliyyətsiz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vətəndaşlara vurulan zərərə görə birbaşa mülki məsuliyyət həmin dövlət qurumunun üzərinə düşür.

"Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, yol hansı hüquqi şəxsin, dövlət qurumunun və ya bələdiyyənin balansındadırsa, həmin yolun texniki vəziyyətinə də məhz o qurum cavabdehdir. Əgər yolun baxımsız və yararsız olması nəticəsində yol-nəqliyyat hadisəsi və ya avtomobilə maddi zərər dəyibsə, vətəndaş əsaslandırılmış iddia ərizəsi ilə məsul dövlət qurumunu məhkəməyə verə və onlara dəymiş zərəri kompensasiya şəklində tələb edə bilərlər.

Bir halda ki, dövlət qurumları avtomobil yollarının təmirinin və yenidən salınmasının həyata keçirilməsi üçün yol vergisini avtomobil sürücülərindən illik ala bilirlərsə, deməli, dövlət vahid aparat olaraq vətəndaşın qarşısında mülki məsuliyyət daşıyır".


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 498   Tarix: 19 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məşhur aktrisa dünyasını dəyişdi

Amerikalı məşhur aktrisa Deyvi Çeyz 35 yaşında vəfat edib. xarici KİV-ə istinadla xəbər verir ki, aktrisa sepsis səbəbindən dünyasını dəyişib. Bu barədə onun sevgilisi Roy Hernandez məlumat verib. Onun sözlərinə görə, aktrisa bir neçə əlavə xəstəlikdən əziyyət çəkib. Qeyd edək ki, Çeyz aktrisalıq fəaliyyətin

18 iyun
.

Stounhencin "prototipi" tapıldı: 500 il daha qədimdir

İngiltərənin cənubunda, Stounhencdən cəmi bir neçə kilometr aralıda onun "prototipi" hesab edilən qədim arxeoloji qurğu aşkarlanıb. xəbər verir ki, bu barədə "AP News" məlumat yayıb. Məlumata görə, tikili bir-birindən 120 metr məsafədə yerləşən iki taxta sütundan ibarətdir. Həmi

19 iyun
.

Alimlər yeni bioloji saatı təqdim etdilər

Beynəlxalq alimlər qrupu qocalma prosesinin öyrənilməsi üçün yeni bir alət təqdim edib. Genlərin fəaliyyətini təhlil edən bu sistem orqanizmin bioloji yaşını və ölüm riskini müəyyən etməyə imkan verir. Tədqiqat müəlliflərinin fikrincə, yeni metod xəstəliklərin, dərmanların və həyat tərzinin qocalma prosesin

16 iyun
.

Qarğıdalı seçərkən ən dadlısını tapmağın sirləri

Yay aylarının sevimli ləzzəti olan qarğıdalı seçmək bir çox insan üçün çətindir, çünki qarğıdalının xarici yarpaqlarla tam örtülü olması içindəki dənələrin vəziyyətini görməyə mane olur. Çox vaxt ən yaşıl yarpaqlı qarğıdalını seçərək ən yaxşısını aldığımızı düşünürük, lakin evə gəldikdə dadı olmayan

20 iyun
.

Çayın ətrini artıran və bayatlaşmasının qarşısını alan üsul

Çay gün ərzində bir çox insanın zövqlə içdiyi əvəzolunmaz içkilərdən biridir. Lakin dəmlənmiş çayın qısa müddətdə bayatlaşması və zaman keçdikcə ətrini itirməsi tez-tez rast gəlinən problemlərdəndir. Buna görə də çayın daha uzun müddət təzə qalmasını təmin edən üsullar böyük maraq doğurur. xəbər veri

14 iyun
.

Türkiyədə İsa Məsihin saqqalsız təsviri aşkarlandı

Türkiyədə arxeoloqlar İsa Məsihin II əsrə aid, nadir rast gəlinən saqqalsız təsvirini aşkar ediblər. xəbər verir ki, bu barədə "Daily Star" məlumat yayıb. İsa Məsihə aid bu freska qədim dövrdə Nikeya adlandırılan indiki İznik şəhərindəki bir məqbərənin altında tapılıb. Roma üslubunda çəkilmi

17 iyun
.

Qarpız toxumu yemək olarmı? Dietoloqların cavabı təəccübləndirdi

Uşaqlıqdan bəri bir çoxumuz qarpız tumunu udmağın zərərli olduğunu eşitmişik. Lakin dietoloqlar bildirirlər ki, qarpız tumlarını udmaq tamamilə təhlükəsizdir və onlar sağlamlıq üçün bir sıra faydalı xüsusiyyətlərə malikdir. xarici mediaya istinadla xəbər verir ki, ABŞ Milli Qarpızın Təbliği Şurasını

18 iyun
.

Azərbaycanda ən çox ziyarət edilən şəhərlər bəlli oldu

"Qəbələ və Şəki şəhərləri Azərbaycana səfər edən turistlər üçün Bakıdan sonra ən populyar istiqamətlərdir". xəbər verir ki, bu barədə TASS agentliyinə Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının (ATGA) İdarə Heyətinin sədri Tural Musayev məlumat verib. T.Musayevin sözlərinə görə, bunun əsa

14 iyun
.

Cəsarəti ilə diqqət çəkdi: İlanları belə tutdu - VİDEO

Türkiyənin Hatay vilayətində "İlançı Kemal" kimi tanınan Kemal Başer diyaliz xəstəsi olan bir ailənin evinə girməyə çalışan 2 qara ilanı zərərsizləşdirib. türk mediasına istinadən xəbər verir ki, məlumata görə, o, uzun sürən mübarizədən sonra ilanların gizləndiyi yerdən çıxararaq onları tutmağ

16 iyun