"TikTok" uzun müddətdir davam edən mübahisəyə son qoyur

"TikTok" uzun müddətdir davam edən mübahisəyə son qoyur"TikTok" sosial şəbəkəsi ABŞ bölməsinin satılması üzrə sazişi imzalayıb və bölmə artıq ABŞ investorlarının nəzarətində olacaq. Bu da tətbiqə ABŞ-də qadağan qoyulmasından yayınmağa imkan verəcək.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Axios" nəşri şirkətin baş direktoru Şou Çunun daxili memorandumuna istinadən məlumat verib.

Saziş platformanın Çinin "ByteDance" şirkətinə məxsus olması səbəbindən milli təhlükəsizliklə bağlı narahatlıqlardan qaynaqlanan və "TikTok" ətrafında uzun müddətdir davam edən mübahisəyə son qoyur. Memoranduma əsasən, qapalı sazişin 2026-cı il yanvarın 22-də bağlanması planlaşdırılır.

"Oracle", "Silver Lake" və Əbu-Dabidə yerləşən MGX fondu birgə şəkildə "TikTok USDS Joint Venture LLC" adlı yeni müəssisənin 45%-i üzərində nəzarəti əldə edəcəklər. Səhmlərin əlavə 20%-ni isə "ByteDance" özündə saxlayacaq. Qalan üçdəbiri isə onun investorları tərəfindən idarə olunacaq.

Birgə müəssisə müstəqil olacaq və mövcud ABŞ istifadəçilərinin məlumatlarına, tövsiyələr alqoritminin təhlükəsizliyinə, məzmunun (kontentin) moderasiyasına və proqram təminatı dəstəyinə nəzarəti öz üzərinə götürəcək. Tövsiyələr alqoritmi xarici təsirləri aradan qaldırmaq üçün yalnız ABŞ istifadəçi məlumatları əsasında yenidən formalaşdırılacaq.

Daha əvvəl, sentyabrın 19-da ABŞ Prezidenti Donald Tramp ABŞ-nin "TikTok"la bağlı Çinlə razılığa gəldiyini açıqlamışdı. Sentyabrın 20-də isə o, Vaşinqtonun Çinlə "TikTok" üzrə sazişi həyata keçirməyə başladığını bildirmişdi.

"TikTok"un satın alınmasında iştirakçılar "Oracle"ın həmtəsisçisi Larri Ellison, "Dell"in baş direktoru Maykl Dell, eləcə də Merdok ailəsinin nümayəndələri Laklan və Rupert olublar.

Bundan əlavə, Ağ Ev rəhbəri "TikTok" sazişinin məbləğinin "nəhəng" olduğunu qeyd edib.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 476   Tarix: 19 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Fərqində olmadan enerjinizi tükədən vərdiş bəlli oldu

Gündəlik həyatın intensiv ritmində bir çox insan səbəbi bilinməyən yorğunluqdan şikayət edir. Səhərlər gümrah oyanmağınıza baxmayaraq, gün ərzində enerjinizin sürətlə tükənməsinə səbəb olan vərdişlər mütəxəssislər tərəfindən müəyyən edilib. xəbər verir ki, gün ərzində səbəbsiz yorğunluq, halsızlıq v

2 may
.

Dünyanın ən sağlam göyərtisi bəlli oldu: Yol qırağındaca yetişir

Kiçik yarpaqları ilə tanınan cincilim kalori başına düşən vitamin və mineral sıxlığına görə ispanaq, kələm və brokkoli kimi məşhur rəqiblərini geridə qoyub. xəbər verir ki, bu bitkini "super qida" edən əsas xüsusiyyətlər onun zəngin tərkibi ilə bağlıdır. Yüksək C vitamini və bitki mənşəli birləşmələr

3 may
.

Sulanmayan qatığın sirri bu qədər sadə imiş

Qatığın qısa müddətdə sulanmasının arxasında çox vaxt fərq edilməyən saxlama səhvləri dayanır. Gündəlik istifadədə edilən kiçik laqeydliklər qatığın strukturunu pozaraq qatılığın itməsinə yol aça bilər. Halbuki düzgün saxlama vərdişləri ilə bu vəziyyətin qarşısını almaq mümkündür. xəbər verir ki, qatığı

3 may
.

Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi

Numerologiyaya görə, insanın doğum tarixi onun xarakteri və münasibətlərdə davranışı ilə əlaqələndirilə bilər. Mütəxəssislər bildirirlər ki, bəzi rəqəmlər daha güclü və müstəqil xarakter xüsusiyyətləri ilə əlaqələndirilir və bu da bəzən münasibətləri çətinləşdirə bilər. xarici mediaya istinadla xəbə

4 may
.

Həftəsonu dərsləri problemə çevrilməsin: Psixoloqdan valideynlərə üç vacib məsləhət

Həftəiçi ev tapşırıqlarını yerinə yetirmək uşaqlar üçün adi hal olsa da, istirahət günlərində bu proses tez-tez müqavimətlə qarşılanır. Həm özünüzün, həm də övladınızın həftəsonunu korlamadan onu dərslərini sakitcə yerinə yetirməyə yönləndirməyin üç səmərəli üsulu mövcuddur. xəbər verir ki, Moskva Təhsi

3 may
.

Reyhanın çürüməsinin qarşısını alan sadə üsul: Həftələrlə təravətli qalır

Yeməklərə təkrarolunmaz ətir və ləzzət qatan təzə reyhan düzgün saxlanılmadıqda saatlar ərzində qaralan və formasını itirən ən həssas bitkilərdən biridir. Bir çox insanın etdiyi ən böyük səhv reyhanı soyuducuya qoymaqdır; bu, bitkinin yarpaq strukturunu pozaraq çürüməni sürətləndirir. xəbər verir ki

3 may
.

Paltarlarınızın gözəl qoxması üçün qarderoba bunu qoyun

Paltarın xoş qoxusu insanın səliqəli və baxımlı görünməsində mühüm rol oynayır. Məhz buna görə bahalı butik və otellərdə geyimlər adətən incə və zərif ətir qoxusu ilə seçilir. Mütəxəssislər bildirirlər ki, bu effekti əldə etmək üçün şkafda tək bir qoxudan deyil, bir neçə aromatik notun birləşməsində

3 may
.

Dəfndə müzakirə yaradan GÖRÜNTÜ - FOTO

Dəfn mərasimində qeydə alınan görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. xəbər verir ki, hadisə zamanı mərhumun torpağa tapşırılması üçün qəbiristanlığa toplaşan insanlar gözlənilməz anlarla üzləşiblər. Belə ki, qəfil şəkildə əraziyə vəhşi heyvanın daxil olub. Bu vəziyyət iştirakçıla

3 may
.

Epşteynin ölümqabağı yazdığı məktubu tapıldı

Nyu-York həbsxanasında maliyyəçi Ceffri Epşteynin kamera yoldaşı olmuş Nikolas Tartalyon biznesmenin ehtimal olunan ölümqabağı qeydinin məzmunu barədə danışıb. xarici mediaya istinadla xəbər verir ki, onun sözlərinə görə, o, məktubu 2019-cu ilin iyulunda, Epşteyn huşsuz vəziyyətdə tapıldıqdan sonra aşka

1 may