Azərbaycan piy və yağ ixracını 1 %-dən çox artırıb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 25 milyon 991,02 min ABŞ dolları dəyərində 16 min 123,66 ton bitki və heyvan mənşəli piylər və yağlar ixrac edib.
"Report" Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 2 %, həcmi isə 1,1 % artıb.
Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında bitki və heyvan mənşəli piy və yağların payı 0,96 % təşkil edir.
Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan 2 milyard 648 milyon 607,36 min ABŞ dolları dəyərində əsas qeyri-neft məhsulları ixrac edib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,4 % azdır.
Bu ilin 11 ayında Azərbaycan xarici ölkələrlə 44 milyard 589 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 23 milyard 401 milyon ABŞ dolları ixracın, 21 milyard 188 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 3,85 % azalıb, idxal isə 12,9 % artıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Naxçıvanda qadın sahibkarlar 1,4 milyon manatdan artıq güzəştli kredit alıb
İndiyə qədər Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu qadın sahibkarların layihələrinin maliyyələşdirilməsə 1,4 milyon manatdan çox güzəştli kredit ayırıb. "Report"un yerli bürosu xəbər verir ki, bunu Naxçıvanın iqtisadiyyat naziri Kazım Hüseynəliye
18 sentyabrAzərbaycanda elektron satınalmaların dəyəri 2,3 milyard manatı ötüb
Azərbaycanda bu ilin yanvar-iyul aylarında keçirilmiş elektron satınalmaların sayı ötən ilin analoji dövrü ilə müqayisədə 0,3 % artaraq 4 596 olub. bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir. Məlumata görə, elektron satınalmaların məbləğ
14 sentyabrAzərbaycan avtobus idxalını 2% azaldıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 468 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitəsi idxal edib. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1% azdır
16 sentyabrBitkoinin qiyməti azalıb
Bitkoinin qiyməti son 24 saatda 0,86% azalaraq 77,3 min ABŞ dollarına bərabər olub. xəbər verir ki, bu barədə "Binance" platforması məlumat yayıb. "Ethereum"un dəyəri isə son sutkada 0,27% artaraq 2475 dollar təşkil edib
11 sentyabrAzərbaycanda emal sənayesi 3 %-dən çox böyüyüb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanın emal sənayesində 14 milyard 912,1 milyon manat dəyərində məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib. bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 % çoxdur. Ema
11 sentyabrBrent markalı neftin qiyməti 105,7 dollar/barelə düşdü
Neft qiymətləri, əvvəlki gün Yaxın Şərqdən yanacaq tədarükündəki fasilələrlə bağlı narahatlıqların azalması ilə əlaqədar əhəmiyyətli bir düşmədən sonra, cümə axşamı səhəri orta dərəcədə düşür. xəbər verir ki, Londondakı ICE Futures birjasında Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,14 dolla
17 sentyabrÇində 42 min nəfər təxliyə edilib
Çinin Haynan ada əyalətinin hökuməti güclü yağışlar, eləcə də daşqınlar və geoloji fəlakətlər təhlükəsi səbəbindən 42 mindən çox insanın təxliyəsi barədə göstəriş verib. xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Yerli hakimiyyət orqanları anormal yağışlarla bağlı ikinci səviyyəl
14 sentyabr