Bu ətləri qətiyyən almaq olmaz - Ekspertdən XƏBƏRDARLIQ
"Hansı ölkədən idxal olunmasından asılı olmayaraq bütün ətlər sərhədi keçəndə aidiyyəti qurum tərəfindən həm qida təhlükəsizliyi qaydalarına uyğun şəkildə nəzarət, həm də risk əsaslı laborator analizlər aparılmalıdır. Bu məhsullar satış mərkəzlərinə soyuq qida zəncirində gətirilməlidir, temperatur rejimi pozulmamalıdır. Əgər qısa müddətdə satılacaqsa, 0-4 dərəcə arasında saxlanılmalıdır, uzun müddət üçün isə -18 dərəcədə qalmalıdır".
Bunu Ajans.az-a açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.
O bildirib ki, mütləq şəkildə ətin üzərində hansı ölkədən idxal olunduğu bildirilməlidir, keyfiyyət sertifikatına dair üzərində məlumat olmalıdır, kəsim tarixi, istehsal tarixi göstərilməlidir. Əgər bu məlumatlar varsa, onda bu ətlərdən istifadə etmək olar:
"Somalidən Azərbaycana gətirilən ət bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin açıqlamasına görə, bu ət satış üçün idxal olunmur. Bu ət Səudiyyə Ərəbistanı Krallığının sifarişi əsasında, humanitar yardım kimi paylanılması üçün gətirilib.
Yaxşı olar ki, zərərsiz olması üçün ətin yaxşı bişirilməsinə diqqət edilsin. Bişirilərkən ətin daxili temperaturu 75 dərəcəni keçməlidir. Görünüşündə hər hansı ləkələr varsa, ətə xas olmayan rəngdədirsə, səthi yapışqandırsa, xoşagəlməz qoxu və maye varsa, bu, xarab olmuş ət hesab olunur.
Bir çox hallarda idxal olunan ətlər yerli məhsullara nisbətən qat-qat ucuz satılır ki, bu da keyfiyyətlə bağlı şübhə doğurur. Ona görə ət alarkən keyfiyyətli, mənşəyi bəlli olan, dövlət nəzarətindən keçmiş yerdən almaq lazımdır".
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 930 Tarix: 20 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İnsanlar səhvlərini etiraf etməkdən niyə çəkinirlər? - Psixoloq
Son vaxtlar cəmiyyətdə insanların bir-birini anlamaqda çətinlik çəkdiyi müşahidə olunur. Bu tendensiyanı sosial şəbəkələrdə də aydın şəkildə görmək mümkündür. Empatiya çatışmazlığı, başqalarını ittiham etmək, mühakimə etmək və onların səhvlərini axtarmaq getdikcə daha geniş yayılır. Bəs bu vəziyyət cəmiyyət
17 sentyabrİtinizə verdiyiniz ləzzətli yemək təhlükə yarada bilər: "10 faizi keçməməlidir"
İtlərə hər gün ləzzətli yemək vermək düzgün miqdarda və keyfiyyətli məhsullardan istifadə edildiyi halda faydalı vərdiş ola bilər. xəbər verir ki, kinoloq İrina Şarıpova bu barədə -ya danışıb. Mütəxəssis bildirib ki, dadlı yeməklər əsasən təlim və funksional məhsullara bölünür. Təlim zamanı verilən kiçi
14 sentyabrBir mənzil qiymətinə kənd aldı - Fotolar
Amerikalı sahibkar Ceyson Li Bekvit İspaniyanın Zamora əyalətində 37 ildir yaşayış olmayan Salto de Kastro kəndini 310 min avroya (təxminən 608 min manat) alıb. "Qafqazinfo" xəbər verir ki, Salto de Kastroda 44 ev, məktəb, bar, köhnə kazarma binaları və tarixi kilsə yerləşir. Kənd 1946-cı ild
15 sentyabrYatarkən daha çox kalori yandırmağın sirri açıqlandı
Əzələ kütləsinin artırılması yuxu zamanı enerjinin daha çox sərf edilməsinə kömək edə bilər. xəbər verir ki, bunu psixiatr və somnoloq Aleks Dimitriu "Men's Health" nəşrinə açıqlamasında bildirib. Mütəxəssisin sözlərinə görə, yuxu zamanı bədən kalori yandırmağa davam edir - bu göstəric
17 sentyabrAlimlər "ölümdən qayıdan" hüceyrələr aşkarladı
Alimlər proqramlaşdırılmış hüceyrə ölümünü başladıqdan sonra bu prosesdən sağ çıxan və zədələnmiş toxumaların bərpasına kömək edən hüceyrələr aşkarlayıblar. xəbər verir ki, Veizmann Elm İnstitutunun tədqiqatçıları meyvə milçəklərinin sürfələri üzərində apardıqları təcrübələrdə bu hüceyrələrin şüalanmada
20 sentyabrSiqaret yalnız sağlamlığınız üçün zərərli deyil: yeni risk AŞKARLANDI
15 ölkədə aparılan genişmiqyaslı araşdırma bu vərdişin gözlənilməz təsirini üzə çıxarıb. Məlum olub ki, zaman keçdikcə siqaret çəkmək insanın həyatına ciddi şəkildə təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, siqaretin tanış olmaq, söhbəti davam etdirmək və ya həmkarlarla vaxt keçirmə
17 sentyabrHündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqabı geyinərkən bədənin ağırlıq mərkəzi önə doğru dəyişir. Bu zaman tarazlığı qoruma
20 sentyabrPlastik tullantılardan yol çəkildi- Asfalta nə əlavə edildi?
Çində plastik tullantıların təkrar istifadəsi ilə bağlı maraqlı layihə həyata keçirilib. Şanxayda 6 mindən çox istifadə olunmuş süd qabı və digər plastik tullantılar asfalt örtüyünün hazırlanmasında istifadə edilib. xarici mediaya istinadən xəbər verir ki, layihə 2021-ci ildə Şərqi Çin Elm və Texnologiy
15 sentyabr