Göz məşqləri görmə qabiliyyətini bərpa edə bilərmi?
Çoxları göz üçün gimnastikanın görmə qabiliyyətini bərpa edə biləcəyinə inansa da, əslində mütəxəssislər bunun doğru fikir olmadığını bildirirlər.
Oxu.Az Gazeta.ru-ya istinadla xəbər verir ki, Rusiya Piroqov Universitetinin Nesterov adına Oftalmologiya kafedrasının dosenti Angelina Kazantseva belə məşqlərin görmə qabiliyyətinin itməsinə səbəb olan amilləri aradan qaldırmadığını bildirib.
"Görmə ilə bağlı bütün əsas problemlər - uzağı görməmə (miopiya), yaxını görməmə (hiperopiya), astiqmatizm - gözün anatomiyası ilə əlaqəlidir. Göz - məşq vasitəsilə arzu olunan formaya qədər inkişaf etdirilə biləcək əzələ deyil, buna görə də onun optik vəziyyətini dəyişdirmək qeyri-mümkündür. Çünki məşqlə gözü cavanlaşdırmaq olmaz", - deyə həkim izah edib.
Üstəlik, göz məşqi hətta təhlükəli də ola bilər, çünki bəzən insanlar gimnastikanın möcüzəvi təsirinə güvənərək həkimə getməyi təxirə salırlar ki, bu da vəziyyəti daha da ağırlaşdırır.
Bununla belə, A.Kazantseva qeyd edib ki, göz üçün məşqlərin müalicəvi deyil, astenopiya (göz yorğunluğu) simptomlarının qarşısının alınmasında və aradan qaldırılmasında rolu ola bilər. Uzun müddət yaxın obyektlərə (ekran və ya kitab) baxdığımız zaman göz xarici və göz daxili əzələlər daim gərgin vəziyyətdə olur. Bu, narahatlıq, baş ağrısı, gözdə qıcıqlanma hissi və bulanıq görmə ilə nəticələnə bilər. Əksər göz məşqləri qan dövranını yaxşılaşdırmağa, quru göz sindromunun qarşısını almağa və akkomodasiya spazmını ("yalançı miopiya") aradan qaldırmağa kömək edir.
Həkimin sözlərinə görə, ən təsirli göz istirahəti uzağa, məsələn, pəncərədən çölə baxmaqdır.
Mütəxəssis gözlə bağlı ciddi diaqnozu olanlara (yüksək miopiya, torlu qişanın zədələnməsi, qlaukoma) intensiv məşqlərə başlamazdan əvvəl həkimə müraciət etməyi məsləhət görüb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 466 Tarix: 21 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Donald Tramp uşaqların az peyvəndlənməsi məsələsində niyə israr edir?
ABŞ Prezidenti Donald Tramp, autizm hallarının sayının azaldılması məqsədilə ölkədə uşaq peyvəndlərinin dozalarının azaldılmasına çalışacağını bəyan edib. xəbər verir ki, o bu barədə Ağ Evdə çıxış edərkən bəyanat verib. Tramp qeyd edib ki, müəyyən preparatlarla vaksinasiya prosesi bir neçə mərhələdə
19 sentyabrİrandan Fransaya sərt cavab: "Timsah göz yaşları tökməyin"
"Müstəqillik müharibəsi dövründə 1.5 milyon əlcəzairli Fransa tərəfindən qətlə yetirilib. Paris onların yalnız onda birindən azını rəsmən tanıyır və Fransa indiyədək öz müstəmləkə cinayətlərinə görə üzr istəməkdən boyun qaçırır", - deyə nazir qeyd edib. Əraqçı, həmçinin Barronu Minabdakı məktəb
19 sentyabrİran müharibənin dayandırılması üçün ABŞ-yə şərtlərini təqdim edib
İran hökuməti müharibənin dayandırılması üçün şərtlərini Qətər vasitəçiləri üzərindən ABŞ-yə çatdırıb və Prezident Donald Trampın cavabını gözləyir. "Al Jazeera" telekanalına istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi deyib. Onun sözlərinə görə
20 sentyabrKXDR öz istehsalı olan kamikadze dronları təqdim edib
Şimali Koreya lideri Kim Çen In ölkədəki bir neçə müdafiə müəssisəsinin istehsal sahəsinə baş çəkib. "Report" xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb. İstehsal sahələrindən birində dövlət başçısına kamikadze dronların yığılması xətti nümayiş etdirilib
20 sentyabrTrampdan üç nəhəng KİV-lə bağlı sərt qərar: Ağ Evə girişləri qadağan edildi
ABŞ Prezidenti Donald Tramp administrasiyası haqqında yalan məlumatlar yaydıqlarını əsas gətirərək CNN, MS NOW telekanallarının və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə giriş hüququndan məhrum etdiyini bəyan edib. xəbər verir ki, ABŞ dövlət başçısı bu barədə "Truth Social" platformasınd
20 sentyabrƏbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Ömrünü əbədi yaşamaqla keçirmək arzusunda olan texnologiya milyarderləri əslində vaxtlarını boşuna sərf edirlər. Britaniyalı fizik Cim əl-Xəlili belə qənaətə gəlib. Onun fikrincə, həyatı mümkün qədər uzatmaq uğrunda sonsuz yarışa girməkdənsə, insana verilmiş zamanı dəyərləndirməyi öyrənmək daha vacibdir
20 sentyabrTramp oğlunun toyuna rusiyalı iş adamının pul ödəməsindən danışdı
ABŞ Prezidenti Donald Tramp böyük oğlu kiçik Donald Trampın toy xərclərini qismən ödəyən rusiyalı iş adamı, Beynəlxalq Boks Assosiasiyasının (IBA) rəhbəri Umar Kremlyova pulların geri qaytarıldığını bəyan edib. "Meduza"ya istinadən xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasınd
20 sentyabr"Ərini oğurlamışıq, pul ver!" - Mesajların arxasından görün kim çıxdı
Argentinada polis həyat yoldaşından pul almaq üçün özünün oğurlanmasını uydurmaqda şübhəli bilinən kişini saxlayıb. bu barədə "Noticias24" nəşrinə istinadən xəbər verir. Rosario şəhərinin sakini ərinin telefonundan guya onun oğurlanması ilə bağlı mesajlar gəlməyə başladıqdan sonra polisə müraciə
20 sentyabr