Yumurtanın qiyməti ilə bağlı vəziyyət dəyişəcək - BU TARİXDƏN
Broyler toyuqlarının yumurtasının qiymətində artım müşahidə olunur. Satıcıların bildirdiyinə görə, son bir neçə gündə qiymətlər 5-7 qəpik yüksəlib və hazırda broyler yumurtası 20 qəpiyə satılır. Bundan başqa, kənd yumurtasının qiyməti də 50 qəpiyə qədər bahalaşıb.
Bahalaşmanın səbəbi nədir? Ucuzlaşma ehtimalı varmı?
Globalinfo.az-a danışan Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Mürvət Həsənli deyib ki, qonşu ölkələrdə də yumurtanın qiyməti artıb:
"Məsələn, Türkiyədə yumurtanın qiyməti 27-31, Gürcüstanda 25-27, İranda 22-24, Rusiyada isə 23-25 qəpik arasındadır. Azərbaycanda intensiv istehsal sayəsində gündəlik tələbat əvvəl 3,6 milyon ədəd idisə, qış aylarında bu rəqəm 4,6 milyon ədədə yüksəlib. Şəbəkə marketlərdə broyler yumurtası hazırda 16-19 qəpik arasında satılır. Kənd yumurtasının qiymətinin qalxmasının səbəbi istehsalın azalmasıdır. Yay aylarında gündəlik təxmini istehsal 400 min ədəd civarında idisə, indi bu rəqəm 100-120 minədək düşüb. Təklifin azalması və tələbatın artması nəticəsində qiymətlər yüksəlib".
Yumurtanın qiyməti ilə bağlı vəziyyət dəyişəcək - Bu tarixdən
İş adamı bildirib ki, bayramqabağı cüzi qıtlıq ola bilər, lakin qiymətlərin artması ehtimalı azdır:
"Yanvarın 10-dan sonra satışda stabilləşmə gözlənilir. Son dörd ay ərzində heç bir ölkəyə ixrac həyata keçirilməyib. Assosiasiya olaraq fabriklərlə birgə qərara gəlinib ki, ixrac dayandırılsın, ölkədə yumurtanın bahalaşması baş verməsin. Əks halda, ixrac qiymətlərin yüksəlməsinə səbəb ola bilərdi.
Ümumiyyətlə, 2025-ci il məhsuldar il olub. ABŞ-a 57 milyon yumurta ixrac edilib, lakin 50 milyon öhdəlik yerinə yetirilməyib. Digər ölkələrə, əsasən Dubaya və Küveytə ixrac ilin əvvəlində həyata keçirilib, amma hazırda istehsal yalnız ölkənin daxili tələbatını ödəyir. 2026-cı ildə isə ixracın yenidən başlayacağı gözlənilir. Keçən il gündəlik istehlak 3,6 milyon idisə, bu il 4,6 milyona qədər yüksəlib".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 19331 Tarix: 21 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan ayaqqabı istehsalını 44 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 828,1 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,3 % çoxdur. Təkcə avqustda isə ölkədə 118 min cüt ayaqqabı istehsal edilib. Bu, 1 il əvvələ nisbətə
20 sentyabrİşsiz şəxslərin diqqətinə: 478 manat...
Bu il sentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,7 min nəfər olub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, onların 53,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişini
20 sentyabrAzərbaycanda dövlət müəssisələrinin dividend öhdəliyi 43 %-ə yaxın artırılır
2027-ci ilin Azərbaycanda səhmlərində dövlətin payı olan müəssisələrin 855 milyon manat dividend ödəməsi nəzərdə tutulur. "Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 42,5 % çoxdur. Bu il dövlət müəssisələr
20 sentyabrNeftçilər Günü: "Qara qızıl"ın Azərbaycan tarixindəki rolu
Bu gün Azərbaycanda Neftçilər Günü qeyd edilir. Bu, Azərbaycanın iqtisadi suverenliyinin və gücünün bünövrəsini yaradan, gecə-gündüz fədakarcasına əmək sərf edən neft-qaz sahəsi mütəxəssislərinin şərəfinə keçirilən müqəddəs peşə bayramıdır. Hər xalqın tarixində elə tarixi anlar mövcuddur ki, onlar yalnı
20 sentyabrBu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq
Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir
20 sentyabrSentyabrın 21-dək bunu etməyənlər CƏRİMƏLƏNƏCƏK
21 sentyabr 2026-cı il avqust ayı üzrə bir sıra vergi bəyannamələrinin təqdim edilməsinin son günüdür. Bu barədə -a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib. Son tarixədək aşağıdakı bəyannamələr təqdim edilməlidir:. uduşlardan və mükafatlardan əldə edilmiş gəlirdən ödəm
19 sentyabr