Hindistanda qatarın fil sürüsünü vurması nəticəsində səkkiz heyvan ölüb
Hindistanın şərqində sərnişin qatarı fil sürüsünə çırpılıb, nəticədə səkkiz heyvan ölüb.
"Report" xəbər verir ki, bu barədə PTI agentliyi məlumat yayıb.
Hadisə gecə vaxtı şərqdəki Assam ştatında baş verib. Sairanq-Yeni Dehli marşrutu ilə hərəkət edən "Rajdhani Express" qatarı vəhşi fil sürüsünə çırpılıb. Yerli meşə təsərrüfatının məlumatına görə, səkkiz heyvan tələf olub.
Qəza nəticəsində qatarın beş vaqonu və lokomotivi relsdən çıxıb. "Lakin sərnişinlər arasında xəsarət alan olmayıb", - Şimal-Şərq Sərhəd Dəmir Yolunun rəhbərliyi bildirib.
Zərər çəkmiş dəmir yolu sahəsindən keçməli olan qatarlar başqa marşruta yönləndirilib. Hazırda bərpa işləri aparılır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 302 Tarix: 21 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ana yeni doğulmuş körpəsini bıçaqlayıb öldürdü
Rusiyanın Altay diyarında yeni doğulmuş körpəsini qətlə yetirən ana məhkəmə qarşısına çıxarılacaq. yerli mediaya istinadla bildirir ki, hadisə Barnaul şəhərində baş verib. İstintaqın versiyasına görə, 17 yaşlı məktəbli hamiləlik faktını ailəsindən gizlədib. Doğuş günü valideynləri evdə olmayıb və o
21 dekabrAlmaniyada hərbi xidmətin yeni modeli təsdiq edildi
Bundesrat (federal ştatların nümayəndələr palatası) Bundestaqdan (parlament) sonra Almaniyada hərbi xidmətin yeni modeli haqqında qanun layihəsini təsdiqləyib. DPA agentliyinə istinadən xəbər verir ki, qanun 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək. Beləliklə, Almaniya Bundesverin (Almaniya Silahl
21 dekabrGəzməyə gedən 4 uşaq YOXA ÇIXDI
Rusiyada uşaqların kütləvi şəkildə yoxa çıxması ilə bağlı müəmmalı hadisə baş verib. xəbər verir ki, dekabrın 21-də Samara vilayətində polislər gəzintidən sonra evə qayıtmayan dörd uşağın axtarışına çıxıblar. Daxili İşlər Nazirliyinin regional bölməsinin məlumatına görə, onlar Bezençuk kəndinin sakinlər
21 dekabrİstanbulda narkotik işi ilə bağlı üç nəfər həbs olunub
İstanbul Baş prokurorluğu tərəfindən məşhurlara qarşı aparılan narkotik araşdırması çərçivəsində Fatih Qəriboğlu, Gökmen Kadir Şeynova və Mert Alaş haqqında həbs qərarı çıxarılıb. "Report" bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir. Baş Prokurorluğun qaçaqmalçılıq, narkotik və iqtisad
21 dekabr