İnsanları məqsədli şəkildə ovlayan heyvanlar hansılardır?
Dünyada insanları məqsədli şəkildə ovlayan və onları qida kimi qəbul edən heyvanlar varmı?
Qaynarinfo xəbər verir ki, iflscience.com portalı hücum statistikasını təhlil edərək insanları qanuni ov hesab edən ən təhlükəli üç yırtıcı növü müəyyən edib.
Şirlər
Şirlərin insanları fəal şəkildə ovladığını sübut edən çoxsaylı faktlar və məlumatlar mövcuddur. 2015-ci ildə Cənubi Afrikada safari zamanı bir qadın avtomobilin pəncərəsindən şir tərəfindən sürüklənərək öldürülüb. Tanzaniyada hər il şirlər təxminən 50 nəfəri öldürür, qurbanların əksəriyyəti gecə vaxtı evə qayıdan gənc kişilər olur. 1990-2004-cü illər arasında ölkədə 563 ölüm halı qeydə alınıb. Qeyd olunur ki, Tanzaniya Afrikada ən böyük şir populyasiyasına malik ölkədir.
"Cənubi Tanzaniya, görünür, insan yeyən şirlər üçün əsas mərkəzdir", deyə BBC-yə müsahibəsində ekoloq-bioloq Emi Dikman bildirib.
Ağ ayılar
Ağ ayıların insanlara hücumu olduqca nadir hallarda baş verir, lakin tamamilə istisna da deyil. 2023-cü ildə Alyaskadakı kəndlərdən birində ağ ayı bir qadını və onun oğlunu öldürüb. 2024-cü ildə isə Kanadanın şimalında yerləşən Brevort adasında iki ağ ayı bir işçini öldürüb.
2017-ci ildə aparılmış araşdırmaya əsasən, 1870-2014-cü illər arasında Kanada, Qrenlandiya, Norveç, Rusiya və ABŞ-də ağ ayıların iştirakı ilə 73 hücum qeydə alınıb. Bu hadisələr nəticəsində 20 nəfər həlak olub, 63 nəfər isə xəsarət alıb. Hücumların 20 faizi 2010-2014-cü illər dövrünə təsadüf edib. Hesabatda qeyd olunur ki, insanlar üçün ən böyük təhlükə qida çatışmazlığı səbəbindən stress yaşayan yetkin erkək ağ ayılar olub. İnsanları ov kimi görmək nadir haldır, lakin qida qıtlığı zamanı mümkün və son dərəcə təhlükəli ssenaridir.
Timsahlar
Hazırda timsahların 26 tanınmış növü mövcuddur və onlardan yalnız səkkizi insanların ovlanması ilə əlaqələndirilir. İnsanlara edilən hücumların illik dəqiq statistikası yoxdur. Bunun səbəbi isə bu sürünənlərin çox vaxt ucqar və nəzarətsiz ərazilərdə yaşamasıdır, nəticədə bir çox hadisə qeydə alınmır.
Şirlər və ağ ayılar bəzən insanları məqsədli şəkildə ovlayan heyvanlar kimi qiymətləndirilsə də, timsahlarla bağlı məlumatlar daha çox insanın səhv vaxtda və səhv yerdə olması ilə izah olunur.
Dəniz və Nil timsahları insanlara hücumları ilə ən çox gündəmə gələn növlərdir. Bildirilir ki, Osama adlı bir timsah Uqandada Viktoriya gölü ətrafında azı 83 insanı yeyib. Uzunluğu təxminən 5 metr olan bu timsahın insanları ovlamaq üçün qayıqları aşırdığına dair məlumatlar da mövcuddur.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 787 Tarix: 22 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxa bilər
İran hələ də ölkənin mərhum ali rəhbəri Əli Xameneinin fətvasına sadiqdir və nüvə doktrinasını dəyişməyib. "Report" ISNA-ya istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai deyib. "ABŞ və İsrailin hərəkətləri bizə Nüvə Silahlarının Yayılmaması Müqaviləsində
20 sentyabrVenesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
Venesuela hökuməti və müxalifət qüvvələri ölkənin qızıl ehtiyatlarının İngiltərə Bankından Nyu-York Federal Ehtiyat Bankına keçirilməsini nəzərdə tutan razılaşmanı imzalamaq ərəfəsindədir. Hazırda Britaniyanın mərkəzi bankında ümumi dəyəri təqribən 4 milyard dollar olan 31 ton Venesuela qızıl külçəs
20 sentyabrTramp oğlunun toyuna rusiyalı iş adamının pul ödəməsindən danışdı
ABŞ Prezidenti Donald Tramp böyük oğlu kiçik Donald Trampın toy xərclərini qismən ödəyən rusiyalı iş adamı, Beynəlxalq Boks Assosiasiyasının (IBA) rəhbəri Umar Kremlyova pulların geri qaytarıldığını bəyan edib. "Meduza"ya istinadən xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasınd
20 sentyabrQadınları gizli lentə alan "ağıllı" eynəklərlə bağlı araşdırma başladı
Paris prokurorluğu "ağıllı" eynəklərdən istifadə etməklə cinsi qısnamada şübhəli bilinən şəxslə bağlı cinayət təhqiqatına başlayıb. Eyni zamanda, dünya ölkələri bu cihazların istifadəsinin sosial nəticələri ilə mübarizə apardığı bir vaxtda, Fransanın məlumatların mühafizəsi orqanları müxtəli
20 sentyabrKXDR öz istehsalı olan kamikadze dronları təqdim edib
Şimali Koreya lideri Kim Çen In ölkədəki bir neçə müdafiə müəssisəsinin istehsal sahəsinə baş çəkib. "Report" xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb. İstehsal sahələrindən birində dövlət başçısına kamikadze dronların yığılması xətti nümayiş etdirilib
20 sentyabrNobel mükafatının məbləği artırıldı
Nobel Fondu 2026-cı ildə hər bir kateqoriya üzrə Nobel mükafatının məbləğini artıraraq 12 milyon krona (1.22 milyon dollar) çatdırmaq barədə qərar qəbul edib. xəbər verir ki, bu barədə fondun mətbuat xidmətinin bəyanatında bildirilir. Belə ki, mükafatın məbləği 1 milyon kron (101 min dollar) artırılıb
20 sentyabr"Ərini oğurlamışıq, pul ver!" - Mesajların arxasından görün kim çıxdı
Argentinada polis həyat yoldaşından pul almaq üçün özünün oğurlanmasını uydurmaqda şübhəli bilinən kişini saxlayıb. bu barədə "Noticias24" nəşrinə istinadən xəbər verir. Rosario şəhərinin sakini ərinin telefonundan guya onun oğurlanması ilə bağlı mesajlar gəlməyə başladıqdan sonra polisə müraciə
20 sentyabrTramp Süni İntellekt Qüvvələrinin yaradılacağını açıqlayıb
ABŞ Prezidenti Donald Tramp ölkənin Çin və dünyanın qalan hissəsi üzərində texnoloji üstünlüyünü qorumaq məqsədilə Süni İntellekt Qüvvələrinin yaradılacağını açıqlayıb. xəbər verir ki, bu barədə o, "Truth Social" platformasında yazıb. Ağ Ev rəhbəri yaxın vaxtlarda yeni strukturun rəhbərin
20 sentyabr