Bakıda qarğalar və sərçələr niyə yoxa çıxıb?

Bakıda qarğalar və sərçələr niyə yoxa çıxıb?Son illərdə paytaxtda sərçələr yoxa çıxıb. Axır vaxtlarsa ala qarğalar nadir halda gözə dəyir. Halbuki bu quşları Abşeron yarımadasının daimi "sakinləri" idi.

Bəs bu quşların yox çıxmasının səbəbi nədir?

Suala Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun "Quru onurğalıları" laboratoriyasının ornitoloqu Leyla Əhmədli cavab verib.

O, Bizim.Media-ya açıqlamasında bildirib ki, ala qarğa və dam sərçəsi sinantrop növlər olaraq şəhər və kəndlərdə yaşamağa uyğunlaşıblar:

"Onlar oturaq quşlardır və qışda heç bir ölkəyə köçüb getmirlər. Saylarına görə Bakıda məskunlaşmış növlərin içərisində dominant kimi fon yaradan quşlardır. Buna görədə parklarda, bulvarda, bağlarda, səmada uçuşda daha çox diqqəti cəlb edib nəzərə çarpırlar. Yəni onları ilboyu gördüyümüz üçün bir müddət görməyəndə belə nəticəyə gəlirik ki, sayları azalıb.

Əslində şəhərlərdə quş növlərinin tədricən azalması dünyanın əksər böyük şəhərlərində müşahidə olunur. Bu prosesə həm antropogen, həm də təbii amillər təsir edir. Qeyd edilən amillər çox olsa da, bunların içərisində ikisi növün yaşayışı üçün həlledici əhəmiyyətə malikdir. Bunlar yem bazasının və nəsilvermək üçün əlverişli şəraitin olmasıdır.

Son illərdə Bakı şəhərində açıq zibilliklərin aradan qaldırılması, qapaqlı zibil qutuların istifadəsi, göyərçin, sərçə, qaratoyuq dəstələrinin, fərdlərinin azalması, sahibsiz pişiklərin artması, qazonların biçilməsi və kimyəvi işlənməsi qarğaların torpaqda, otluqda olan onurğasızları, xüsusilə ilbizləri toxumları yeyə bilməməsi, eləcədə COVİD19-la əlaqədar aparılan kimyəvi dezinfeksiya işləri ala qarğanın yem obyektlərinin sayının təricə azalmasına gətirib çıxarır".
"Yuva qurmaq üçün yer azalıb"

Müsahibimiz əlavə edib ki, şəhərin mərkəzi sahələrində həmin faktorların təsiri güclü olduğu üçün bu quşlar şəhərin ətrafındakı daha əlverişli yemlənmə yerlərinə köç edirlər:

"Belə ki, şəhər ətrafında payız şumu aparılan əkin sahələrində, zibilliklərdə, bağlarda yem tapmaq asan olur. Qeyd etdiyimiz kimi, ala qarğa uzaq ərazilərə miqrasiya edən quş deyil. Sadəcə oturaq və sinantrop quş kimi, urbanizasiyanın intensiv baş verdiyi Bakı şəhəri və Abşeron yarımadasındakı daha əlverişli yaşayış sahələrinə köç edirlər.

Belə yerdəyişmələrin digər səbəbi şəhərin mərkəzi sahələrində yuvalama yerlərinin azalmasıdır.

1990-cı illərdən başlayaraq Bakı şəhərində məskunlaşan və sürətlə artan, ala qarğaların ərazi rəqibi olan yeni növ boyunbağılı tutuquşular da artıb. Bütün bu qeyd edilən amillər yekunda ala qarğaların Bakıdakı populyasiyasının nəsilvermə potensialının, yəni bir cütün verdiyi balanın sayının azalmasına, bala tələfatının artmasına gətirib çıxarır.

Qeyd edilən proseslər dam sərçəsinin də populiyasiyalarında cüzi fərqlə baş verir.

Belə ki, dam sərçəsi ala qarğadan fərqli olaraq dəstə və qrup halında yuva qurur, yemlənirlər. Yemlərini torpaqda, qazonda olan onurğasızlar və toxumlar təşkil edir. Kollarda, divarların yarıq və çatlarında yuvalayırlar. İldə bir neçə dəfə nəsil verməklərinə baxmayaraq, ala qarğa və sahibsiz pişiklər tərəfindən tələf edilirlər.

Üstəlik, kolluqların xaricdən gətirilmə ağaclarla əvəz olunması və divarların üzlük daşla hörülməsi yuvalama yerlərinin itirilməsinə səbəb olur. Beləliklə nəsilvermə və yemlənmə yerlərinin azalması, düşmənləri tərəfindən sıxışdırılması onları şəhər ətrafındakı əkin və bağlara köç etməyə məcbur edir. Bu səbəbdən onlar şəhərdə daha az gözə görünürlər.

Əlbəttə, növ təbiətdə asanlıqla yoxa çıxmır.

Sadəcə o yaşamaq üçün yerli köçmələr edərək daha əlverişli biotoplarda məskunlaşır. Bu növün Bakı şəhərində daha seyrək halda müşahidə edilməsinin səbəbi də qeyd edilənlərlə əlaqədardır. Ümumilikdə isə, bütöv təbii ekosistemlərin insan tərəfindən transformasiya olunduğu indiki dövrdə şəhərlərin quş faunasın yenilənməsi bütün dünyada müşahidə olunur".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 786   Tarix: 22 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qəbiristanlıq yaxınlığında tapılan azyaşlının anası erkən evliliyin qurbanı olub: Dəhşətli faktların üstü açıldı - VİDEO

Mehdiabad ərazisində baxımsız vəziyyətdə tapılan azyaşlı uşaq polis əməkdaşları tərəfindən sığınacağa yerləşdirilib. xəbər verir ki, hadisə ilə bağlı "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə Baku TV-yə açıqlama verib. O bildirib ki, uşaq təxminən iki gün əvvəl Fatmayı qəbiristanlığ

6 may
.

Azərbaycan-İtaliya münasibətləri yalnız ikitərəfli deyil, Avropa miqyasında strateji əhəmiyyət daşıyır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə İtaliya Respublikası Nazirlər Şurasının sədri cənab Ciorcia Meloni arasında Bakıda keçirilmiş görüş Azərbaycan-İtaliya münasibətlərinin mahiyyətini, prioritet istiqamətlərini və regional kontekstdə əhəmiyyətini əhatə edən geniş və rəsmi xarakterl

5 may
.

Bu ərazilərdə qaz kəsiləcək - Xəbərdarlıq

Şəmkir rayonunun bəzi kənlərində qaz olmayacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismar İdarəsi məlumat yayıb. Bildirilib ki, görüləcək təmir işləri, həmçinin "Qaz İxrac" İdarəsi tərəfindən yaz-yay mövsümü ilə bağlı nəzərdə tutulmuş işlərin icrası ilə əlaqəda

6 may
.

Dostlarınızın sizi qısqandığını göstərən 11 əlamət

Qısqanclıq təbii bir hiss olsa da, güclü olduqda zəhərli hal ala bilər. Bəzi insanlar var ki, açıq-aşkar sizə qarşı səhv etməsələr də, bəzi şeylərin yolunda getmədiyini hiss edirsinizsə, bunun ən sadə izahı qısqanclıq ola bilər. Ölkə.Az xəbər verir ki, ABŞ-li sağlamlıq və qidalanma üzrə yazıçı Arian

6 may
.

Sabah hava necə olacaq?

Azərbaycanın bəzi yerlərdə mayın 6-da yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərd

5 may
.

Onlayn media üçün müsabiqə elan edildi

Medianın İnkişafı Agentliyi onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edir. "Qafqazinfo" xəbər verir ki, Media Reyestrinə daxil edilmiş ictimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri müsabiqədə iştirak edə bilərlər. Müsabiqədə iştirak etmə

5 may
.

Qusarda məşhur şadlıq sarayı BAĞLANDI

Qusarda yanğın təhlükəli şadlıq sarayının fəaliyyəti dayandırılıb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Qeyd edilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Qusar şəhərində yerləşən "Pəri" şadlıq sarayında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliy

7 may
.

Hacı Vəliyevə hökm oxundu

Hacı Vəliyev barəsində cinayət işi üzrə məhkəmə yekunlaşıb. APA-nın məlumatına görə, cinayət işinə Tovuz Rayon Məhkəməsində baxılıb. Bu gün keçirilən məhkəmə prosesində onun 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar verilib. Qeyd edək ki, Hacı Vəliyev "Gənc Qazilər Birliyi"

6 may
.

Reseptini özü kəşf etdi, 29 ildir eyni ədviyyatı satır

Türkiyənin Samsun şəhərində fəaliyyət göstərən bir ədviyyatçının illər əvvəl hazırladığı xüsusi ədviyyat qarışımı bu gün də böyük maraq görür. türk mediasına istinadən xəbər verir ki, məlumata görə, ədviyyatçı 3 illik uzun sınaq və araşdırmalardan sonra 29 müxtəlif məhsulun qarışığından ibarət resept

6 may