4 saat yatan və yorulmayan insanların sirri - bioloqlar şok bir həqiqəti açdılar

4 saat yatan və yorulmayan insanların sirri - bioloqlar şok bir həqiqəti açdılarAlimlər orqanizmə zərər vermədən çox qısa müddət yatmağa imkan verən fenomenin genetik əsasını açıqlayıblar. Əksər insanlar özlərini gümrah hiss etmək üçün təxminən səkkiz saat yuxuya ehtiyac duyur. Lakin az sayda insan var ki, onlar üçün gündə cəmi 4-6 saat yuxu kifayət edir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu insanlar "təbii qısa yatanlar" (Familial Natural Short Sleepers - FNSS) adlanır.

Son iyirmi ilin elmi araşdırmaları göstərib ki, onların az yatmaq qabiliyyəti müəyyən genlərin fəaliyyəti ilə birbaşa bağlıdır.

2009-cu ildə "Science" jurnalında dərc olunan ilk tədqiqat sübut edib ki, DEC2 genində baş verən nadir mutasiya yuxuya olan ehtiyacı azaldır. Bu mutasiyaya malik olan qadın və onun qızı uzun müddət normadan az yatmalarına baxmayaraq özlərini yaxşı hiss ediblər. Alimlər eyni gen dəyişikliyini siçanlar və milçəklər üzərində də sınaqdan keçiriblər və nəticədə heyvanların da daha az yatdığı və yuxusuzluğa daha dözümlü olduğu məlum olub.

Sonrakı illərdə daha bir neçə unikal genetik dəyişiklik aşkar edilib. 2019-cu ildə Neuron jurnalında dərc olunan araşdırmada ADRB1 genində mutasiyanın eyni ailənin üç nəsli boyunca daha aktiv oyaqlıqla əlaqəli olduğu göstərilib. 2020-ci ildə isə NPSR1 genindəki dəyişikliklərin oyaqlığı qoruyan neyropeptid S reseptoruna təsir etdiyi bildirilib.

Hər bir mutasiya fərqli mexanizmlə işləsə də, nəticə eynidir: insan təbii olaraq daha az yuxuya ehtiyac duyur. Bioloqlar FNSS fenomenini bir neçə əsas mexanizmlə izah edirlər. Bunlara "yatmaq vaxtıdır" siqnalının zəifləməsi (DEC2), "oyaq qal" siqnalının güclənməsi (NPSR1) və oyaqlıq sisteminin aktivliyində dəyişikliklər (ADRB1) daxildir.

Sadə dillə desək, bu insanların beynində tormozlayıcı siqnallar daha zəif, stimullaşdırıcı siqnallar isə daha güclü olur. Buna görə də qısa yuxu orqanizm üçün zərərli sayılmır.

Tədqiqatlar göstərib ki, bu cür mutasiyaların daşıyıcıları xroniki yuxusuzluqdan əziyyət çəkmirlər. Onların idrak və maddələr mübadiləsi göstəriciləri normal qalır. Hətta heyvanlar üzərində aparılan bəzi sınaqlarda qısa yuxunun neyrodegenerativ prosesləri ləngitdiyi də müşahidə olunub. Bununla belə, alimlər xəbərdarlıq edirlər ki, bu genetik mutasiyalar son dərəcə nadirdir.

Mütəxəssislər vurğulayırlar ki, az yatan insanların böyük əksəriyyəti təbii qısa yatanlar deyil. Onlarda yuxu çatışmazlığı adətən stress, iş rejimi və ya sağlam olmayan həyat tərzi ilə bağlı olur və bu da ciddi sağlamlıq problemlərinə yol aça bilər.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 777   Tarix: 22 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı

İngiltərədə bir kolleksiyaçının cəmi 15 sterlinqə aldığı sınıq və qapaqsız çaydanlığın ABŞ-da istehsal edilmiş ən qədim çini nümunələrindən biri olduğu üzə çıxıb. Təxminən 30 ildir keramika kolleksiyası toplayan alıcının diqqətini çəkən tarixi əşya hərracda 575 min sterlinqə satılıb. Çaydanlıq Nyu-Yorkdak

7 noyabr
.

Rent a car üçün ən çox seçilən avtomobillər hansıdır?

Sedan, yoxsa krossover icarəyə götürmək istəyirsiniz? Avtomobil seçərkən nələrə diqqət edilməlidir? Rent a car üçün ekonom, sedan, SUV və miniven avtomobillər təklif olunur. Avtomobillər salon genişliyi, yanacaq sərfiyyatı və baqaj həcminə görə fərqlənir. Ekonom sinif rent a car avtomobilləri. Az yanaca

17 noyabr
.

Pomidoru soyuducuda saxlamayın

Təzə pomidorları soyuducuda saxlamaq onların dadına, ətrinə və quruluşuna mənfi təsir göstərə bilər. Mütəxəssislərin fikrincə, pomidorları otaq temperaturunda saxlamaq daha məqsədəuyğundur. xarici mediaya istinadən xəbər verir ki, meyvə, tərəvəz və göyərtiləri aldıqdan dərhal sonra soyuducuya yerləşdirmə

14 noyabr
.

Soyuducudakı bu düymə tərəvəzin taleyini həll edir

Soyuducuda saxlanılan tərəvəzlərin tez solması və ya çürüməsi bir çox evdə qarşılaşılan problemlərdəndir. Lakin soyuducuların tərəvəz bölməsində (crisper) olan kiçik sürgülü düymə meyvə və tərəvəzlərin daha uzun müddət təzə qalmasına kömək edir. xəbər verir ki, çəkməcənin içindəki nəmlik səviyyəsin

15 noyabr
.

Əvvəl ağ idi: təkər şinləri niyə qara rəngdə istehsal olunur?

Bu gün yollarda gördüyümüz avtomobillərin demək olar ki, hamısının təkərləri qara rəngdədir. Lakin maraqlıdır ki, ilk avtomobil şinləri qara deyil, ağ rəngdə istehsal olunurdu. Bəs zamanla onların rəngi niyə dəyişdi?. xarici mediaya istinadən xəbər verir ki, avtomobil şinlərinin qara rəngdə olmasını

15 noyabr
.

İnsan ölənə yaxın bu 4 sözü deyir - "Səni sevirəm"...

İnsan həyatının son anlarında nələr düşünür və hansı sözləri deməyə çalışır? Uzun illər ağır xəstələrlə çalışan məşhur onkoloq insanların ölümə yaxın vaxtlarda ən çox işlətdikləri dörd ifadəni açıqlayıb. xarici mediaya istinadla xəbər verir ki, tanınmış onkoloq, yazıçı və Pulitser mükafatı laureatı Siddharth

15 noyabr
.

Klozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün

Evdə su sərfiyyatını azaltmaq məqsədilə klozet rezervuarlarına plastik şüşə qoyulması üsulu yenidən gündəmə gəlib. Mütəxəssislər düzgün quraşdırmanın vacibliyinə diqqət çəkiblər. xəbər verir ki, ev şəraitində su istehlakını azaltmaq üçün köhnə bir praktika olan rezervuara plastik şüşə yerləşdirmə üsul

7 noyabr
.

Kotletlər tavaya yapışmayacaq - Peşəkar aşpazların gizli üsulu

Kotlet bişirmək ilk baxışdan çox sadə görünür. Lakin bəzən kotletlər tavaya yapışır, çevirərkən dağılır və ən dadlı, qızarmış hissəsi tavanın dibində qalır. Bunun səbəbi çox vaxt qiymənin hazırlanmasında deyil, bişirmə zamanı yol verilən səhvlərdə olur. xarici mediaya istinadən xəbər verir ki, peşəka

15 noyabr
.

Beyin əməliyyatından sonra insanları pişik kimi görməyə başladı

ABŞ-də yaşayan 28 yaşlı kişi keçirdiyi beyin əməliyyatından sonra nadir görülən nevroloji pozğunluqla üzləşib. Belə ki, o, gün ərzində qarşılaşdığı insanların üzlərində öz ev heyvanı - "Luna" adlı pişiyinin cizgilərini görməyə başlayıb. "Qafqazinfo" xəbər verir ki, Dartmut Kollec

17 noyabr