Bahalı səyahət haqlarından necə yayınmaq olar? - Avropadakı ən qəribə 12 cərimə

Bahalı səyahət haqlarından necə yayınmaq olar? - Avropadakı ən qəribə 12 cəriməAvropada yay səyahəti planlaşdırırsınızsa, diqqətli olun. Çünki yay mövsümü təkcə səyahət dövrü deyil, eyni zamanda nəzarətin gücləndirildiyi və sərt cərimələrin tətbiq olunduğu bir vaxtdır. Yerli qaydaları bilməmək sizə yüzlərlə, hətta minlərlə avroya başa gələ bilər.

Lent.az xarici mediaya istinadla Avropada turistlərin ən çox gözləmədiyi, lakin tez-tez cərimə ilə nəticələnən qaydalar barədə məlumat verir.

Yay ayları Avropa ölkələrində turizm baxımından ən aktiv dövr hesab olunur. Eyni zamanda bu mövsümdə, xüsusilə kurort bölgələrində, yerli hakimiyyət orqanları qaydaların icrasına daha ciddi nəzarət edir. Qanunu bilməmək məsuliyyətdən azad etmir, buna görə də səfərdən əvvəl hansı hallara görə cərimə oluna biləcəyinizi öyrənmək tövsiyə olunur.

Çimərlikdən kənarda çimərlik geyimində gəzmək

İtaliya, İspaniya və Xorvatiyanın bir çox şəhərində çimərlikdən kənarda çimərlik geyimində gəzmək qadağandır. Fontanlarda çimmək də ciddi şəkildə yasaqlanıb. Bu qaydanın pozulmasına görə 100-500 avro arası cərimə tətbiq edilir.

Çimərlikdə siqaret çəkmək

İspaniya və Yunanıstanın bir çox turistik bölgəsində çimərliklərdə siqaret çəkmək qadağandır. Qaydanın pozulması 200 avroya qədər cərimə ilə nəticələnə bilər.

Axşam və gecə saatlarında səs-küy

Fransa, Portuqaliya və digər Avropa İttifaqı ölkələrində saat 22:00-dan sonra səs-küyə ciddi məhdudiyyətlər qoyulub. Qaydanı pozanları 300 avroya qədər cərimə gözləyir.

Məhdud hərəkət zonalarına giriş

Paris, Berlin və Milan kimi şəhərlərdə yalnız aşağı emissiyalı avtomobillərin daxil ola bildiyi "yaşıl zonalar" mövcuddur. Tələblərə cavab verməyən avtomobillərlə bu zonalara daxil olmaq 150 avroya qədər cərimə ilə nəticələnir.

Zibili yanlış konteynerə atmaq

Almaniya və İsveçrədə tullantıların düzgün çeşidlənməməsi və ya zibilin icazə verilməyən yerə atılması 250 avroya qədər cərimə ilə cəzalandırıla bilər.

Çimərliklərdə ekoloji qaydaların pozulması

Sardiniyanın bəzi çimərliklərində iri dəsmallardan istifadə etmək, həmçinin qum, balıqqulağı və daşları götürmək qadağandır. Məqsəd təbiətin qorunmasıdır. Bu qaydanın pozulmasına görə cərimə 3000 avroya qədər çata bilər.

Təbii "suvenirlərin" ölkədən çıxarılması

Türkiyədə qədim artefaktların, amfora qalıqlarının, sahildən götürülmüş daş və balıqqulaqlarının ölkədən çıxarılması qəti qadağandır. Bu əşyalar milli sərvət hesab olunur. Qaydanın pozulması cərimə ilə yanaşı, cinayət məsuliyyəti və hətta həbs ilə nəticələnə bilər.

Vəhşi çimərliklərdə çadır qurmaq

Albaniyada bəzi mənzərəli və "vəhşi" çimərliklər turistləri cəlb etsə də, sahildə və ya qorunan ərazilərdə icazəsiz çadır qurmaq 50-150 avro arası cərimə ilə nəticələnir. Bəzi bölgələrdə kampinq tamamilə qadağan edilib.

Küçə heyvanlarını yemləmək

Türkiyənin Bodrum və Antalya kimi məşhur kurort şəhərlərində ictimai yerlərdə, xüsusilə restoran və çimərlik yaxınlığında küçə heyvanlarını yemləmək sanitariya qaydalarının pozulması kimi qiymətləndirilə bilər. Bu, bəzi hallarda şifahi xəbərdarlıqla, bəzən isə inzibati cərimə ilə nəticələnir.

İctimai yerlərdə spirtli içki qəbulu

Latviya, Litva və Estoniyada küçələrdə, parklarda, çimərliklərdə və yaşayış binalarının qarşısında spirtli içki içmək qadağandır. Qaydanın pozulması şəhərdən və vəziyyətdən asılı olaraq 20-100 avro cərimə ilə cəzalandırılır.

Avtomobili küçədə yumaq

İspaniyanın bir çox şəhərində avtomobili küçədə və ya çoxmənzilli binaların həyətində yumaq qadağandır. Ətraf mühitin çirklənməsi halında cərimə 3000 avroya qədər yüksələ bilər.

Avtobanda yanacağın bitməsi

Almaniyada avtobanda yanacağın bitməsi səbəbilə dayanmaq səhlənkarlıq hesab olunur və digər sürücülər üçün təhlükə yaratdığına görə 70 avroya qədər cərimə tətbiq edilir.

Turistlər üçün tövsiyələr

Səyahət edəcəyiniz ölkənin qanunlarını əvvəlcədən araşdırın. Öz ölkənizdə adi sayılan davranış başqa ölkədə qadağan ola bilər. Turist olsanız belə, qanunu bilməmək sizi cərimədən xilas etmir. Yanınızda səfirlik və ya konsulluğun əlaqə nömrələrini saxlayın.

Sizə qəribə görünən qaydalar başqa ölkələrdə tam real ola bilər. Səfər zamanı ehtiyat üçün üzərinizdə bir neçə yüz avro nağd pul saxlamaq məsləhətdir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 913   Tarix: 22 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı

İngiltərədə bir kolleksiyaçının cəmi 15 sterlinqə aldığı sınıq və qapaqsız çaydanlığın ABŞ-da istehsal edilmiş ən qədim çini nümunələrindən biri olduğu üzə çıxıb. Təxminən 30 ildir keramika kolleksiyası toplayan alıcının diqqətini çəkən tarixi əşya hərracda 575 min sterlinqə satılıb. Çaydanlıq Nyu-Yorkdak

7 noyabr
.

Rent a car üçün ən çox seçilən avtomobillər hansıdır?

Sedan, yoxsa krossover icarəyə götürmək istəyirsiniz? Avtomobil seçərkən nələrə diqqət edilməlidir? Rent a car üçün ekonom, sedan, SUV və miniven avtomobillər təklif olunur. Avtomobillər salon genişliyi, yanacaq sərfiyyatı və baqaj həcminə görə fərqlənir. Ekonom sinif rent a car avtomobilləri. Az yanaca

17 noyabr
.

Pomidoru soyuducuda saxlamayın

Təzə pomidorları soyuducuda saxlamaq onların dadına, ətrinə və quruluşuna mənfi təsir göstərə bilər. Mütəxəssislərin fikrincə, pomidorları otaq temperaturunda saxlamaq daha məqsədəuyğundur. xarici mediaya istinadən xəbər verir ki, meyvə, tərəvəz və göyərtiləri aldıqdan dərhal sonra soyuducuya yerləşdirmə

14 noyabr
.

Soyuducudakı bu düymə tərəvəzin taleyini həll edir

Soyuducuda saxlanılan tərəvəzlərin tez solması və ya çürüməsi bir çox evdə qarşılaşılan problemlərdəndir. Lakin soyuducuların tərəvəz bölməsində (crisper) olan kiçik sürgülü düymə meyvə və tərəvəzlərin daha uzun müddət təzə qalmasına kömək edir. xəbər verir ki, çəkməcənin içindəki nəmlik səviyyəsin

15 noyabr
.

Əvvəl ağ idi: təkər şinləri niyə qara rəngdə istehsal olunur?

Bu gün yollarda gördüyümüz avtomobillərin demək olar ki, hamısının təkərləri qara rəngdədir. Lakin maraqlıdır ki, ilk avtomobil şinləri qara deyil, ağ rəngdə istehsal olunurdu. Bəs zamanla onların rəngi niyə dəyişdi?. xarici mediaya istinadən xəbər verir ki, avtomobil şinlərinin qara rəngdə olmasını

15 noyabr
.

İnsan ölənə yaxın bu 4 sözü deyir - "Səni sevirəm"...

İnsan həyatının son anlarında nələr düşünür və hansı sözləri deməyə çalışır? Uzun illər ağır xəstələrlə çalışan məşhur onkoloq insanların ölümə yaxın vaxtlarda ən çox işlətdikləri dörd ifadəni açıqlayıb. xarici mediaya istinadla xəbər verir ki, tanınmış onkoloq, yazıçı və Pulitser mükafatı laureatı Siddharth

15 noyabr
.

Klozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün

Evdə su sərfiyyatını azaltmaq məqsədilə klozet rezervuarlarına plastik şüşə qoyulması üsulu yenidən gündəmə gəlib. Mütəxəssislər düzgün quraşdırmanın vacibliyinə diqqət çəkiblər. xəbər verir ki, ev şəraitində su istehlakını azaltmaq üçün köhnə bir praktika olan rezervuara plastik şüşə yerləşdirmə üsul

7 noyabr
.

Kotletlər tavaya yapışmayacaq - Peşəkar aşpazların gizli üsulu

Kotlet bişirmək ilk baxışdan çox sadə görünür. Lakin bəzən kotletlər tavaya yapışır, çevirərkən dağılır və ən dadlı, qızarmış hissəsi tavanın dibində qalır. Bunun səbəbi çox vaxt qiymənin hazırlanmasında deyil, bişirmə zamanı yol verilən səhvlərdə olur. xarici mediaya istinadən xəbər verir ki, peşəka

15 noyabr
.

Beyin əməliyyatından sonra insanları pişik kimi görməyə başladı

ABŞ-də yaşayan 28 yaşlı kişi keçirdiyi beyin əməliyyatından sonra nadir görülən nevroloji pozğunluqla üzləşib. Belə ki, o, gün ərzində qarşılaşdığı insanların üzlərində öz ev heyvanı - "Luna" adlı pişiyinin cizgilərini görməyə başlayıb. "Qafqazinfo" xəbər verir ki, Dartmut Kollec

17 noyabr