Sərbəst buraxılan Melisa Döngəldən ilk açıqlama: "Xəbərlər həqiqəti əks etdirmir"

Sərbəst buraxılan Melisa Döngəldən ilk açıqlama: "Xəbərlər həqiqəti əks etdirmir"İstanbul Respublika Baş Prokurorluğunun 18 dekabr tarixində başladığı narkotik istintaqı çərçivəsində adı keçən məşhur aktrisa Melisa Döngəl, həmin vaxt xaricdə olduğu üçün ünvanında tapılmamışdı. Aktrisa qısa müddət əvvəl Türkiyəyə qayıdaraq Ədli Tibb Qurumunda saç və qan nümunələri verdikdən sonra sərbəst buraxılıb.

Sonxeber.az türk mediasına itinadən xəbər verir ki, Melisa Döngəl baş verənlərlə bağlı sosial media hesabında açıqlama yayımlayıb. Son günlər barəsində yayılan xəbərlərə münasibət bildirməyə ehtiyac duyduğunu deyən aktrisa bildirib:

"Media orqanlarında hələ də xaricdə olduğum və mənlə əlaqə saxlanıla bilmədiyi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Hadisədən xəbər tutan kimi, hər hansı anlaşılmazlığa yol verməmək üçün həmin gün saat 14:00-da Türkiyəyə uçdum və 18:15-də İstanbula endim. Aidiyyəti qurumlara şəxsən müraciət edərək ifadə verdim. Proses hüquqa uyğun şəkildə tamamlandı və ifadəmdən sonra sərbəst buraxıldım. Vəzifələrini son dərəcə nəzakətli, peşəkar və həssaslıqla yerinə yetirən bütün səlahiyyətli şəxslərə və mənə anlayış göstərən sevənlərimə təşəkkür edirəm".

Qeyd edək ki, İstanbul Respublika Baş Prokurorluğunun apardığı narkotik istintaqı çərçivəsində 18 dekabrda İstanbul İl Jandarma Komandanlığının əməkdaşları tərəfindən bir sıra məşhur şəxslərin evlərinə səhər saatlarında əməliyyat keçirilib. İstintaq çərçivəsində Aleyna Tilki, İrem Sak, Danla Bilic və Mümmine Senna Yıldız saxlanılıb, Ədli Tibb Qurumunda onlardan qan və saç nümunələri alındıqdan sonra sərbəst buraxılıblar.

Barəsində saxlanılma qərarı olan Melisa Döngəl və müğənni Yusuf Güney isə həmin vaxt ünvanlarında tapılmamışdı. Məlumata görə, Yusuf Güney bu gün saxlanılıb.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 852   Tarix: 22 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İllər sonra ekranlara qayıdan aktrisanı heç kəs tanımadı

Türkiyənin məşhur "Yahşi Cazibe" serialında Simge obrazı ilə tanınan Hande Katipoğlu illər sonra yenidən ekranlara qayıdıb. Aktrisanın yeni serialdakı dəyişən görünüşü izləyicilərin diqqətini çəkib. xarici mediaya istinadla xəbər verir ki, 2010-2012-ci illərdə yayımlanan "Yahşi Cazibe"

9 sentyabr
.

"Yanında ola bilməsəm də, ürəyim həmişə səninlədir"

Türkiyədə yaşayan aktrisa Məlahət Abbasova qızı Sude ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, aktrisa övladının fotosunu yayımlayaraq bunları yazıb:. "Canım qızım, dünən konsertdə yanında ola bilmədim. Uzaqda olsaq da, ürəyim həmişə səninlədir. Həmçinin Almaniya mətbuatında yer almağı

13 sentyabr
.

Gülben Ergen yay tətilinə belə vida etdi: son günündən həzz aldı

Gülben Ergen yay tətilinə hovuz kənarında dincələrək vida edib. xarici KİV-ə istinadən xəbər verir ki, tətilinin son gününü doyunca yaşayan məşhur müğənni sosial şəbəkə hesabında bu sözləri yazıb. "Əgər məktəblər sabah açılırsa, bu gün tətilin son günüdür"

14 sentyabr
.

"Kurtlar Vadisi Pusu" ilə bağlı da istintaq başladılıb - VİDEO

Türkiyənin keçmiş MİT müşaviri Kaşif Kozinoğlunun həbsxanada şübhəli ölümü ilə bağlı araşdırma çərçivəsində "Kurtlar Vadisi Pusu" serialı da istintaq obyektinə çevrilib. İstanbul Respublika Baş Prokurorluğu serialdakı bəzi səhnə və simvolların mümkün əlaqələrini araşdırır. xarici mediaya istinadl

17 sentyabr
.

Röyanın illər əvvəl atası ilə təsirli dialoqu KÖVRƏLTDİ - VİDEO

Xalq artisti Röya Ayxanın illər əvvəl lentə alınan arxiv görüntüsü sosial şəbəkələrdə yenidən gündəmə gəlib. xəbər verir ki, videoda müğənninin "Maşın şou"nun efirində atasının doğum gününü təbrik etdiyi görünür. Röya Ayxanın atasına ünvanladığı duyğusal sözlər izləyicilərin diqqətini çəkib

19 sentyabr
.

Rüfət bu yolla arıqlayır

Müğənni Rüfət Axundov arıqlaması ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, sənətçi üç həftədir pəhriz saxladığını bildirib. İfaçı bu haqda "Qonaqcanlı" proqramında danışıb. O, 3 həftəyə 4,5 kiloqram çəki atdığını deyib. "Hazırda 84 kiloqram olmuşam. Hədəfim 80-78 kiloqrama qədər düşməkdir

19 sentyabr
.

Vəfa Şərifovaya ərindən 12 min avroluq hədiyyə - VİDEO

Müğənni Vəfa Şərifovaya həyat yoldaşı tərəfindən bahalı hədiyyə təqdim olunub. xəbər verir ki, sənətçiyə hədiyyə edilən lüks saatın qiymətinin 12 min avro, yəni təxminən 24 min manat olduğu bildirilir. Dəyəri ilə diqqət çəkən saat sosial şəbəkələrdə maraqla qarşılanıb və müzakirələrə səbəb olub

5 sentyabr
.

İlham Mirzəyev xəstəxanaya yerləşdirildi

Tanınmış aparıcı İlham Mirzəyevin səhhətində problem yaranıb. "Bakupost"a istinadla xəbər verir ki, aparıcı hazırda Mərkəzi Klinikada müalicə aldığını bildirib. O, vəziyyətinin yaxşı olmadığını qeyd edərək izləyicilərindən onun üçün dua etmələrini istəyib. "Hazırda Mərkəzi Klinikadayam

6 sentyabr
.

Kamil Zeynallının BAŞINA İŞ GƏLDİ: Onun üçün dua etdi - VİDEO

Fitnes məşqçisi Kamil Zeynallı istirahət üçün Tailand səfərinə çıxıb. xəbər verir ki, o, sosial media hesabında buddist rahiblə çəkdirdiyi maraqlı görüntüləri paylaşıb. Görüntülərdə rahib əvvəlcə idmançının qoluna rəngli ip bağlayaraq onun üçün dua edir. Daha sonra isə əlindəki nazik, süpürgəyə bənzə

5 sentyabr