Bank qarşısında silahlı quldurluq cəhdinin təfərrüatları üzə çıxıb
İstanbulun Başakşehir rayonunda bir bank filialının qarşısında baş verən silahlı quldurluq cəhdinin maraqlı detalları məlum olub.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə İkitelli Organize Sənaye Bölgəsində yerləşən bank filialının çıxışında qeydə alınıb. İlkin məlumata görə, A.Ö. (44), T.T. (41) və F.P. (19) adlı şəxslər bankdan pul çıxardıqları zaman naməlum şəxslərin onları silah gücü ilə qarət etdiyini iddia edərək polisə müraciət ediblər. Dərhal hadisə yerinə çoxsaylı polis əməkdaşları cəlb olunub.
İstanbul Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan ətraflı araşdırma zamanı hadisənin üçüncü şəxslərlə əlaqəsinin olmadığı müəyyən edilib. Məlum olub ki, A.Ö. və T.T., F.P.-nin çalışdığı şirkətin sahibinə borclu olduqları üçün banka gedərək pul çıxarıb və həmin məbləği F.P.-yə təhvil veriblər.
Araşdırmalar zamanı daha sonra T.T.-nin pulu alan F.P.-yə hücum edərək onu döydüyü, bu vaxt isə A.Ö.-nün silahla havaya təsadüfi atəş açaraq bankın qarşısında olan F.P.-nin dostlarını dağıtdığı müəyyən edilib. Hadisə zamanı xəsarət alan olmayıb, lakin havaya açılan atəşlərdən biri park halında olan avtomobilə dəyib.
Polis hadisə yerində apardığı araşdırmadan sonra A.Ö.-nü istifadə etdiyi silahla birlikdə, eləcə də T.T. və F.P.-ni qısa zamanda saxlayaraq gözaltına alıb. F.P. polisə verdiyi ifadədə, hadisə zamanı sanki üçüncü şəxslər tərəfindən silah gücü ilə hücuma məruz qalmış kimi ifadə verdiyini etiraf edib.
İstintaqdan sonra F.P. prokurorluğun göstərişi ilə sərbəst buraxılıb, A.Ö. və T.T. isə sabah məhkəməyə çıxarılacaq.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 705 Tarix: 23 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Polisi görəndə qaçmağa başladı: Görüntülər kamerada - VİDEO
İstanbulun Küçükçekmece rayonunda iş yerinə silahlı hücum edən və hadisə yerindən qaçmağa çalışan şübhəli polisdən yayına bilməyib. xarici mediaya istinadla xəbər verir ki, hadisə Halkalı küçəsində baş verib. Məlumata görə, şübhəli iş yerinə atəş açdıqdan sonra qaçmağa başlayıb. Məlumatın ardından əraziy
10 sentyabrHamamda BƏDBƏXT HADİSƏ: 64 yaşlı qadın öldü
Ağstafada ölümlə nəticələnən bədbəxt hadisə baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaçaq Kərəm kəndində qeydə alınıb. Kənd sakini, 64 yaşlı M.Quliyevanı yaşadığı evin hamam otağında çimərkən elektrik cərəyanı vurub. Qadın hadisə yerində ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşlar
20 sentyabrBakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü 15 gün inzibati qaydada həbs edilib. Bu barədə "Report"a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, həyata keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkə
12 sentyabrYük maşını aşdı, toyuqlar yola dağıldı - Video
Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Ağsu rayonundan keçən hissəsində "İsuzu" markalı yük avtomobili aşıb. "Qafqazinfo" xəbər verir ki, marketlər şəbəkəsi üçün toyuq məhsulları və digər malları daşıyan yük maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində avtomobi
16 sentyabrQanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Abşeron rayonunun Novxanı qəsəbəsində qanunsuz tikinti və çimərlik ərazisinin zəbt edilməsi ilə bağlı iddialar gündəmə gəlib. Redaksiyamıza daxil olan məlumata görə, Novxanı yolunda dənizkənarı ərazidə tikinti işlərinə hazırlıq aparıldığı və çimərlik hissəsinin hasarlanaraq zəbt edildiyi iddia olunur
20 sentyabrAtatürkə bənzərliyi ilə tanınan şəxs pul qarşılığında toylara qatılır - VİDEO
Türkiyənin Ulu Öndəri Mustafa Kamal Atatürkə fiziki bənzərliyi ilə tanınan bir şəxsin pul qarşılığında toylara qatılması sosial mediada müzakirələrə səbəb olub. xarici mediaya istinadla xəbər verir ki, onun hər bir toy mərasiminə qatılmaq üçün 30 min TL aldığı iddia edilir. Atatürkü xatırladan geyim
14 sentyabrAta və oğlu küçədəki pişiklərin yemək qablarını zibilə atdı - VİDEO
Türkiyənin Bursa şəhərində ata və oğulun küçədə pişiklər üçün qoyulan yemək və su qablarını zibilə atması və suyu yerə tökməsi təhlükəsizlik kamerasına düşüb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Osmangazi rayonunun Soğanlı məhəlləsində, Kanalboyu küçəsində baş verib. Məhəllə sakinlərini
17 sentyabrDƏHŞƏTLİ HADİSƏ! Kişi şalvar geyinən arvadını ÖLDÜRDÜ
Türkiyədə kişi arvadını öldürüb. Hadisə Diyarbəkirin Sur rayonunun Sarıkaş kəndində qeydə alınıb. Ötən il dekabrın 27-də itkin düşən üç uşaq anası, 28 yaşlı Rojda Yakışıklının öldürüldüyü və cəsədinin çay yatağında basdırıldığı müəyyən edilib. Qeyd olunur ki, mərhumun əri Okay Gürün Rojdanın telefondak
19 sentyabrŞİDDƏTLİ YAĞIŞLAR GƏLİR... - Təhlükəli xəbərdarlıq
Qlobal temperaturun yüksəlməsi Yer atmosferindəki su buxarının miqdarını da artırır. Alimlərin fikrincə, atmosferdə rütubətin çoxalması yalnız daha isti hava ilə nəticələnmir, eyni zamanda leysan yağışları, güclü fırtınalar, tropik siklonlar və istilik dalğaları ilə bağlı riskləri də yüksəldə bilər
19 sentyabr