MTK-lar sənədlərdə böyük göstərir, faktiki mənzil kiçik olur: vətəndaşın haqqı ayaqlar altındadır - AÇIQLAMA

MTK-lar sənədlərdə böyük göstərir, faktiki mənzil kiçik olur: vətəndaşın haqqı ayaqlar altındadır - AÇIQLAMAMənzil almaq bir ailə üçün həyatdakı ən böyük addımlardan biridir. Lakin MTK-ların bəzi hallarda sənədlərdə mənzilin sahəsini şişirdərək göstərməsi alıcıları böyük zərərə uğradır. Sonradan faktiki sahənin gözləniləndən xeyli az olduğu ortaya çıxanda, ödədikləri pulla əslində daha az sahəyə sahib olduqları aydın olur. Bu yalnız maddi itkidir deyil - vətəndaşın haqqı, onun etibarı və ümidləri ayaqlar altına atılır. Belə vəziyyət ailələr üçün həm maddi, həm də psixoloji sarsıntıya çevrilir və insanlar etibar edə biləcəkləri bir prosesin yoxluğunu acı şəkildə hiss edirlər.
MTK-lar sənədlərdə böyük göstərir, faktiki mənzil kiçik olur: vətəndaşın haqqı ayaqlar altındadır - AÇIQLAMAMövzu ilə bağlı əmlak eksperti Ramil Osmanlı BiG.AZ-a açıqlamasında bildirdi ki, bu məsələ Azərbaycan Respublikasında dövlət şəhərsalma və tikinti məcəlləsi, eyni zamanda Arxitektura və Şəhərsalma Komitəsinin 4 dekabr 2012-cü il tarixli kollegiyasının qərarı ilə tənzimlənir. Onun sözlərinə görə, məcəllənin 59-cu maddəsində qeyd olunur ki, yaşayış sahələri ayrılarkən mütləq şəkildə bu qaydalara əməl olunmalıdır. Qaydalar ondan ibarətdir ki, nəyinki mənzilin kənar divarlarının, həttda mənzilin arakəsmə divarlarını belə yaşayış sahəsi kimi vətəndaşa satmaq qanunsuzdur. Eyni zamanda tikinti şirkətləri həttda çöl divarları və ümumi istifadə üçün nəzərdə tutulmuş şaxta sahələrini belə mənzil sahəsi kimi vətəndaşa satırlar. Bu qanunsuzdur və qeyd etdiyim normativ hüquqi aktlara ziddir. Bundan başqa qanunvericilikdə nəzərdə tutulub ki, balkon, eyvan, teras, dəhliz kimi sahələrin ayrılması zamanıda əmsallar tətbiq olunmalıdır. Məsələn balkonların ayrılması üçün 0,3% əmsal tətbiq olunur.

Eyvanda isə 0,5% əmsal tətbiq olunur. Dəhlizlər isə 1% əmsal ilə satıla bilər. Vətəndaş aldadıldığını öryəndiyi andan 10 il müddətinə qeyd olunan probelmin aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etmək hüququna malikdir. Yəni vətəndaş məhkəmə qaydasına mübahisələndirib, ona satılmış sahənin bazar dəyəri ilə əvəzini MTK-dan tələb etmək hüququna malikdir. Vətəndaş ilə MTK arasında idarə etmə üçün nəzərdə tutulan xidmət haqqının məbləği yaşayış sahəsinin həcmi ilə hesablanmalıdır. MTK-ların vətəndaşlarının aldatmasının səbəbi MTK-ların üzərində nəzarətin olmamasıdır.

Nəzarətin olmadığına görə MTK-lar bundan sui istifadə edirlər. Ancaq tədricən məhkəmə təcrübəsi yaranmağa başlayır. Son illərdə bu hallarla bağlı məhkəmədə iddia qaldırıb MTK-nı udan xeyli sayda vətəndaş var. MTK-lar deyir ki, biz bunu alıcı ilə alqı-satqı müqaviləsində göstəririk. Lakin heç bir müqavilə normativ hüquqi aktdan üstün deyil. Vətəndaş məhkəmədə iddia qaldırdıqda, məhkəmə Azərbaycan Respublikasının qanunvericiliyini əsas götürərək qərar qəbul edir.

Bayaqda qeyd etdiyim kimi Azərbaycan qanunvericiliyində vətəndaş aldadıldığını bildiyi andan 10 il müddətinə məhkəməyə müraciət edə bilər. Məsələn, vətəndaş 15 il bundan əvvəl mənzil alıbsa və 15 il sonra çıxarış alanda bilibki, ona ayrılmış sahə azdır. Yəni MTK tərəfindən aldadılıb. Aldadıldığını bildiyi andan 10 il ərzində məhkəməyə müraciət edə bilər" deyə o qeyd edib.

Gördüyünüz kimi Azərbaycan qanunları vətəndaşın tərəfindədir. Min bir əziyyətlə qazandığınız pulun MTK tərəfindən aldadılaraq əlinizdən alınmasına icazə verməyin. Aldadıldığınızı öryəndiyiniz an dərhal məhkəməyə müraciət edin.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 683   Tarix: 24 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabahın havası açıqlandı

Sentyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gec

19 sentyabr
.

Azərbaycan armatur istehsalını 14 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 264 min ton armatur istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 % çoxdur. Təkcə avqustda isə ölkədə 32,8 min ton armatur istehsal olunub. Bu, 1 il əvvələ nisbətən 3,

19 sentyabr
.

Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər

Azərbaycan Respublikasının "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanununa əsasən, həqiqi hərbi xidməti keçmədən (sülh dövründə xidmət etmədən) ehtiyatda olanlar üçün hərbi bilet almaq mümkündür. Lakin sənəddə xidmətə "yararlı" statusunun saxlanılaraq hərbi bilet verilməsi yalnı

20 sentyabr
.

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. "Report"un xəbərinə görə, Azərbaycanda bu gün artıq üçüncü dəfədir qeyd olunur. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə gün

20 sentyabr
.

Azərbaycanda evlənmək istəyənlər niyə azalır? - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Azərbaycanda nikahların sayı kəskin enib: evlənmək istəyənlər niyə azalır?. TDT-nin gənclər strategiyası: milli dəyərlər necə qorunacaq?. Paşinyanın ikili siyasətinin pərdəarxası: Fransa Cənubi Qafqazda itirdiyi təsiri ger

20 sentyabr
.

Azərbaycan beton istehsalını avqustda 30 % artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 3 milyon 123 min ton beton istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 % çoxdur. Təkcə avqustda isə ölkədə 489 min ton beton istehsal edilib. Bu, 1 il əvvələ nisbətə

20 sentyabr
.

Qızıl yenidən bahalaşdı

Qızılın qiyməti həftənin sonunda da bahalaşmasını davam etdirib. xəbər verir ki, spot qızılın bir unsiyası 0,2 faiz bahalaşaraq 4 351,96 dollara yüksəlib. Qiymətli metal əvvəlki gün isə təxminən 2 faiz bahalaşmışdı. ABŞ Federal Ehtiyat Sisteminin (FES) 2023-cü ildən bəri ilk dəfə faiz dərəcəsini artırmasında

19 sentyabr
.

Azərbaycanda üç uşaqlı ailələrlə bağlı yeni təklif gündəmdə: GÜZƏŞT VƏ MÜAVİNƏT VERİLƏ BİLƏR - VİDEO

Ölkəmizdə çoxuşaqlı ailə meyarının dəyişdirilməsi təklif olunur. Hazırkı qanunvericiliyə əsasən, beş və daha çox uşağı olan ailələr çoxuşaqlı ailə hesab edilir. Onlara dövlət tərəfindən müəyyən güzəştlər və aylıq müavinətlər təyin olunur. Millət vəkili Vüqar Bayramov müasir dövrün tələblərini nəzər

19 sentyabr
.

SOCAR neftçiləri təbrik edib

20 Sentyabr - Neftçilər Günü münasibətilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən neftçi peşəsinin əhəmiyyətini, bu sahədə çalışan insanların zəhmətini və ölkənin enerji sektorunun inkişafına verdikləri töhfəni əks etdirən videoçarx hazırlanıb. paylaşımı təqdim edir:

19 sentyabr