Mask: ABŞ təkpartiyalı dövlətə çevrilə bilər
ABŞ radikal mövqeli solçu siyasətçilərin qeyri-qanuni miqrasiyaya göz yumması səbəbindən birpartiyalı ölkəyə çevrilə və demokratiyanı itirə bilər.
"Report"un məlumatına görə, bu fikri amerikalı iş adamı İlon Mask "X" sosial şəbəkə hesabında bildirib.
"Radikal solçular artıq uzun müddətdir, seçkilərdə qalib gəlmək və Amerikanı birpartiyalı dövlətə çevirməklə əsl demokratiyanı məhv etmək üçün çoxsaylı qeyri-qanuni (və bəzi hallarda qanuni) immiqrantların ölkəyə gətirilməsi və saxlanılması məqsədilə saxta dövlət proqramlarından istifadə edirlər. Bu prosesi nə qədər izləyirsən, bir o qədər vergi pullarının hara sərf olunmasına və əgər bu dayandırılmasa, sənin səsinin heç bir əhəmiyyət daşımayacağına dəhşətlə şahid olursan", - deyə milyarder yazıb.
Mask hesab edir ki, eyni vəziyyət Avropa, Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiyada da müşahidə olunur.
ABŞ Prezidenti Donald Tramp dəfələrlə bəyan edib ki, onun hakimiyyətə gəlməsindən əvvəl ölkəyə təxminən 25 milyon insan qeyri-qanuni şəkildə daxil olub və immiqrasiya siyasətinin sərtləşdirilməsini müdafiə edib. İnauqurasiyadan sonra Amerika lideri ABŞ-Meksika sərhədində fövqəladə vəziyyət rejiminin tətbiqi barədə fərman imzalayıb. Tramp qeyd edib ki, ölkə tarixində ən genişmiqyaslı deportasiya əməliyyatını həyata keçirməyi planlaşdırır. Onun siyasi rəqibləri isə administrasiyanı miqrantlara qarşı həddindən artıq sərt tədbirlərdə ittiham edirlər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 354 Tarix: 28 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qırğızıstanın sabiq fövqəladə hallar naziri iki ay müddətinə həbs edilib
Qırğızıstanın sabiq fövqəladə hallar naziri Boobek Ajikeyev iki ay müddətinə həbs edilib. "Report" yerli mediaya istinadən xəbər verir ki, bu qərarı Hərbi Prokurorluğun müstəntiqinin vəsatəti əsasında Bişkekin Pervomayski Rayon Məhkəməsi çıxarıb. Qeyd olunub ki, Ajikeyevə Qırğızıstan Cinayə
20 sentyabrABŞ-də dizelin qiyməti rekordu yeniləyib
ABŞ-də dizel yanacağının orta qiyməti bir qallon (3,79 l) üçün 6,49 dollara çataraq növbəti rekordunu müəyyən edib. "Report" xəbər verir ki, bu, Amerika Avtomobil Assosiasiyasının məlumatından bəlli olur. Məlumata görə, bir il əvvəl bir qallon dizel yanacağının qiyməti 3,70 dollar idi. Hazırd
20 sentyabrİrandan Fransaya sərt cavab: "Timsah göz yaşları tökməyin"
"Müstəqillik müharibəsi dövründə 1.5 milyon əlcəzairli Fransa tərəfindən qətlə yetirilib. Paris onların yalnız onda birindən azını rəsmən tanıyır və Fransa indiyədək öz müstəmləkə cinayətlərinə görə üzr istəməkdən boyun qaçırır", - deyə nazir qeyd edib. Əraqçı, həmçinin Barronu Minabdakı məktəb
19 sentyabrRusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü
Almaniya üçün Alternativ (AfD) Partiyası Rusiya ilə Ukrayna arasında sülh razılaşması əldə olunacağı təqdirdə Moskva ilə enerji tədarükünün bərpasını və "Şimal axını" boru kəmərlərinin yenidən işə salınması imkanını müzakirə etməyi planlaşdırır. "Reuters"ə istinadən xəbər verir ki
20 sentyabrƏbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Ömrünü əbədi yaşamaqla keçirmək arzusunda olan texnologiya milyarderləri əslində vaxtlarını boşuna sərf edirlər. Britaniyalı fizik Cim əl-Xəlili belə qənaətə gəlib. Onun fikrincə, həyatı mümkün qədər uzatmaq uğrunda sonsuz yarışa girməkdənsə, insana verilmiş zamanı dəyərləndirməyi öyrənmək daha vacibdir
20 sentyabrEdqars Rinkeviç: "Avropa Rusiya raketlərindən qorunmağa hazır deyil"
"Avropa ölkələri pilotsuz aparatlar və hava müharibəsi texnologiyalarının sürətli inkişafından geri qalır. Rusiya ərazisindən həyata keçirilə biləcək potensial raket zərbələrinin qarşısını almaq gücündə deyil". xəbər verir ki, bu fikirləri Latviya prezidenti Edqars Rinkeviç "The Guardian"
20 sentyabrNobel mükafatının məbləği artırıldı
Nobel Fondu 2026-cı ildə hər bir kateqoriya üzrə Nobel mükafatının məbləğini artıraraq 12 milyon krona (1.22 milyon dollar) çatdırmaq barədə qərar qəbul edib. xəbər verir ki, bu barədə fondun mətbuat xidmətinin bəyanatında bildirilir. Belə ki, mükafatın məbləği 1 milyon kron (101 min dollar) artırılıb
20 sentyabr