Çaydandakı ərpi BU ÜSULLARLA TƏMİZLƏYİN

Çaydandakı ərpi BU ÜSULLARLA TƏMİZLƏYİNMətbəxdə istifadə edilən elektrikli çaydan (kettle) zamanla içərisində ərp yığdığı üçün həm performansı zəifləyir, həm də suyun keyfiyyəti aşağı düşür.

Milli.Az xəbər verir ki, bu cihazlardakı ərpi aradan qaldırmaq üçün təbii üsullardan istifadə etmək mümkündür.

Limon duzu: İçinə su doldurub 1 çay qaşığı limon duzu əlavə edin. Qarışımı qaynatdıqdan sonra 15-20 dəqiqə gözləyin. Limon duzu sıx ərp yığıntılarının həllində olduqca təsirlidir. Gözləmə müddətinin sonunda cihazı boşaldın. Qalıq qalmaması üçün bol su ilə yaxşıca yaxalayın.

Ağ sirkə: Çaydanın içinə yarısına qədər su, digər yarısına qədər təbii ağ sirkə əlavə edin. Bu qarışımı qaynadın və qaynama bitdikdən sonra cihazı söndürərək 30 dəqiqə gözlədin. Sirkə ərpin həll olunmasına və səthdən ayrılmasına kömək edir. Gözləmə müddətinin sonunda kettle-ı boşaldın. Sirkə qoxusunun tamamilə getməsi üçün bol su ilə bir neçə dəfə yaxalayın.

Limon suyu: Kettle-ın içinə kifayət qədər su əlavə edib üzərinə təzə sıxılmış limon suyu tökün. Qarışımı qaynatdıqdan sonra 20-30 dəqiqə gözlədin. Limonun təbii turşusu ərp qatını yumşaldaraq həll olunmasını asanlaşdırır. Müddət bitdikdən sonra kettle-ı boşaldın. İç hissəsini təmiz su ilə bir neçə dəfə çalxalayaraq təmizliyi tamamlayın.

Soda və su: Çaydanın içinə su doldurub 1 xörək qaşığı soda əlavə edin. Bu qarışımı qaynatdıqdan sonra 20 dəqiqə gözlədin. Soda ərpin yumşalmasına və səthdən asanlıqla ayrılmasına kömək edir. Müddət bitdikdən sonra kettle-ı boşaldın. Təmiz su ilə bir neçə dəfə qaynadaraq soda qalıqlarından tamamilə təmizləyin.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 809   Tarix: 04 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bəzi insanlar niyə başqasının uğuruna sevinə bilmir?

Bəzən insan dostunun, həmkarının və ya yaxın adamının uğur xəbərinə gözlənildiyi kimi sevinclə reaksiya vermir. Psixoloqlar isə bunun arxasında tamam başqa səbəblərin də dayana biləcəyini bildirirlər. xəbər verir ki, belə reaksiyalara özünü başqaları ilə müqayisə etmək, aşağı özünəqiymət, şəxsi uğurları

20 sentyabr
.

Ancelina Colinin səmimi müsahibəsi: Nələri etiraf etdi?

Ancelina Coli "L'Officiel" jurnalına səmimi müsahibə verib. -ın xəbərinə görə, 51 yaşlı aktrisa və rejissor övladları böyüdükdən sonrakı həyatı, yeni yaradıcılıq planları, humanitar missiyası və daha çox səyahət etmək istəyi barədə danışıb. Fotosessiya üçün Coli Fendi, Ferragamo brendlərini

15 sentyabr
.

1,5 metrlik nəhəng balıq bazarda satışa çıxarıldı - görənlər təəccübləndi - VİDEO

Türkiyənin Batman şəhərində Balıqçılar bazarında satışa çıxarılan 1,5 metr uzunluğunda və 69 kiloqram ağırlığında nəhəng balıq diqqət çəkib. xarici mediaya istinadla xəbər verir ki, Cizrə bölgəsindəki Botan çayından tutulan balığı görən vətəndaşlar təəccüblərini gizlədə bilməyiblər. 32 ildir balıqçılıql

17 sentyabr
.

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

Mətbəx siyirtmələrinin içini alüminium folqa ilə örtmək üsulu sosial şəbəkələrdə yayılan ev baxımı praktikaları sırasına daxil olub. Bu üsul siyirtmə səthlərini nəmdən və yemək qalıqlarından qorumaq, təmizliyi asanlaşdırmaq və siyirtmənin içindəki işığı artırmaq məqsədilə istifadə olunur. xəbər veri

20 sentyabr
.

Bədən bu yaşdan sonra daha sürətlə qocalır?

İnsan orqanizminin qocalmasının bütün həyat boyu eyni sürətlə getmədiyi məlum olub. Alimlər müəyyən ediblər ki, bəzi orqan və toxumalarda qocalma prosesi müəyyən yaş dövrlərində daha da sürətlənir. xarici mediaya istinadla xəbər verir ki, araşdırmaya əsasən, insan orqanizmində nəzərəçarpacaq dəyişikliklə

20 sentyabr
.

Alimlər "ölümdən qayıdan" hüceyrələr aşkarladı

Alimlər proqramlaşdırılmış hüceyrə ölümünü başladıqdan sonra bu prosesdən sağ çıxan və zədələnmiş toxumaların bərpasına kömək edən hüceyrələr aşkarlayıblar. xəbər verir ki, Veizmann Elm İnstitutunun tədqiqatçıları meyvə milçəklərinin sürfələri üzərində apardıqları təcrübələrdə bu hüceyrələrin şüalanmada

20 sentyabr
.

Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq

Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqabı geyinərkən bədənin ağırlıq mərkəzi önə doğru dəyişir. Bu zaman tarazlığı qoruma

20 sentyabr
.

Arvadına dediyi tək kəlimə başına dərd oldu

Türkiyənin Yargıtay 2-ci Hüquq Dairəsi boşanma işi üzrə mühüm qərar qəbul edib. xarici mediaya istinadla xəbər verir ki, məhkəmə arvadına "eşşəksən, heyvansan" deyərək təhqir edən kişinin daha ağır təqsirli olduğuna qərar verib. Şiddətli fikir ayrılığı yaşayan ər-arvad qarşılıqlı şəkildə boşanm

17 sentyabr
.

Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?

Smartfon istifadəçiləri bəzən ekranın yuxarı hissəsində kiçik yaşıl və ya narıncı nöqtənin göründüyünü müşahidə edirlər. Bir neçə saniyədən sonra yoxa çıxan bu işarə əslində telefonun məxfilik və təhlükəsizlik funksiyalarından biridir. Rəngli indikator tətbiqlərdən birinin telefonun kamerasına və y

19 sentyabr